Xəbər
Cahangir Hacıyevə yeni hökm oxundu
Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsi Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və başqalarının işi üzrə prosesi başa çatdırıb. Cahangir Hacıyevə əvvəlki cəzası ilə birlikdə 16 il 6 ay, Dünyamin Xəlilova əvvəlki cəzası ilə birlikdə 14 il ...
İkram Rəhimov aclığı dayandırıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun aclıq aksiyasını dayandırdığını açıqlayıb. Sentyabrın 5-də qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, İkram Rəhimov aclıq aksiyasını dayandırıb və qida qəbuluna ...
“Şimal-2” elektrik stansiyası açılıb
Prezident İlham Əliyev sentyabrın 5-i Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib. Xəbəri AZƏRTAC yayıb. Arayışa görə, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi köhnəldiyi...
Ermənistanda müəllimlərin maaşı artdı
Ermənistanda orta məktəb müəllimlərinin maaşı 10% artırılıb. Novator.az-ın məlumatına görə, qərar hökumətin 5 sentyabr iclasında qəbul olunub. Sentyabrın 1-dən tətbiq ediləcək maaş artımı üçün Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinə 1 milyard 666 milyon dram (3 milyon 500 min dollar) vəsait ayr...
Abbas Abdulla vəfat edib
Şair, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim Abbas Abdulla vəfat edib. O, uzun sürən ağır xəstəlikdən sonra, sentyabrın 4-də Bakıdakı mənzilində dünyasını dəyişib. Abbas Abdulla 1940-cı ildə Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin fi...
Turizm üçün təhlükəsiz ölkələr
Dünya İqtisadi Forumu hansı ölkələrin xarici turizm üçün daha təhlükəsiz olduğunu açıqlayıb. Novator.az-ın məlumatına görə, reytinq cədvəlinə Finlandiya başçılıq edir. Onu İslandiya və Oman izləyir. Turistlər üçün ən təhlükəsiz ölkələr siyahısında İsveçrə, Honkonq, Birləşmiş Ərəb Əmirlikləri, Lüksem...
Kurs yenilikləri
Sentyabrın 5-də ABŞ dolları (1,7 manat) və Gürcüstan larisinin (0,5741 manat) rəsmi məzənnələri sabit qalıb. Mərkəzi Bank dəyər artıran avronu 1,8747, Çin yuanını 0,2383, İngiltərə funt sterlinqini 2,0808, Rusiya rublunu 0,0257, Türkiyə lirəsini 0,3002 manata təklif edir (Valyutalar). Avro 2019-cu i...
Ali Məhkəmə qərarı dəyişmədi
Ali Məhkəmə jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən Seymur Qarayevin cinayət işi üzrə kassasiya şikayətlərinə baxışı tamamlayıb. Novator.az bildirir ki, 2016-cı il fevralın 14-də AZAL-ın işçisi Seymur Qarayev idarə etdiyi avtomobillə Bakı...
Yaşamalı 10 şəhər
“Economist İntelligence Unit” şirkəti yaşamaq üçün ən rahat şəhərlərin reytinqini açıqlayıb. Reytinq tərtib olunarkən səhiyyə xidmətinin keyfiyyəti və əlçatanlığı, təhsil və mədəniyyətin səviyyəsi, iqlim, cinayətkarlıq həddi, nəqliyyat infrastrukturu kimi meyarlar nəzərə alınıb. Novator.az xəbər ver...
Sabiq prezident həbsdə qaldı
Qırğızıstan paytaxtı Bişkekdə şəhər məhkəməsi sabiq prezident Almazbek Atambayevi həbsdə saxlayıb. Novator.az-ın məlumatına görə, qərar sentyabrın 4-də qəbul olunub. Almazbek Atambayev prezident postunu 2011-2017-ci illərdə tutub. Bu il ona korrupsiya cinayətlərində iştirak ittihamı irəli sürülüb. A...
