Energetika Nazirliyinin hesabatına görə, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda kondensatla birlikdə 19,2 milyon ton neft çıxarılıb, onun 15,6 milyon tonu ixrac olunub.
Əvvəlki illərin hasilat göstəriciləri belədir: 2008-ci il – 44,5 milyon ton, 2009-cu il – 50,4 milyon ton, 2010-cu il – 50,8 milyon ton, 2011-ci il – 45,6 milyon ton, 2012-ci il – 43,4 milyon ton, 2013-cü il – 43,5 milyon ton, 2014-cü il – 42 milyon ton, 2015-ci il – 41,6 milyon ton, 2016-cı il – 41 milyon ton, 2017-ci il – 38,7 milyon ton, 2018-ci il – 38,8 milyon ton, 2019-cu il – 37,4 milyon ton, 2020-ci il – 34,5 milyon ton, 2021-ci il – 34,6 milyon ton.
2022-ci ilin ilk yarısında Azərbaycanın dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb, iyulun 1-dən 85 dollara qaldırılıb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel, iyulda 549,9 min barrel göstərilib.
Beynəlxalq razılaşma avqust üçün gündəlik hasilat normasını 717 min barrel, sentyabr üçün 718 min barrel müəyyən edib.