Xəbər
Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu
ABŞ-ın “Pyu” Araşdırma Mərkəzi (Pew Research Center) 18 ölkənin əhalisi arasında yeni ictimai rəy sorğusu keçirib. Novator.az saytı “US News & World Report” onlayn nəşrinə istinadla xəbər verir ki, sorğu ABŞ, Kanada, Belçika, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Polşa, İspaniya, İs...
Yaxın ölkələrdə benzin necəyədir?
Azərbaycanda ən çox işlədilən avtomobil benzininin – Aİ-92 markalı benzinin litri 1 manata (59 sent) satılır. Bəs yaxın ölkələrdə populyar benzinin litri neçəyədir? Novator.az Globalpetrolprices.com saytına istinadla bildirir ki, İranda benzinin litri 5 sent, Türkmənistanda 43 sent, Qazaxıstanda 46 ...
24 iyun qiyməti
Energetika Nazirliyinin 24 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 118,57 dollara satılır. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48 d...
Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”
İyunun 26-28-də Almaniyada “Böyük yeddilik” (G7) ölkələrinin, ayın 29-30-da isə İspaniyada NATO-nun sammiti olacaq. G7-nin sammiti Almaniyanın cənubunda yerləşən Bavariya federal əyalətindəki Elmau qəsrində, NATO-nun sammiti isə İspaniyanın paytaxtı Madriddə keçiriləcək. Novator.az saytı “Reuters” a...
Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)
2004-cü ildən Azərbaycanda dərs ili sentyabrın 15-dən başlayır. Əvvəlki varianta qayıtmaq – dərs ilinə sentyabrın 1-də start vermək çağırışlarını nəzərə alan vətəndaş cəmiyyəti eksperti Samir Əliyev 21-23 iyunda özünün sosial şəbəkə hesablarında sorğu keçirib. Novator.az-ın məlumatına görə, ekspert ...
Avropa Məhkəməsindən yeni qərarlar gəlir
Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 30-u Azərbaycandan şikayətlər üzrə yeni qərarlar elan edəcək. Aihmaz.org xəbər verir ki, “Azadlıq” qəzeti və Qənimət Zahidin şikayəti Azərbaycan prezidentinin köməkçisi olmuş Tariyel Ağayev barədə məqaləyə görə cərimələrlə bağlıdır. Milli məhkəmələr Tariyel Ağ...
Manatdan baha valyutalar
Azərbaycanda ən bahalı xarici valyuta Küveyt dinarıdır. Mərkəzi Bank iyunun 24-də dinara 5,5423 manat qiymət qoyub. Novator.az bildirir ki, İngiltərə funt sterlinqi banklara 2,0875, avro 1,7918, İsveçrə frankı 1,7701, ABŞ dolları 1,7 manata təklif edilir. Kanada dolları 1,3096, Sinqapur dolları 1,22...
Azərbaycanın koronavirus statistikası
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Rəsmi hesabata görə, infeksiyaya yoluxmuş 793089 nəfərin 9716-sı vəfat edib, 167-si aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb 229 ölkə, ərazi və məkana yayılan yeni koronavirusa Azərbayc...
Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi
Ukrayna və Moldova Avropa İttifaqı üzvlüyünə namizəd statusu alıblar. Qərar iyunun 23-ü Brüsseldə, ittifaq ölkələrinin dövlət və hökumət başçılarının sammitində qəbul olunub. Ukrayna Avropa İttifaqına qoşulmaq üçün bu il fevralın 28-də, Moldova, eləcə də Gürcüstan martın 3-də rəsmi ərizə verib. Gürc...
Taleh Bağırovdan qərar və çağırış
Qobustan həbsxanasında cəza çəkən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov iyunun 23-də aclıq aksiyasını dayandırıb. “Turan”ın məlumatına görə, qohumlarına zəng vuran məhbus ona dəstək verən şəxsləri də aclığa son verməyə çağırıb. Taleh Bağırov iyunun 3-dən aclıq aksiyası keçirirdi. O, mayın...
