Xəbər
Terror seçkiyə əngəl olmadı
Yaponiya parlamentinin yuxarı palatasına seçki təxirə salınmayacaq. Novator.az-ın məlumatına görə, baş nazir, hakim Liberal Demokrat Partiyasının sədri Fumio Kişida iyulun 8-də belə bəyanat verib. O, azad və təmiz seçkinin nəyin bahasına olur-olsun qorunmasının vacib olduğunu vurğulayıb. Yuxarı pala...
Aksiya günü dəyişdi
Bakı Şəhər İcra Hakimiyyəti Nazirlər Kabinetinin binası qarşısına təyin olunmuş 13 iyul piketinə razılıq verməyib. Aksiyanın təşkilatçısı, siyasətçi Tofiq Yaqubluya təqdim olunan bildirişdə qeyd edilib ki, piket barədə müraciət qanunda nəzərdə tutulan vaxtdan gec göndərilib. “Sərbəst toplaşmaq azadl...
Sindzo Abe keçinib
Yaponiyanın sabiq baş naziri, hakim Liberal Demokrat Partiyasının üzvü Sindzo Abe vəfat edib. İyulun 8-i Nara şəhərində silahlı hücuma məruz qalan Sindzo Abenin aparıldığı xəstəxanada keçindiyi xəbər verilir. Seçkiqabağı küçə toplantısında çıxış edən siyasətçiyə əldəqayırma tapançadan atəş açılmış, ...
Bəraət hökmü
İyulun 8-də İsveçrənin Federal Cinayət Məhkəməsi FİFA və UEFA-nın sabiq prezidentləri Jozef Blatterlə Mişel Platiniyə bəraət hökmü çıxarıb. Prokurorluq hər iki şəxsə 1 il 8 aylıq şərti həbs cəzası verilməsini istəmişdi. İttihama görə, Mişel Platini 2011-ci ildə FİFA-dan 2 milyon İsveçrə frankı məblə...
8 iyul qiyməti
Energetika Nazirliyinin 8 iyul məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 119,72 dollara təklif olunur. Bu, indiki büdcə qiymətindən 34,72 dollar yuxarı qiymətdir. İyulun 1-dən dövlət büdcəsində bir barrel neftin qiyməti 85 dollardır. Novator.az bildirir ki, “AzəriLayt” yanvara...
Sindzo Abe: həyatla ölüm arasında
Həkimlər Yaponiyanın sabiq baş naziri, hakim Liberal Demokrat Partiyasının üzvü Sindzo Abenin həyatını xilas etməyə çalışır. Novator.az-ın məlumatına görə, iyulun 8-i Nara şəhərində silahlı hücuma məruz qalan Sindzo Abe dərhal xəstəxanaya aparılıb, onun çox ağır durumda olduğu açıqlanıb. Seçkiqabağı...
Zamin Salayev niyə tutulub?
AXCP-nin Salyan rayon şöbəsinin sədri Zamin Salayev iyulun 7-də 30 sutkalıq inzibati həbs cəzası alıb. Qərarı Salyan Rayon Məhkəməsi polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə çıxarıb. Rəsmi açıqlamaya görə, Zamin Salayevin oğlu Oqtay Salayev iyunun 29-da öz avtomobili ilə yol ...
Sabiq baş nazirə qəsd
İyulun 8-də Yaponiyanın sabiq baş naziri, hakim Liberal Demokrat Partiyasının üzvü Sindzo Abe Nara şəhərində silahlı hücuma məruz qalıb. Seçkiqabağı küçə toplantısında çıxış edən Sindzo Abe sinəsindən güllə yarası alıb, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Novator.az bildirir ki, 1954-cü il təvəllü...
Gürcüstanın inflyasiya hesabatı
Gürcüstanın Milli Statistika Xidməti inflyasiya açıqlaması yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, iyunda 2021-ci ilin eyni ayına nəzərən 12,8 faiz bahalaşma qeydə alınıb. Çörək və un məmulatlarının 35 faiz, tərəvəzin 33,4 faiz, meyvənin 31,8 faiz, alkoqolsuz içkilərin 24 faiz, süd məhsu...
