Xəbər
Real və minimal üstünlüklər
UEFA-nın baş klub turnirində – Çempionlar Liqasında 1/8 finalın ilk oyunları arxada qalıb. Novator.az-ın məlumatına görə, fevralın 26-da keçirilmiş “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) görüşündə qonaqlar (2:1), “Lion” (Fransa) – “Yuventus” (İtaliya) matçında meydan sahibi (1:0) qalib gəl...
Dərsliklərin hazırlanma qaydası
Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanma qaydası rəsmiləşib. Novator.az bildirir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən sənədə əsasən, dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı bu...
Tədris ilinin rəsmi təqvimi
Nazirlər Kabineti ümumi təhsil müəssisələrində tədris ilinin müddətini təsdiqləyib. 2020-ci il sentyabrın 15-dən qüvvəyə minəcək sənəd məktəbəhazırlıq qruplarını, habelə ibtidai, ümumi orta və tam orta təhsil ocaqlarını əhatə edir. Novator.az bildirir ki, təqvimə əsasən, məktəbəhazırlıq qruplarında ...
İki ildə siqaret çəkənlərin 3034 nəfəri cərimələnib
Ötən iki ildə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə və tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034 nəfər cərimələnib. Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satdıqlarına görə cərimə edilənlərin sayı isə 453 nəfər olub. Məlumat Novator.az-a Daxili İşlər Nazirliy...
29 fevral mitinqi: müraciətə rəsmi cavab verildi
Bakı Şəhər İcra Hakimiyyəti fevralın 9-da keçirilmiş parlament seçkisinin rəsmi nəticələrindən narazı qalan Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası və “D18” Hərəkatı rəsmilərinin mitinq müraciətinə cavab verib. Aksiya fevralın 29-u saat 15-ə, Mərkəzi Seçki Komissiyasının qarşısına təyin...
İsgəndər Həmidov dəfn edilib
Milli azadlıq hərəkatının liderlərindən olan sabiq daxili işlər naziri İsgəndər Həmidov fevralın 26-sı Bakının Sulutəpə qəsəbəsindəki qəbiristanlıqda, mərhum həyat yoldaşının yanında torpağa tapşırılıb. Musavat.com-un məlumatına görə, dəfn mərasimində çıxış edən Milli Strateji Düşüncə Mərkəzinin səd...
Xocalı ziyarəti
Prezident İlham Əliyev fevralın 26-sı Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təcavüzkar erməni qoşunları Rusiya Ordusu alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək kütləvi qırğın ...
Xocalı qırğınını görən litvalı jurnalistin müsahibəsi
Dövlət Tərcümə Mərkəzi litvalı jurnalist Riçardas Lapaytisin Xocalı qırğını ilə bağlı söhbətini yayıb. 1992-ci il fevralın 25-dən 26-na silahlı erməni birləşmələri Azərbaycanın Xocalı şəhərini işğal edərək 613 nəfəri qətlə yetirib. Qırğın zamanı təsadüfən Xocalıda olmuş litvalı jurnalist Riça...
Koronavirus: yeni bilgilər
Fevralın 26-da Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb. Rəsmi açıqlamaya görə, Bakıdakı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib, onların 2-si Azərbaycan, 5-i İran vətəndaşıdır: “6 nəfərin vəziyyəti n...
İsgəndər Həmidov vəfat etdi
Milli azadlıq hərəkatının liderlərindən olan sabiq daxili işlər naziri İsgəndər Həmidov fevralın 26-sı Bakıdakı “City Hospital”da vəfat edib. Ürəyi xəstə olan İsgəndər Həmidov bu il yanvarın 24-dən paytaxtdakı Mərkəzi Klinik Xəstəxanada müalicə almış, fevralın 5-də koma vəziyyətində “City Hospital”a...
Rəsmi məzənnələr
Mərkəzi Bank fevralın 26-da avro (1,8478 manat) və Gürcüstan larisini (0,6095 manat) bahalaşdırıb. ABŞ dollarının rəsmi kursu 1,7 manat səviyyəsində qalıb, məzənnələri enən Rusiya rubluna 0,0260, Türkiyə lirəsinə 0,2764 manat qiymət qoyulub (Valyutalar). Avro 2020-ci ilə 1,9025, lari 0,5947, rubl 0,...
1/8 final yarılanır
UEFA Çempionlar Liqasının 1/8 finalı davam edir. Novator.az-ın məlumatına görə, fevralın 25-də keçirilmiş “Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya) matçında qonaqlar 3 cavabsız topla üstün gəlib, “Napoli” (İtaliya) ilə “Barselona” (İspaniya) xalları bölüblər – 1:1. Ötən həftə “Atletiko” (İspaniya)...
Sənədlər, bəyanatlar
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 25 fevral iclası çərçivəsində hansı sənədlərin imzalandığı bəlli olub. Bakıda keçirilən iclasın protokolunu prezidentlər İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğan rəsmiləşdiriblər. Digər sənədlər bunlardır: “Azərbaycanda İxracın və İnvestis...
121 qalibin adı Konstitusiya Məhkəməsinə göndərildi
Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilmiş parlament seçkisinin rəsmi nəticələrini açıqlayıb. Fevralın 25-də qəbul olunan qərarla 121 qalib namizədin adı təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərilib. Novator.az həmin şəxslərin adlarını diqqətə çatdırır: 1 saylı Şərur-Sədərək dairəsi – Vas...
Mübarək vəfat etdi
Misirin sabiq prezidenti Hüsnü Mübarək fevralın 25-i ölkəsindəki hərbi xəstəxanaların birində vəfat edib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən sabiq prezident bu ilin yanvarında mədəsindəki şişdən əməliyyat olunmuşdu. Novator.az bildirir ki, 1928-ci il təvəllüdlü Hüsnü Mübarək 1981-ci ildən Mi...
Kliniki Tibbi Mərkəzdə 6 nəfər müayinə olunur
Fevralın 25-də Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb. Qeyd olunur ki, Bakıdakı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib: “Həkim müşahidəsinə götürülənlər İran vətəndaşlarıdır. 19-21 yaş arası o...
Ərdoğan Bakıdadır
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan fevralın 25-də Azərbaycana səfərə gəlib. Bakının əsas hava limanında prezidenti baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb. AZƏRTAC xəbər verir ki, bunun ardınca prezident İlham Əli...
Avropa Məhkəməsi “Qanun”un şikayətini araşdırır
Avropa İnsan Hüquqları Məhkəməsi “Qanun” Nəşrlər Evinin şikayətini araşdırır. Novator.az bildirir ki, məlumatı yayan hüquqşünas Xalid Ağalıyev 2013-cü ildə bu nəşrlər evinə və “Qanun” jurnalının Bakıdakı redaksiyasına vergi işçilərinin reyd etdiyini xatırladır. Reyd zamanı nəşriyyatın mühasibat sənə...
Şəhid əsgər dəfn olundu
Dövlət Sərhəd Xidmətinin şəhid əsgəri İbrahim Vəliyev fevralın 25-i Zərdabın Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. İbrahim Vəliyev fevralın 24-ü Ermənistanla sərhəddə, Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində diversiya cəhdinin qarşısı alınarkən şəhid olub. Report.az-ın mə...
Naxçıvanın sosial-iqtisadi göstəriciləri
Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsi yeni hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2020-ci ilin yanvar ayında muxtar respublikada 173 milyon 71,9 min manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2019-cu ilin ilk ayı ilə müqayisədə 1 faiz çoxdur. Hər bir nəf...