Xəbər
Admiral: “Putinin Ukraynanı zəbt etmək planı alt-üst olub”
Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəisi admiral Entoni Radakin bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin bütün Ukraynanı zəbt etmək planı alt-üst olub. Novator.az-ın məlumatına görə, britaniyalı admiral bunu Putinin ciddi səhvlərə yol verməsi ilə əlaqələndirib. Entoni Radaki...
Nə qədər valyuta ehtiyatı var?
Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, aprelin 1-nə ehtiyatın həcmi 7 milyard 136,5 milyon dollar olub. 2022-ci il 7 milyard 75,4 milyon dollarla başlayıb. 2015-ci ilin əvvəlinə valyuta ehtiyatı 13 milyard 758,3 milyon dollar göstərilib, ilin...
Aprelin siftəsi, kvotası
“AzəriLayt” markalı Azərbaycan neftinin barreli aprel ayına 112,33 dollarla start verib. Bu, büdcə qiymətindən 62,33 dollar yuxarı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30 dollarla başlayıb. Nov...
Qərar verənlərin orta yaşı
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov keçmiş SSRİ məkanı ölkələrində qərar verən aparıcı şəxslərin yaşı üzrə arayış yayıb. Arayış prezidentlər, baş nazirlər, parlament sədrləri, Mərkəzi Bank rəhbərləri, xarici işlər, müdafiə və maliyyə nazirlərinin yaşı əsasında hazırlanıb. Novat...
“Demokratiya qalib gələcək”
AXCP sədri Əli Kərimli partiyadaşı Şahin Hacıyevin məhkum olunmasını pisləyib. Şahin Hacıyev ziyalıdır, sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. 2021-ci il noyabrın 26-sı Gəncədə tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada tə...
Dünya çempionatı komandalarının təqdimatı
2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə 22-ci dünya futbol çempionatının final mərhələsi keçiriləcək. İştirakçıların 29-u bəllidir. Son 3 vəsiqə uğrunda Şotlandiya, Ukrayna, Uels; Asiya təmsilçisi ilə (Avstraliya və ya BƏƏ) Peru; Kosta Rika ilə Yeni Zelandiya mübarizə aparır. Novator.az y...
Hansı partiyalar maliyyə hesabatı verib?
“Siyasi partiyalar haqqında” qanun partiyaların gəlir və xərclərini də tənzimləyir. Novator.az bildirir ki, sənəddə partiyaların gəlirləri belə sıralanır: üzvlük haqları; əmlakdan götürülən gəlir; tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlərlə bağlı olan buna bənzər başqa fəa...
Cəbhəçiyə hökm oxundu
AXCP üzvü Şahin Hacıyevin mühakiməsi bitib. Martın 31-i Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şahin Hacıyevə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. 2021-ci il noyabrın 26-sı Gəncədə tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə s...
Yoluxma, ölüm, peyvənd
Yeni hesabata görə, Azərbaycanda koronavirusa yoluxmuş 791932 nəfərin 9692-si vəfat edib, 351-i aktiv xəstədir, qalanları sağalıb. Novator.az bildirir ki, 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. 2020-ci i...
Yaponiya şimal ərazilərinin işğal olunduğunu bəyan etdi
Yaponiyanın Xarici İşlər Nazirliyi son 19 ildə ilk dəfə Rusiyanın Cənubi Kuril adalarını işğal etdiyini vurğulayıb. Novator.az-ın məlumatına görə, bu mövqe nazirliyin 2022-ci il üzrə xarici siyasət və beynəlxalq diplomatiyaya dair hesabatında əksini tapıb. Hesabatda bildirilib ki, Yaponiyanın şimal ...
Neftsiz ixracın üç lider məhsulu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmi hesabatına görə, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 461,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu göndərilib, ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz artıb. İxrac məhsullarının ilk üçlüyündə...
Finlandiyada NATO-ya üzv olmaq istəyənlərin sayı hər həftə artır
Rusiyanın Ukraynada apardığı müharibə bütövlükdə Avropanın təhlükəsizliyinə təhdid kimi qəbul olunur və Avropanın neytral ölkələrinin həm xalqlarını, həm də hökumətlərini hərbi bloka – NATO-ya qoşulmağa meylləndirir. Novator.az-ın məlumatına görə, Finlandiyanın Milli İctimai Yayım Şirkətinin (...
Prezident: “Velosiped ixtira etmirik”
Prezident İlham Əliyev martın 31-i Bakıda Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Ermənistanın baş naziri ilə bir araya gələcəyini vurğulayıb: “Ümid edirəm ki, bu görüş məhsul...
Milli futbol komandalarının reytinqi
Martın 31-də FİFA milli futbol komandalarının reytinqini açıqlayıb. Novator.az bildirir ki, ilk 10-luqda Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İtaliya, İspaniya, Portuqaliya, Meksika və Niderland yığmaları yer alır. Azərbaycan 211 yığma arasında 129-cu yerdə göstərilir. İran 21-ci, Ukray...
Apreldə hava
Milli Hidrometeorologiya Xidməti aprel ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağını gözləyir. Bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir: Bakı və Abşeron yarımadası – 11-14 dərəcə isti (bəzi günlərdə 23-28 d...
Amerikalılar beynəlxalq siyasətdə kimə inanır?
Amerikalıların 72 faizi beynəlxalq siyasətlə bağlı məsələlərdə Ukrayna prezidenti Vladimir Zelenskiyə etimadla yanaşır. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “Pyu” Araşdırma Mərkəzinin (Pew Research Center) keçirdiyi sorğu göstərib. Beynəlxalq siyasi məsələlərdə Fransa prezidenti Emmanuel Makro...
Nazir nədə ittiham olunur?
Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyanın nədə ittiham olunduğu açıqlanıb. Novator.az bildirir ki, martın 31-də yayılan rəsmi məlumata görə, nazirə xüsusilə külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb. Onun köməkçisi vasitəsilə qapalı səhmdar cəmiyyətlərin birindən rüşvət aldığı...
Qadağa şərhi
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli Bakıda Ukraynaya dəstək mitinqi keçirilməsinə razılıq verilməməsini şərh edib. Martın 28-də Bakı Şəhər İcra Hakimiyyətinə üz tutan Demokratik Qüvvələrin Milli Şurası aprelin 2-si paytaxtda Ukraynaya dəstək mit...
Görüş anonsu
Aprelin 6-sı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü gözlənir. Məlumatı martın 30-u axşam Avropa İttifaqının rəsmi saytı yayıb, qeyd olunub ki, görüşə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də qatılacaq. Ermənistan 1988-1994-cü illərin ...
Partiyaların gəlir və xərcləri
Azərbaycanda 58 siyasi partiya dövlət qeydiyyatındadır. Novator.az bildirir ki, martın 31-dək onların 31-i Mərkəzi Seçki Komissiyasına 2021-ci il üzrə maliyyə hesabatı verib. Azərbaycan Naminə Alyans Partiyası, Liberal Partiyası, Respublikaçılar Partiyası, Tərəqqi Partiyası, Milli Dirçəliş Hərəkatı ...