İlə 3,5 milyon avro
Erməni futbolçu Henrix Mxitaryan İtaliyanın “İnter” komandası ilə 2 illik müqavilə imzalayır. Yarımmüdafiəçinin illik maaşının 3,5 milyon avro olacağı vurğulanır. Novator.az bildirir ki, 1989-cu il təvəllüdlü Henrix Mxitaryan Yerevanın “Pünik” komandasının yetirməsidir. Donetskin “Metallurq” və “Şax...
Naxçıvanın sosial-iqtisadi göstəriciləri
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi yeni hesabat yayıb. Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-may aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artıb. Sənayedə 1,7 faiz, sərmayə qoyuluşunda 1,2 faiz, kənd təsərrü...
Tofiq Yaqublu anasının ilinə də buraxılmır
Bakı Şəhər Probasiya İdarəsi siyasətçi Tofiq Yaqublunun ata yurdu Gürcüstana səfərinə icazə verməyib. İyunun 23-də Novator.az-a danışan siyasətçi deyib ki, ölkədən çıxışına, anasının il mərasimində iştiraka razılıq verilməsi üçün müraciətinə rədd cavabı alıb: “2021-ci il iyulun 11-də anam vəfat edən...
Gömrük statistikasının bəzi detalları
Azərbaycanda xarici ticarətin gömrük statistikası nələri əhatə edir? Novator.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, xarici ticarət əlaqələrinə büdcə daxilolmaları; xarici iqtisadi fəaliyyət iştirakçıları; ticarət əməliyyatlarının həcmi; idxal-ixrac əməliyyatlarının həcminin ölkə qrupları...
FİFA-nın yeni reytinqi
İyunun 23-də FİFA milli futbol komandalarının yeni reytinqini açıqlayıb. Novator.az bildirir ki, oyunların əhəmiyyəti, rəqiblərin çəkisi nəzərə alınmaqla əldə edilən nəticələrə əsaslanan reytinqdə Azərbaycan 211 yığma arasında 128-ci yerdə göstərilir. İran 23-cü, Ukrayna 27-ci, Rusiya 35-ci, Türkiyə...
Putinin dünya arenasına qayıdışı – CNN
İyunun 23-ü Rusiya prezidenti Vladimir Putin BRİKS qrupunun Çin Xalq Respublikasının sədrliyi ilə keçirilən 14-cü zirvə görüşünə qatılır. BRİKS beş ölkənin – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının daxil olduğu qrupdur (BRİCS – Brazil, Russia, İndia, China, South Afr...
Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı
İyunun 23-də Yasamal Rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə yeni hökm oxuyub. Yeni Azərbaycan Partiyasının sabiq üzvü Ramiz Göyüşovun xüsusi ittiham qaydasında müraciətini nəzərə alan məhkəmə siyasətçini təhqirdə təqsirli bilib, ona 6 aylıq azadlıqdan məhrumetmə cəzası kə...
Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır
Avqustun 1-dən oktyabrın 30-dək Ermənistanda hərbi vəzifəlilərin təlim toplanışı keçiriləcək. Novator.az-ın məlumatına görə, hökumətin 23 iyun qərarında toplanışa ehtiyatda olan 1444 nəfərin çağırılması nəzərdə tutulur. Onların 1249-u əsgər və praporşik, 65-i böyük praporşik, 130-u zabitdir. Hərbi t...
Neftin büdcə qiyməti artırılır
Azərbaycanın 2022-ci il büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. Parlament müzakirəsində olan yeni büdcə layihəsində qiymət 85 dollara qaldırılır. İyunun 23-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 117,78 dollara satılır. Novator.az bildirir ki, bu, indiki büdcədə nəzər...
Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı
Danimarka F-16 qırıcı təyyarələrinin istismar müddətini üç il artırıb. Novator.az-ın məlumatına görə, ölkənin müdafiə naziri Morten Bodskov bunu Rusiyanın Avropaya qarşı təhdidləri ilə izah edib. Nazir bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibə Avropanı və təhlükəsiz...