277 aktiv xəstə var
Novator.az bildirir ki, milli hesabata görə, Azərbaycanda yeni koronavirus infeksiyasına yoluxmuş 793546 nəfərin 9719-u vəfat edib, 277-si aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb. 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fe...
“Reuters”: Rusiya istefanı toy-bayram edir
“Rusiya rəsmiləri Böyük Britaniyanın baş naziri Boris Consonun istefası xəbərini bayram etməkdən ötrü növbəyə düzülüb”. Novator.az saytının məlumatına görə, ABŞ-ın “Reuters” agentliyinin yaydığı “Rusiya Boris Consonun süqutuna sevinir” başlıqlı yazıda belə deyilir. Bildirilir ki, Kremlin sözçüsü Dmi...
Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi
İyulun 7-si Finlandiya parlamenti ölkənin Rusiya ilə sərhədində baryerlərin qurulması haqda qanuna səs verib. Novator.az saytı “Reuters” agentliyinə istinadla bildirir ki, qanun parlamentdə böyük səs çoxluğu ilə qəbul edilib. Finlandiya-Rusiya sərhədi 1300 kilometr uzunluğundadır. Yeni qanun sərhəd ...
Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir
Ermənistan hökumətinin 7 iyul iclasında “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər layihəsi təsdiqlənib. Novator.az-ın məlumatına görə, parlamentin müzakirəsinə göndəriləcək layihədə bəzi ali təhsil müəssisələrində oxuyan şəxslərə həqiqi hərbi xidmətdən möhlət hüququnu...
Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət
İyulun 13-ü gündüz saat 12-də Nazirlər Kabinetinin binası qarşısında quru sərhədlərin açılması tələbli piket keçirilə bilər. Siyasətçi Tofiq Yaqublu yazır ki, aksiya təşəbbüsünü o irəli sürüb və Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu təqdim edib: “Quru sərhədlərin çox absurd olaraq bağlı ...
Avropa Məhkəməsindən Rafiq Tağı qərarı
Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 7-də mərhum yazıçı-publisist Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyevanın şikayəti üzrə qərarını elan edib. Hüquqşünas Xalid Ağalıyevin yaydığı məlumata görə, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan yaşamaq hüququnun pozulduğu qənaətinə gəlib,...
Boris Conson istefaya razılaşdı
Boris Conson Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verməyə razılaşıb. Xəbəri iyulun 7-də “The Guardian” qəzeti yayıb. Boris Consonun istefa vermək qərarına gəldiyi, amma oktyabr ayında hakim Mühafizəkarlar Partiyasına yeni lider seçilənə qədər səlahiyyətlərinin icrasını davam etdirəcəyi ...
Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir
2021-ci ildə ərzaq çatışmazlığından əziyyət çəkənlərin sayı 828 milyon nəfərə çatıb. Novator.az-ın məlumatına görə, BMT-nin yaydığı məruzədə qeyd olunur ki, aclıqla üzləşən şəxslərin sayı 2020-ci illə müqayisədə 46 milyon nəfər artıb. Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı, Kənd Təsərrüfatının İnkişafı...
Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb
AZƏRTAC-ın 7 iyul məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 114,61 dollara satılır. Bu, ayın əvvəli ilə müqayisədə 8,79 dollar aşağı qiymətdir. İyulun 1-dən dövlət büdcəsində bir barrel neftin qiyməti 85 dollardır. Novator.az bildirir ki, “AzəriLayt” yanvara 82,49, fevrala 94,...
Mühakimə təxirə düşüb
Yasamal Rayon Məhkəməsi KİM TV internet kanalının (Kaspian İnformasiya Mərkəzi) qurucusu Abid Qafarovun mühakiməsini təxirə salıb. “Turan”ın məlumatına görə, 6 iyul iclasında iş üzrə linqvistik ekspertizanın təyin edilməsi qərarı çıxarılıb. Proses ekspertizanın nəticələri bəlli olandan sonra davam e...
Sükutun 4 il 4 ayı
Mərkəzi Bank iyulun 7-də ABŞ dollarının məzənnəsini 1,7 manat nöqtəsində saxlayıb, bununla qiymət sabitliyinin 4 il 4 ayı tamamlanıb. Novator.az bildirir ki, 2015-2017-ci illərdə rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif edilir. Dövl...