Xəbər
Qarabağ və Şərqi Zəngəzura cavabdeh qurumlar yaradıldı
Prezident İlham Əliyev Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılmasına fərman verib. İyulun 21-də imzalanan sənədə görə, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bölgənin işğaldan azad olunmuş ərazilərinə (Şuşa rayonu istisna olmaqla) əhalinin qayıd...
Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin edildi
İyulun 21-də sərəncam imzalayan prezident İlham Əliyev Rövşən Nəcəfi Dövlət Neft Şirkətinin prezidenti təyin edib. Rövşən Nəcəf 2022-ci il fevralın 10-dan şirkətin birinci vitse-prezidenti, prezident vəzifəsinin icraçısı idi. Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü Rövşən Nəcəf iqtisadçıdır. A...
Yer üstündə, sual altında
İyulun 22-si Azərbaycan Jurnalistikası Günüdür – Azərbaycan mətbuatının 147 yaşı tamam olur. Novator.az bildirir ki, bu media bayramı da jurnalistlər üçün tikilmiş üçüncü binanın taleyinə aydınlıq gəlmədən ötür. Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan şosesində jurnalistlərin yaşadığı iki bina v...
Ukrayna pulu 25 faiz ucuzlaşdı
İyulun 21-də Ukrayna Milli Bankı yerli valyutanın – qrivnanın ABŞ dollarına məzənnəsini kəskin dəyişib. Novator.az bildirir ki, 25 faiz devalvasiya nəticəsində dolların rəsmi qiyməti 36,5 qrivnanı ötüb. Qərar yerli vaxtla səhər saat 9-da qüvvəyə minib. Devalvasiya Rusiyanın total təcavüzü nəticəsind...
ABŞ kəşfiyyatının rəhbərləri Rusiyadan seçki müdaxiləsi gözləyir
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey və Milli Təhlükəsizlik Agentliyinin direktoru Pol Nakason bəyan ediblər ki, Rusiya seçkilərə təhdid yaradan dövlət olaraq qalır. Novator.az saytı ABŞ-ın “Wall Street Journal” qəzetinə istinadla bildirir ki, Kristofer Rey və Pol Nakason Ukr...
İtaliyanın baş naziri yenə istefa verdi
İyulun 21-də İtaliyanın baş naziri Mario Draqi istefa verib. Prezident Serco Mattarella bu barədə rəsmi müraciəti nəzərə alaraq baş nazirə və hökumətə səlahiyyətlərin icrasını davam etdirməyi tapşırıb. Mario Draqi iyulun 14-də hökumətin bəzi siyasi qüvvələrin dəstəyini itirdiyini əsas gətirərək iste...
SOCAR-ın borcu bir ildə 26,8 faiz artıb
Bakı Araşdırmalar İnstitutu Dövlət Neft Şirkətinin (SOCAR) audit hesabatına əsaslanan statistika yayıb. Novator.az bildirir ki, nizamnaməsinə görə, SOCAR Azərbaycanda və xaricdə neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəq...
Naxçıvanın makroiqtisadi göstəriciləri
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 363 milyon manatı ötüb, bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur. Hər bir nəfərə düş...
Tofiq Yaqublu və Əli Kərimlinin aksiya rəyləri
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu təşəbbüsçüsü olduğu 20 iyul aksiyasından yazıb. Bir qrup fəal iyulun 20-si Bakıda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti quru sərhədlərin açılması tələbi ilə t...
Yaxın ölkələrdə neçə xəstə var?
İyulun 21-nə olan beynəlxalq statistikaya görə, 210 ölkə və ərazidə 23 milyon 470 mindən çox aktiv koronavirus xəstəsi var. Novator.az yaxın ölkələr üzrə göstəriciləri təqdim edir: Türkiyə – 328113 xəstə Rusiya – 202889 İran – 84692 Estoniya – 57341 Litva – 29093 Gürcüs...
Müsavat fəalına 30 sutkalıq cəza
20 iyul aksiyasında tutulan gənc müsavatçı inzibati həbs cəzası alıb. Bir qrup fəal iyulun 20-si Bakıda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti quru sərhədlərin açılması tələbi qoyulan aksiyaya razılıq vermədiyi üçün polis əməkdaşları Nazirl...
