Xəbər
Akademiya prezident seçdi
Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib, yeni nizamnamə qəbul edilib, İsa Həbibbəyli prezident seçilib. 1949-cu il təvəllüdlü İsa Həbibbəyli filologiya elmləri doktoru, Ədəbiyyat İnstitutunun direktorudur. Naxçıvan Dövlət Universitetinin rektoru olub. ...
Yeni qanun nə təhlükə doğurur?
Oktyabrın 24-ü parlamentdə bir çox partiya rəhbərinin iştirakı ilə ictimai dinləmə keçirilib. “Siyasi partiyalar haqqında” yeni qanun təşəbbüsünə həsr olunmuş müzakirəyə qatılan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, layihədə siyasi partiyaların təsis olunması, dövlət qeydiyyatına...
Əli Kərimli: “Belə davam etməməlidir”
AXCP sədri Əli Kərimli Bakıdakı 24 oktyabr aksiyasından yazıb. Oktyabrın 24-də AXCP üzvləri və başqa fəallar Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları toplaşmağa imkan verməyib, bir çox aksiyaçını saxlayıb. Paytaxt rəhbərliyinə müraciətdə AXCP...
Büdcə zərfi parlamentdə
2023-cü ilin büdcə zərfi Milli Məclisə göndərilib. Xəbər oktyabrın 25-də yayılıb. İlkin hesabata görə, dövlət büdcəsi layihəsində 30,7 milyard manat gəlir, 33,3 milyard manat xərc nəzərdə tutulur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 13,4 milyard manat, Dövlət Neft Fondundan transfert 11,3...
Yaxın ölkələrin koronavirus itkiləri
Oktyabrın 25-nə olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 225 ölkə, ərazi və məkanda 6 milyon 584,1 min nəfərin ölümünə gətirib. Yaxın ölkələrdə ən çox Rusiya itki verib: 389626 nəfər. İranda 144548, Ukraynada 109819, Türkiyədə 101203 ölüm qeydə alınıb. Novator.az bildirir ki, Gürcü...
Böyük Britaniyada yeni lider
Oktyabrın 24-ü Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin adı açıqlanıb: Rişi Sunak. O, baş nazir postuna oturmaq hüququ qazanıb. Novator.az bildirir ki, 1980-ci il təvəllüdlü Rişi Sunak əslən hindistanlıdır. Oksford və Stenford universitetlərində ali təhsil alıb. 2015, 2017 ...
Gürcüstanda nədən danışılıb?
Oktyabrın 24-ü Mçxeta rayonundakı Muxrani sarayında Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata danışan prezident İlham Əliyev iki ölkənin strateji tərəfdaşlıq əlaqələrinin demək olar müttəfiqlik səviyyəsinə qalxdığını vurğulayıb: “Bir çox sahə üzrə fəal əməkdaşlıq edirik. Həm beynə...
24 oktyabr aksiyası
Oktyabrın 24-də bir qrup AXCP üzvü və başqa fəallar paytaxtın İstiqlaliyyət küçəsində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları toplaşmağa imkan verməyib, bir çox aksiyaçını saxlayıb. AXCP fəallarının bir hissəsi saat 16-ya təyin olunmuş aksi...
Turizm statistikası
Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 176 ölkədən 1 milyon 162,7 min nəfər əcnəbi gəlib, onların 26,6 faizi Rusiya, 19,6 faizi Türkiyə, 11 faizi İran, 7,4 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 3,1 faizi Hindistan, 2,3 faizi Birləşmiş Ər...
Baş nazirlə görüş
Oktyabrın 24-də Gürcüstana səfər edən prezident İlham Əliyev Mçxeta rayonundakı Muxrani sarayında baş nazir İrakli Qaribaşvili ilə təkbətək görüşüb. AZƏRTAC xəbər verir ki, onlar sarayda “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar. Sərgidə “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı tə...
2023-2024 mövsümünün ilkin sxemi
Avropanın futbol qurumu UEFA-nın klub turnirlərində 2023-2024 mövsümünün ilkin sxemi bəlli olub. Novator.az bildirir ki, mövsümə 54 UEFA üzvünün (Rusiya yarışlardan kənardır) 235 komandasını buraxmaq, 79 komandanın Çempionlar Liqasında, 21 komandanın Avropa Liqasında, 135 komandanın Konfrans Liqasın...
Cəmşid Quliyevin “Beynəlxalq təhlükəsizlik hüququ” monoqrafiyası
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının dövlət və hüquq nəzəriyyəsi kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Cəmşid Quliyevin “Beynəlxalq təhlükəsizlik hüququ” adlı yeni monoqrafiyası çapdan çıxıb. Monoqrafiya hüquq mühafizə orqanlarının əməkdaşları, hüquq fakültələrinin tələbə və mü...
Prezident Tbilisidədir
Prezident İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib. AZƏRTAC xəbər verir ki, paytaxt Tbilisinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlət başçısını Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıb.
“Şuşa” qəzeti – 90
“Şuşa” qəzetinin 90 yaşı tamam olur. 1932-ci ildə qurulan qəzet əvvəllər “Sosializm maldarçılığı”, “Sosializm maldarlığı”, “Kolxoz bayrağı”, “Şuşa kurortu” adları daşıyıb. 1992-ci ildən Bakıda nəşr olunur. Hazırda “Şuşa” ayda iki dəfə işıq üzü görür. 2005-ci ildən “Şuşa” qəzetinə Vasif Quliyev redak...
Naxçıvanın 9 ayı
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi yeni hesabat yayıb. Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsul istehsalı 2 milyard 227 milyon manata yaxın olub, bu da bir il öncəki göstəricidən 2,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul ...
Çində üçüncü Cinpin dövrü başlayır
Çində Si Cinpin dövrü davam edir. Oktyabrın 23-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu onu üçüncü müddətə baş katib və Mərkəzi Hərbi Şuranın sədri (ali baş komandan) seçib. Mərkəzi Komitə oktyabrın 22-də başa çatmış 20-ci qurultaydan sonra ilk dəfə toplanmışdı. Novator.az bildirir ki,...
Avropa beşliyində
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatına 28 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 26, “Tottenhem” 23, “Nyukasl” və “Çelsi” 21, “Mançester Yunayted” 20 xal yığıb. İspaniya çempionatında “Real” 31 xall...
355 aktiv xəstə var
Ümumi hesabata görə, Azərbaycanda 822954 nəfər koronavirusa yoluxub, onların 9937-si vəfat edib, 355-i aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. 2020-ci ildə 218700 yoluxma, 2641 ö...
Sloveniyada seçki yarışı ikinci tura keçdi
Sloveniyada oktyabrın 23-də keçirilmiş prezident seçkisi qalibi müəyyən etməyib. Novator.az bildirir ki, yeddi nəfərin qatıldığı yarışın ilkin nəticələrinə görə, Demokrat Partiyasının namizədi, sabiq xarici işlər naziri Anje Loqar 33,9 faiz, müstəqil namizəd, vəkil Nataşa Pirts-Musar 26,8 faiz səslə...
İtaliyada siftə
Oktyabrın 22-si İtaliyada yeni hökumət fəaliyyətə başlayır. Prezident Serco Mattarelladan rəsmən mandat alan İtaliya Qardaşları Partiyasının lideri Corca Meloni ölkə tarixində ilk qadın baş nazirdir. Novator.az bildirir ki, 1977-ci ildə paytaxt Romada doğulan Corca Meloni 2006-cı ildən parlamentin a...