Xəbər
Nə bəyan olundu?
Siyasətçilərin və ictimai xadimlərin müzakirəsi bəyannamə qəbulu ilə başa çatıb. Noyabrın 5-i Müsavatın Bakıdakı mərkəzi qərargahında keçirilən müzakirələrə bu partiyanın başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbər, AXCP sədri, Demokratik Qüvvələr...
Köçəryan: “Ədalət mühakiməsi yoxdur”
Ermənistanın sabiq prezidenti Robert Köçəryan noyabrın 5-i paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə keçirilən prosesdə çıxış edib. Novator.az-ın məlumatına görə, Robert Köçəryan həbsdə saxlanmasına heç bir hüquqi əsas olmadığını vurğulayıb: “Dəmir barmaqlıqlar arasına salınmağım mənə q...
Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü
Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürüb. Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva noyabrın 5-də “Turan” agentliyinə belə deyib. Oqtay Gülalıyev müxalif görüşləri ilə tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Repressiya və İşgəncəl...
Hər turist Türkiyədə 649 dollar xərcləyir
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2019-cu ilin yanvar-sentyabr ayları üzrə turizm göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, 9 ayda ölkəni ümumilikdə 42 milyona yaxın əcnəbinin ziyarət etdiyi bildirilir. Hesabata əsasən, xarici turistlər arasında Rusiya vətəndaşları çoxluq təşki...
Müsavatdakı dəyirmi masa başladı
Noyabrın 5-i saat 14-də Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında siyasətçilərin və ictimai xadimlərin dəyirmi masası başlayıb. Dəyirmi masa qapalı keçirilir. Novator.az-ın məlumatına görə, Müsavat başqanı Arif Hacılının dəvəti əsasında dəyirmi masaya Milli Strateji Düşüncə Mərkəzinin sədri...
İnternet azadlığı reytinqi açıqlanıb
“Freedom House” beynəlxalq insan hüquqları təşkilatı dünyanın 65 ölkəsini əhatə edən internet azadlığı reytinqini açıqlayıb. Hesabata əsasən, dünyada internet istifadəçilərinin 87%-i həmin 65 ölkədə yaşayır, bu ölkələrin 40-da internet istifadəçilərini izləyən proqramlardan istifadə edilir. “Turan” ...
Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib
“Oqtay Gülalıyevin səhhəti ağır olaraq qalır. İstənilən halda beyin zədəsi ağır sayılır”. Bunu noyabrın 5-də “Azadlıq” radiosuna tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Adil Qeybulla bildirib ki, xəstənin səhhətində geriləmə yoxdur: “Müəyyən reflekslər var. Dörd koma dərəcəsindən ikinci...
Arif Hacılı: “Müraciətimiz kompromisdir”
Müsavat başqanı Arif Hacılı partiyanın noyabrın 10-na təyin etdiyi mitinqdən yazıb. Partiya 10 noyabr mitinqini Bakıda keçirmək niyyətindədir. Aksiyanın əsas tələblərinin siyasi məhbusların azadlığa buraxılması, repressiyalara son qoyulması, seçki qanunvericiliyində islahatlar olacağı bəyan edilib. ...
“Fəlsəfənin təsəllisi” və “Haradasan?”
“Qanun” Nəşrlər Evində “Fəlsəfənin təsəllisi” və “Haradasan?” kitabları çap olunub. “Haradasan?” təkrar nəşr edilib. Alen de Botton “Fəlsəfənin təsəllisi” 1969-cu ildə doğulmuş isveçrəli yazıçı və filosof Alen de Botton çağdaş dünyamızda əsərləri ən çox oxunan müəlliflərdən biri sayılır. Onun “...
“Milli azlıqların bədii yaradıcılıq antologiyası”nın Gəncədə təqdimatı
Gəncə şəhərində “Milli azlıqların bədii yaradıcılıq antologiyası” kitabının təqdimatı keçirilib. Oktyabrın 28-də Mərkəzləşdirilmiş Kitabxanada keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun təşkilat şöbəsinin rəhbəri Fuad Cəfərov açıb. O, antologiya haqqında geniş məlumat verib. Öl...
