Xəbər
Yollar açılır
Nazirlər Kabineti yanında operativ qərargahın 4 sentyabr məlumatına görə, Azərbaycanda daha 132 nəfər koronavirus infeksiyasına yoluxub, 2 xəstə vəfat edib. Ümumi yoluxma sayı 37031 nəfər göstərilir: onların 543-ü dünyasını dəyişib. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavir...
Rəhim Qazıyev ev dustaqlığına buraxılıb
Sabiq müdafiə naziri Rəhim Qazıyev sentyabrın 4-də ev dustaqlığına buraxılıb. APA-nın məlumatına görə, qərarı Səbail Rayon Məhkəməsi vəkilin vəsatəti əsasında çıxarıb. Rəhim Qazıyevi bu ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidməti tutmuşdu. O, Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn a...
Əli İnsanovun partiyasında işlər necədir?
2020-ci il yanvarın 25-i Bakıda Haqq-Ədalət Partiyasının (HƏP) təsis konfransı keçirilib, sabiq səhiyyə naziri Əli İnsanov sədr seçilib. Haqq-Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli sentyabrın 4-də Novator.az-a deyib ki, hazırda qurumun 46 rayon və şəhərdə yerli təşkilatı var: “Yaxın...
Nazirliyin maliyyələşməsi dəyişir, nazir yeni səlahiyyətlər alır
Sentyabrın 4-də fərman imzalayan prezident İlham Əliyev Təhsil Nazirliyinin əsasnaməsini yeniləyib. Novator.az bildirir ki, dəyişikliyə görə, nazirliyin saxlanması xərcləri və fəaliyyəti yalnız dövlət büdcəsi hesabına deyil, həmçinin qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir....
6 müavindən biri…
Prezident İlham Əliyev Nadir Hüseynovu xarici işlər nazirinin müavini vəzifəsindən azad edib. O, xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə xüsusi tapşırıqlar üzrə səfir postuna təyinat alıb. Novator.az bildirir ki, Nadir Hüseynov 1960-cı ildə Gəncə şəhərində doğulub. Kiyev Dövlət Universitetini...
ADA-ya reyd
Prezident İlham Əliyev sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak edib. AZƏRTAC-ın məlumatına görə, yeni korpuslarda 535 nəfərlik akt zalı, sinif və qrup otaqları, kitabxana, laboratoriyalar var, sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avada...
Cəbhəçi azadlığa çıxır
Sentyabrın 5-də AXCP üzvü, jurnalist Ziya Əsədlinin həbs cəzası başa çatır. Novator.az bildirir ki, 2017-ci il sentyabrın 5-də tutulan Ziya Əsədli silah qismində istifadə edilən əşyanın tətbiqi ilə xuliqanlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Cəbhəçi Salyanın Xəl...
“Sevil”, “Məsnəvi”dən hekayələr
Cəfər Cabbarlı, “Sevil” (dördpərdəli pyes) 1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlının qələmə aldığı “Sevil” pyesi əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs...
İmaməli Rəhman yenə qalır
İmaməli Rəhman yenidən Tacikistan prezidentliyinə namizəd olur. Novator.az-ın məlumatına görə, qərar dövlət başçısının sədrlik etdiyi Xalq Demokrat Partiyasının 3 sentyabr qurultayında çıxarılıb. Prezident seçkisi oktyabrın 11-də keçiriləcək. İmaməli Rəhman 1952-ci il oktyabrın 5-də doğulub. İqtisad...
Koronavirus: yaxın ölkələrin itkiləri
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, 541 nəfər vəfat edib. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 7 nəfər koronavirusun qurbanı olub. Novator.az bildirir ...
Yoluxma və itki statistikası
Nazirlər Kabineti yanında operativ qərargahın 3 sentyabr məlumatına görə, Azərbaycanda daha 167 nəfər koronavirus infeksiyasına yoluxub, 3 xəstə vəfat edib. Ümumi yoluxma sayı 36899 nəfər göstərilir: onların 541-i dünyasını dəyişib, 2094-ü müalicə alır. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq düny...
Bağlanan banklar: 503,5 milyon manat ödənib
Mərkəzi Bank bu il aprelin 28-də “Atabank” və “Amrah Bank” banklarının, mayın 12-də “AGBank” və “NBCBank” banklarının lisenziyalarını ləğv edib. 4 bankda əhalinin qorunan – illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlərinin ümumi məbləği 686 mil...
2021-in büdcəsi gündəmə gəldi
Maliyyə Nazirliyi 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat proqnozlaşdırılır: “Gəlirlərin 57,3 faizi neft sektorunun, 42,7 faizi qeyri-neft sektorunun payına düşür...
Tofiqə hökm oxundu
Sentyabrın 3-ü Bakının Nizami Rayon Məhkəməsində məhbus siyasətçi Tofiq Yaqubluya hökm oxunub. Novator.az-ın məlumatına görə, Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinib. Siyasət...
3 sentyabr qiymətləri
Sentyabrın 3-ü dünya bazarında bir barrel brent nefti 44,30 dollara, bir barrel layt nefti 41,43 dollar satılır. Məlumatı yayan Energetika Nazirliyi “AzəriLayt” markalı neftin barrelinə 44,92 dollar qiymət qoyulduğunu bildirir. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, may...
Uşaq İncəsənət Məktəbi yenilənib
Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 3-ü Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışına qatılıblar. AZƏRTAC xəbər verir ki, Uşaq İncəsənət Məktəbini Heydər Əliyev Fondu əsaslı təmir edib...
Təsdiqləndi: zəhər!
Almaniya hökuməti rusiyalı müxalif lider Aleksey Navalnının sinir iflici törədən “Noviçok” adlı xüsusi maddədən zəhərləndiyini açıqlayıb. Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. Bu il avqustun 20-də o, Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən ...
Narazılıq və xəbərdarlıq
Sentyabrın 2-si Bakıda Yunanıstanın yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən prezident İlham Əliyev bu ölkədən narazılıqları dilə gətirib: “Son bir neçə il aramızda çox aşağı səviyyəli əməkdaşlıq illəridir. Əvvəlki vaxtlarda daha fəal təmaslarımız olub. Mən sizin ölkənizə rəsmi sə...
Operativ qərargahdan
Sentyabrın 2-də yayılan rəsmi bilgiyə əsasən, Azərbaycanda daha 154 nəfər koronavirus infeksiyasına yoluxub, 2 xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargah yoluxanların ümumi sayını 36732 nəfər göstərilir: onların 538-i dünyasını dəyişib. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dü...
Nazirlər Kabinetinin iş qaydasında yeniliklər
Sentyabrın 2-də fərman imzalayan prezident İlham Əliyev Nazirlər Kabinetinin iş qaydasını və Nazirlər Kabinetinin Aparatı haqqında əsasnaməni yeniləyib. Novator.az bildirir ki, yeniliyə görə, Nazirlər Kabinetinin iclasına baş nazirin sədrlik etməsi qətiləşir. Yalnız prezidentin iştirakı ilə keçirilə...