Təhsil Nazirliyi: İctimai Şuraya seçki keçirilib
Sentyabrın 4-ü Bakıda, Azərbaycan-Fransız Universitetinin akt zalında Təhsil Nazirliyi yanında İctimai Şuraya seçki keçirilib. Rəsmi məlumata görə, nazirlik İctimai Şuraya namizədlik və seçici qismində iştirakla bağlı 125-dən çox müraciət alıb. 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Həmin ...
5 milyondan çox rusiyalı zəhər udur
Rusiyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi havası çox çirkli olan şəhərləri açıqlayıb. Novator.az-ın məlumatına görə, 2018-ci ili əhatə edən hesabatda ən qara şəhərlərin 57%-nin Sibirdə yerləşdiyi qeyd olunur. Nazirliyin siyahısına Abakan, Anqarsk, Barnaul, Bratsk, Zima, İrkutsk, İskitim, Kras...
Hacı Zeynalabdin Tağıyevin heykəlinin maketləri
Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı heykəltəraşlıq müsabiqəsini başa çatdırıb. Münsiflər heyətinin qərarı yaxın günlərdə açıqlanacaq. Müsabiqəyə ümumilikdə 26 layihə təqdim edilib. Ərizə və eskizlər (ma...
Yaxın ölkələrdə minimum maaş
Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manatdır. Novator.az yaxın ölkələrin analoji göstəricisinə də nəzər salıb. Rusiyada minimum əməkhaqqı 11 min 280 rubl (288 manat) müəyyən olunub. Ukraynada minimum maaş 4173 qrivna (283 manat), Belarusda 330 Belarus rubludur (265 manat). Qazaxıstan...
“Avroviziya 2020”yə razılıq verənlər
Novator.az “Avroviziya 2020” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin siyahısına nəzər salıb. Niderlandın Rotterdam şəhərinin “Ahoy” konsert zalında keçiriləcək yarışmanın birinci yarımfinalı 2020-ci il mayın 12-nə, ikinci yarımfinalı mayın 14-nə, finalı mayın 16-na təyin olun...
“Azərbaycan Televiziya və Radio Verilişləri”ndə yeni rəhbər
Sentyabrın 4-də sərəncam imzalayan prezident İlham Əliyev Rövşən Raqif oğlu Məmmədovu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib. Sədr vəzifəsi bu il yanvarın 15-dən boş idi. Prezident həmin gün Arif Alışanovu QSC-nin sədri vəzifəsindən azad etmişdi. Ar...
Rəsmi məzənnələr
Mərkəzi Bank sentyabrın 4-də bir çox valyutanı bahalaşdırıb. Novator.az-ın məlumatına görə, avro 1,8657, Gürcüstan larisi 0,5741, Türkiyə lirəsi 0,2966 manata yüksəlib. ABŞ dolları (1,7 manat) və Rusiya rublunun (0,0255 manat) rəsmi məzənnələri dəyişməyib. Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl ...
Ordu generalı ilə müzakirələr
Prezident İlham Əliyev sentyabrın 3-ü Bakıda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti ilə bir araya gəlib. AZƏRTAC-ın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişa...
Yeni kitablar
“Qanun” Nəşrlər Evində çapdan çıxmış yeni kitabları təqdim edirik. Malala Yusəfzay “Əlində kitab olan qız” Əfqanıstanda terrorist hücumuna məruz qalan Malala Yusəfzay cəmi 9 ay sonra 16-cı ad gününü BMT-nin Gənclər Assambleyasında çıxış etməklə qeyd etdi. “Bir uşaq, bir müəllim, bir kitab və bir qəl...
Jurnalistin həbs müddəti uzadılıb
Xətai Rayon Məhkəməsi Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacanın həbs müddətini 2 ay uzadıb. APA-nın 3 sentyabr məlumatına görə, qərar istintaq orqanının vəsatəti əsasında çıxarılıb. Şəfəq Ağacan mayın 1-i Bakıda tutulub. Mayın 3-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində həbs...