Xəbər
1/4 final yarılandı
UEFA Çempionlar Liqasının 1/4 finalında ilk oyunlar bitib. Novator.az-ın məlumatına görə, aprelin 6-da oynanan “Vilyarreal” – “Bavariya” görüşündə 1:0, “Çelsi” – “Real” matçında 1:3 hesabı qeydə alınıb. 5 aprel oyunları da eyni cür nəticələnmişdi: “Mançester Siti” – “Atletiko” 1:0 “Benfika” – “Liver...
1,7 nöqtəsi
Mərkəzi Bank aprelin 7-də ABŞ dollarının məzənnəsini 1,7 manat saxlayıb, bununla qiymət sabitliyinin 4 il 1 ayı tamamlanıb. 2015-2016-cı illərdə dolların rəsmi kursu 0,7844 manatdan 1,7707 manata yüksəlib. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təkli...
Görüşlər
Aprelin 6-sı Brüsselə səfər edən prezident İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə toxunulub, Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər...
Brüssel səfəri başladı
AZƏRTAC-ın məlumatına görə, aprelin 6-da prezident İlham Əliyevin Avropa İttifaqının baş şəhəri, Belçikanın paytaxtı Brüsselə işgüzar səfəri başlayıb. Bu gün İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla bir araya gələcək, görüşə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də qatılacaq. ...
Jirinovski öldü
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasında 23 deputatla təmsil edilən Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski aprelin 6-da ölüb. O, bir müddət idi xəstə yatırdı. 1946-cı il aprelin 25-də doğulan Vladimir Jirinovski fəlsəfə elmləri doktorudur. Liberal Demokrat Partiyası...
ADR Rusiya etirazına hazırlaşır
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Bakıda, Rusiya səfirliyi qarşısında piket keçirməyə qərar verib. Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən bilgidə qeyd olunub ki, aprelin 12-si saat 15-ə təyin edilən aksiyanın “Ukraynada müharibəni dayandırın!”, “Müharibə cinayətlərinə son qoyun!”, “U...
Fəala təzyiqlər, başqandan etiraz
Müsavat Partiyasının fəalı Əziz Məmiyev aprelin 5-i Bakıda, Daxili İşlər Nazirliyinin binası qarşısında təkbaşına etiraz aksiyası keçirməyə cəhd göstərib. O, məlumat yayaraq bildirib ki, mənəvi terrorla üzləşir: “Facebook” şəbəkəsində saxta profillərlə məni təhdid edirlər. Bir müddət əvvəl xarici və...
Yarımfinala doğru
UEFA Çempionlar Liqasının 1/4 finalı start götürüb. Novator.az-ın məlumatına görə, 5 aprel oyunları belə nəticələnib: “Mançester Siti” – “Atletiko” 1:0 “Benfika” – “Liverpul” 1:3. “Çelsi” – “Real” və “Vilyarreal” – “Bavariya” görüşləri aprelin 6-na təyin edilib. 1955-ci ildən keçirilən, 1991-ci ilə ...
Koronavirus statistikası
Son rəsmi hesabata əsasən, Azərbaycanda 319 nəfər koronavirus xəstəsi var. İnfeksiyaya yoluxmuş 792103 nəfərin 9700-nün vəfat etdiyi bildirilir. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiya Azərbaycanda 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 218700 yoluxma, 2641 ölüm, ...
Bələdiyyə hesabatı
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Milli Məclisin 5 aprel iclasında 2021-ci ilin hesabatını verib. AZƏRTAC-ın məlumatına görə, illik məruzəni təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib ki, ötən il 80359, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 311...
Eldar Həsənov: hökm dəyişmədi
Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi məhbus dövlət xadimi Eldar Həsənovun şikayəti üzrə qərar çıxarıb. Novator.az-ın məlumatına görə, proses əvvəlki hökmün qüvvədə qalması ilə bitib. 1955-ci il təvəllüdlü Eldar Həsənov ədliyyə general-leytenantı, fövqəladə və səlahiyyətli səfir, hüquq elmləri dok...
Pakistan parlamenti necə seçilir?
Parlament respublikası olan Pakistan hökumət böhranı yaşayır. Ziddiyyətlər üzündən hakim koalisiya dağılıb, aprelin 3-də prezident Arif Alvi hökuməti istefaya göndərərək parlamentin aşağı palatasını – Milli Assambleyanı buraxıb. Növbədənkənar parlament seçkisi üç ay ərzində keçirilməlidir. Novator.a...
Əli Əliyev: ikinci məhkəmə uzanır
Yasamal Rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin işi üzrə prosesi uzadır. 2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yüngül xəsarətlər alıbl...
Qurban Qurbanov – 50
Futbol xadimi Qurban Qurbanovun 50 yaşı tamam olur. Novator.az bildirir ki, Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalanın Aşağı Tala kəndində doğulub. Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Ba...
5 aprel qiyməti
Energetika Nazirliyinin 5 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 112,44 dollara satılır. Bu, büdcə qiymətindən 62,44 dollar yuxarı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, mar...
Partlayışın istintaqı: üç nəfər həbs edilib
Baş Prokurorluq rəsmi məlumat yayıb. Qeyd olunur ki, İstintaq İdarəsi Bakının Səbail rayonundakı “Location” gecə klubunda aprelin 3-nə keçən gecə, saat 3 radələrində baş vermiş partlayışla bağlı istintaq aparır: “Hadisə nəticəsində 1 nəfər həlak olub, 37 şəxs xəsarət alıb, 14 avtomobilə, 1 mənzilə v...
İnflyasiyaya qarşı subsidiya
Nazirlər Kabinetinin 4 aprel qərarına görə, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan mikro, kiçik və orta sahibkarlar 2022-ci ildə verilmiş kreditlər üzrə faiz subsidiyası alacaq. Subsidiya 12 aydan çox olmayan müddətdə ödənmiş və ya ...
Korrupsiyaya qarşı mübarizə: yeni plan
Aprelin 4-də sərəncam imzalayan prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planını təsdiqləyib. Plan 2022-2026-cı illəri əhatə edir. Sərəncama görə, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə m...
“Qarabağ” 9-cu zirvəyə doğru
Azərbaycanın milli futbol çempionatında üç dövrə arxada qalıb. Novator.az bildirir ki, dördüncü – sonuncu dövrə ərəfəsində ehtiyatda bir oyunu olan “Qarabağ” (Ağdam) 49 xalla liderdir. “Neftçi” (Bakı) 21 oyuna 38, “Zirə” (Bakı) 36, “Qəbələ” 34 xal əldə edib. “Sabah”ın (Bakı) 29, “Keşlə”nin (Bakı) 20...
Entoni Blinken: “Kreml iflasa uğrayıb”
“Rusiyanın üç əsas məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etdirib onun suverenliyini, müstəqilliyini əlindən almaq; orada Rusiyayönlü hakimiyyət qurmaq; Qərbi, NATO-nu parçalamaq. Kreml hər üç hədəfində iflasa uğrayıb”. Novator.az-ın məlumatına görə, ABŞ-ın dövlət katibi Entoni Blinken NBC kan...