Yaxın ölkələrlə alış-veriş
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyəyə 1,8 milyard dollarlıq məhsul ixrac edib. Novator.az bildirir ki, qalan yaxın ölkələrə yarım illik ixrac belə rəsmiləşib: Rusiya – 390,1 milyon dollar Gürcüstan – 381,8 milyon dollar Ukrayna – 324,4 mil...
Bir kürsünün iki iddiaçısı
Böyük Britaniya parlamentinin alt qanadı olan İcmalar Palatasının hakim Mühafizəkarlar Partiyasından deputatları yeni lider seçkisi üzrə səsverməni bitirib. İyulun 20-də keçirilmiş beşinci turda son mərhələyə çıxan iki namizəd bəlli olub: Rişi Sunak və Elizabet (Liz) Trass. Partiya lideri qurumun üz...
Gömrük Komitəsinin rəhbəri
Novator.az Dövlət Gömrük Komitəsi sədri vəzifəsinin icraçısı Şahin Bağırovun bioqrafiyasına nəzər salıb. 1965-ci il yanvarın 12-si Bakıda doğulan Şahin Bağırov Voronej Dövlət Universitetinin (Rusiya) iqtisadiyyat fakültəsini, Rusiya Gömrük Akademiyasının gömrük işinin təşkili fakültəsini, həmin təhs...
Azərbaycanın üç futbol turnirinin əsasnaməsi
Azərbaycanın Peşəkar Futbol Liqası 2022-2023 mövsümünün əsasnaməsini təsdiqləyib. Novator.az bildirir ki, yüksək dəstədə (premyer liqa) 10 komanda yer alır: “Qarabağ” (Ağdam), “Neftçi” (Bakı), “Zirə” (Bakı), “Qəbələ”, Sabah” (Bakı), “Sumqayıt”, “Şamaxı”, “Səbail” (Bakı), “Kəpəz” (Gəncə), “Turan Tovu...
İş və işsizlik hesabatı
Dövlət Statistika Komitəsi 2022-ci il iyulun 1-nə işsizlərin sayını 308,2 min nəfər göstərib. Novator.az bildirir ki, hesabata görə, 5 milyon 334,3 min nəfər iqtisadi fəal şəxsin 5 milyon 26,1 mini məşğul əhali kimi rəsmiləşib. 1 milyon 706 min nəfər muzdlu işçinin 903,5 mininin dövlət sektorunda, 8...
Sumqayıt reydi
Prezident İlham Əliyev iyulun 20-də Sumqayıta baş çəkib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməl mərasimlərində iştirak edib. İlham Əliyevin Şəhidlər xiyabanında aparılan təmir və yenidənqurma işləri ilə tanış olduğu, 2 sayl...
Bağlı qapı aksiyası
İyulun 20-də bir qrup fəal Bakıda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Polis əməkdaşları Nazirlər Kabineti ilə üzbəüz bağda və yaxın həndəvərdə toplaşanları ərazidən uzaqlaşdırıb, bəzi şəxsləri saxlayıb. Quru sərhədlərin açılması tələbi ilə təşkil olunan aksiyanın t...
Avropalılar nəyə söz verir?
Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid MakAlisterin başçılığı ilə Azərbaycana səfər etmiş nümayəndə heyəti iyulun 19-u Bakıda müxalifət təmsilçiləri və vətəndaş cəmiyyəti fəalları ilə bir araya gəlib. Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli özünün “Facebook” səhif...
Ulduzun yeni seçimi
Polşalı futbol ulduzu Robert Levandovski iyulun 19-u axşam İspaniyanın “Barselona” komandası ilə 4 illik müqavilə imzalayıb. Almaniyanın “Bavariya” klubunun hücumçunu 45+5 milyon avroya satdığı xəbər verilir. Novator.az bildirir ki, 1988-ci il təvəllüdlü Robert Levandovski 2014-cü ildən “Bavariya”da...