Əli Kərimlinin müraciətində nələr var?
AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli ictimaiyyətə müraciət edib. Novator.az-ın məlumatına görə, Əli Kərimli müxalifətin 2005-ci ildən sonra heç vaxt 2019-cu ildəki qədər güclü olmadığını vurğulayır: “Bu ilin 19 yanvarında və 19 oktyabrında keçird...
Kollegiya yeniləndi
Nazirlər Kabineti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının tərkibini təsdiqləyib. Novator.az bildirir ki, qərara əsasən, 13 nəfərdən ibarət, komitə sədrinin rəhbərlik edəcəyi kollegiyada bu vəzifələri tutan şəxslər təmsil olunacaq: Komitə sədrinin birinci müavini Komitə sədrinin müav...
Eniş və sabitlik
Noyabrın 5-də avronun rəsmi kursu 1,8911 manata düşüb. Novator.az-ın məlumatına görə, Gürcüstan larisi (0,5737 manat) və Türkiyə lirəsi də (0,2965 manat) ucuzlaşıb. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7, Rusiya rublunu 0,0268 manat səviyyəsində saxlayıb (Valyutalar). Dolların indiki rəsmi qiym...
Hesabat, tapşırıq, xəbərdarlıq
“Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır”. Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla noyabrın 4-də keçirdiyi görüşdə belə deyib. AZƏRTAC-ın məlumatına görə, paytaxt rəhbəri dövlət başçısına nümunəvi həyətlərin qurulma...
Nazirlik iki qurumunda struktur dəyişiklikləri aparıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində struktur dəyişiklikləri aparılıb. Rəsmi məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail və Yasamal rayon şöbələrinin bazasında 1 saylı Bakı Ərazi Şöbəsi; Dövlət Məşğulluq Xidmətinin (DMX) Səbail və Yasamal mərkəzlərinin bazasında 1 s...
Əli Əhmədovdan seçki təşviqi
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərindən yazıb. O qeyd edib ki, partiya bələdiyyə seçkilərinə ciddi hazırlaşıb, namizədlərini müəyyənləşdirib: “Hazırda namizədlərin irəli s...
Böyük beşlikdən yeni soraq
İngiltərə milli futbol çempionatında 11-ci tur yekunlaşıb. Novator.az-ın məlumatına görə, turnir cədvəlinə 31 xalla “Liverpul” başçılıq edir. “Mançester Siti” 25, “Lester” və “Çelsi” 23 xal götürüb. İspaniya çempionatında “Barselona” və “Real” 11 oyuna, “Real Sosyedad” 12 oyuna 22 xal yığıb. 12 oyun...
Valyuta ehtiyatı 519 milyon dollar artıb
Mərkəzi Bankın yeni hesabatına görə, noyabrın 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 144,7 milyon dollara çatıb. Novator.az bildirir ki, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 519 milyon dollar çoxdur. Yanvarın 1-nə 5 milyard 625,7 milyon dollarlıq valyuta ehtiyatı vardı. Fevralın 1-nə valyuta eht...
Bölgələrin kredit və əmanət statistikası
Novator.az bölgələr üzrə kredit və əmanət göstəricilərinə nəzər salıb. Mərkəzi Bankın hesabatına əsasən, paytaxt Bakıda 11 milyard 121,5 milyon manatlıq kredit rəsmiləşib. İqtisadi rayonlar üzrə statistika belədir: Aran – 725,1 milyon manat Gəncə-Qazax – 575,9 milyon manat Abşeron – 492,8 milyon man...
Məzənnə yenilikləri
Mərkəzi Bank noyabrın 4-də bir çox valyutanı bahalaşdırıb. Novator.az-ın məlumatına görə, avro 1,8986, Çin yuanı 0,2419, Rusiya rublu 0,0268, Türkiyə lirəsi 0,2981 manata yüksəlib. Məzənnəsi sabit qalan ABŞ dolları banklara 1,7 manata təklif olunur. Dəyər itirən Gürcüstan larisinə 0,5746, İngiltərə ...