Xəbər
116 dollardan baha
Energetika Nazirliyinin 3 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 116,10 dollara satılır. Bu, büdcə qiymətindən 66,10 dollar yuxarı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, mart...
Hökm dəyişmədi
Bakı Apellyasiya Məhkəməsi məhbus AXCP fəalı Niyaməddin Əhmədovun şikayəti üzrə prosesi tamamlayıb. “Turan”ın məlumatına görə, martın 2-də çıxarılan qərarla Niyaməddin Əhmədov barədə hökm qüvvədə saxlanıb. Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-da tutularaq 30 sutka inzibati həbsə məhkum edilib, s...
Ukraynada Yanukoviç ssenarisi?
Fevralın 24-dən Ukraynaya təcavüzü gücləndirərək total işğalçı müharibə aparan Rusiyanın bir məqsədinin də ölkədə hakimiyyəti dəyişmək olduğu bəyan edilib. Martın 2-də Ukrayna kəşfiyyatındakı mənbələrə istinad edən “Ukrainskaya pravda” nəşri Moskvanın sabiq prezident Viktor Yanukoviçin dövlət başçıs...
Manat nə qədər dollar aparıb?
Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin fevral ayında keçirdiyi valyuta hərraclarında 371,2 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat martın 2-də yayılıb. Novator.az bildirir ki, iki ayın ümumi satış həcmi 1 milyard 98,2 milyon dollardır. Fond yanvarın hərraclarında 727 milyon ...
Elmarsız 17 il
Bir qrup jurnalist martın 2-si Bakıdakı Qurd qapısı qəbiristanlığında mərhum həmkarları Elmar Hüseynovun məzarını ziyarət edib. Elmar Hüseynov 2005-ci il martın 2-də rusdilli “Monitor” jurnalının baş redaktoru postunu tutarkən Bakıda, yaşadığı evin blokunda odlu silahla öldürülüb. Mərasimdə çıxış ed...
Rubl ilin ən aşağı qiymətində
Azərbaycan Mərkəzi Bankı martın 2-də 100 Rusiya rublunu banklara 1 manat 55 qəpiyə satır. Novator.az bildirir ki, bu, 2022-ci ilin ən aşağı rəsmi məzənnəsidir. Rubl Ukraynaya hərbi təcavüzə görə dünya birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar üzündən dəyər itirir. 2022-ci il 100 Rusiya rublu üçü...
Çin Ukraynanı və Amerika kəşfiyyatını ruslara satıb – “Nyu-York Tayms”
ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsinin qarşısını almaq üçün bir neçə ay ərzində ardıcıl olaraq Çindən kömək istəyib, amma Si Cinpinin başçılıq etdiyi Çin Xalq Respublikası hər dəfə Vaşinqtonun xahişini rədd edib. Novator.az-ın ...
112 dollar həndəvərində
Martın 2-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 111,90 dollara təklif olunur. Xəbəri Energetika Nazirliyi yayıb. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30 dollarla başlayıb. Gündəlik xam neft ha...
Eldar Həsənov işi yeni prosesdə
Bakı Apellyasiya Məhkəməsi məhbus dövlət xadimi Eldar Həsənovun şikayətinə baxacaq. Novator.az-ın məlumatına görə, hazırlıq iclası martın 10-na təyin olunub. Prosesdə əsas hakim məhkəmənin Cinayət Kollegiyasının sədri Elmar Rəhimovdur. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yan...
Harada neçə xəstə var?
Martın 2-nə olan beynəlxalq statistikaya görə, 213 ölkə və ərazidə 61,8 milyon aktiv koronavirus xəstəsi var. Novator.az bildirir ki, Rusiyada 2 milyon 394 min 458 nəfər, Ukraynada 646099, Türkiyədə 616964, İranda 257975 şəxs müalicə altındadır. Latviyada aktiv xəstə sayı 139651, Estoniyada 119572, ...
