Yaşıl meydanlarda
- 19 Sentyabr 2022
- comments
- Novator.az
- Posted in Xəbər
Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb.
İngiltərə çempionatına 18 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” və “Tottenhem” 17, “Brayton” 13, “Mançester Yunayted” 12, “Fulhem” 11, “Çelsi” 10 xal yığıb.
İspaniya çempionatında “Real” 18 xalla liderdir. “Barselona” 16, “Betis” 15, “Atletik” 13, “Osasuna” 12, “Vilyarreal” 11, “Atletiko” və “Real Sosyedad” 10 xal götürüb.
İtaliya çempionatında “Napoli” və “Atalanta” öndədir: 17 xal. “Udineze” 16, “Latsio” və “Milan” 14, “Roma” 13, “İnter” 12, “Yuventus” və “Torino” 10 xal qazanıb.
Almaniya çempionatında “Union Berlin” 17 xalla birincidir. Lideri 15 xalla “Borussiya” (Dortmund), 14 xalla “Frayburq”, 13 xalla “Hoffenhaym”, 12 xalla “Bavariya” və “Borussiya” (Mönhenqladbah) izləyir.
Fransa çempionatında PSJ 22, “Marsel” 20, “Loryan” 19, “Lans” 18, “Monako” 14, “Lion” və “Lill” 13 xal toplayıb.