Eldar Həsənovun övladları prezidentə müraciət ediblər
Dövlət xadimi Eldar Həsənovun övladları Səbinə Hüseynova, Emilya Qurbanova və Anar Həsənov prezident İlham Əliyevə müraciət ediblər. Novator.az-ın məlumatına görə, müraciətdə deyilir: – Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan! Bu müraciəti Sizə 28 il yaxından tanıdığınız, Sizə ...
Avropa İttifaqının tarixi
Rusiyanın total hərbi təcavüzünə məruz qalan Ukrayna fevralın 28-də Avropa İttifaqına qoşulmaq üçün rəsmi ərizə verib. Novator.az bildirir ki, Ukrayna Avropa İttifaqına Şərq tərəfdaşlığı proqramı və assosiasiya sazişi ilə bağlıdır, bir neçə ildir üzvlüyə namizəd olmağa çalışır. İndi Ukrayna Avropa İ...
Valyuta ehtiyatının yeni hesabatı
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatının həcmini açıqlayıb. Rəsmi hesabata görə, martın 1-nə ehtiyatın həcmi 7 milyard 158 milyon dollar olub. 2022-ci il 7 milyard 75,4 milyon dollarla başlamışdı. Novator.az bildirir ki, 2015-ci ilin əvvəlinə valyuta ehtiyatı 13 milyard 758,3 milyon dollar göstə...
Nüvə silahı: hansı ölkənin nəyi var?
Ukraynada işğalçı müharibə aparan Rusiya fevralın 27-dən nüvə qüvvələrini xüsusi döyüş növbəsinə keçirib. Ekspertlərin əksəri bunu sadəcə hədə-qorxu kimi qiymətləndirir. Ancaq Rusiyanın nüvə təhdidini ciddi qarşılayanlar da var. Novator.az saytı bildirir ki, nüvə silahları ilə bağlı hesabatlar hazır...
ADR Partiyasının sənədləri niyə geri qayıtdı?
Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərini geri qaytarıb. Rəsmi cavaba görə, partiyanın təsis edilməsi, nizamnaməsinin təsdiqlənməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarları bütün təsisçilər və ya onların...
Tokayev üçün Amanat
Martın 1-i Qazaxıstanın paytaxtı Nur-Sultanda hakim Nur Otan Partiyasının növbədənkənar qurultayı keçirilib. Novator.az-ın məlumatına görə, qurultay partiyanın adının dəyişdirilməsinə səs verib: Amanat Partiyası. Əsası 1999-cu il fevralın 13-də qoyulan partiyaya 2021-ci il noyabrın 21-dək ölkənin il...
Yeni qiymət, yeni kvota
Energetika Nazirliyinin 1 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 102,30 dollara satılır. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20 dollarla başlayıb. Yanvarın xam neft hasilatı 2,9 milyon t...
Rusiya futbol ailəsindən qovulur
Rusiyanın milli futbol komandası 2022-ci ilin dünya çempionatının final raunduna çıxmaq imkanını itirib. Bu, ali futbol qurumu FİFA-nın Ukraynaya hərbi təcavüz fonunda tətbiq etdiyi sanksiyanın nəticəsidir. FİFA fevralın 28-də Rusiyanı beynəlxalq turnirlərdə iştirak hüququndan məhrum edib. Novator.a...
Peyvənd statistikası
Novator.az koronavirusa qarşı peyvənd statistikasına nəzər salıb. Rəsmi hesabat martın 1-dək Azərbaycanda 5 milyon 298 min 628 nəfərin bir doza, 4 milyon 784 min 882 nəfərin iki doza, 2 milyon 694 min 562 nəfərin iki dozadan çox peyvənd aldığını göstərir. 204 min 315 nəfərə isə xəstəlikdən sonra bir...
Viruslu iki il
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxmanın iki ili tamam olur. Son rəsmi hesabata görə, ölkədə 785670 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9417-si vəfat edib. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də...