Xəbər
Əvəz Zeynallıya yeni ittihamın detalları
“Xural” internet televiziyasının qurucusu Əvəz Zeynallıya yeni ittihamın detalları açıqlanıb. Baş Prokurorluğun 22 sentyabr məlumatına görə, Əvəz Zeynallı “Səda” internet televiziyasının rəhbəri, sentyabrın 14-də tutulmuş Elnur Şükürov və onun tanışı Teymur Rəhimovla birgə Sumqayıtda torpaq sahəsini...
“Neytrallığa yer yoxdur. Neytrallıq etinasızlıqdır”
BMT Baş Məclisinin 21 sentyabr iclasına video formatında qatılan Ukrayna prezidenti Vladimir Zelenski beş bənddən ibarət sülh formulu irəli sürüb. Novator.az-ın məlumatına görə, dövlət başçısı deyib ki, sülhün ilk şərti dövlət sərhədinin pozulmasının cəzasız qalmamasıdır: “Bunun üsulları sanksiyalar...
Naxçıvanda ÜDM: illər, rəqəmlər
Novator.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin saytında ümumi daxili məhsul (ÜDM) göstəricilərinə nəzər salıb. Rəsmi bilgiyə görə, 1995-ci ildə muxtar respublikada hər bir nəfərə 149,3 ABŞ dolları dəyərində ÜDM düşüb. 2000-ci ildə bu göstərici 264 dollara, 2001-ci ildə 289,...
Naxçıvanın səkkiz ayı, orta maaşı
2022-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 939,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bölgənin Dövlət Statistika Komitəsi bildirir ki, bu, 2021-ci ilin eyni dövründəki göstəricidən 2,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 4...
Nə qədər içirlər? (Azərbaycan, yaxın ölkələr)
Dünya Səhiyyə Təşkilatı spirtli içki qəbulu üzrə hesabat yayıb. Novator.az bildirir ki, azı 15 yaşı olan şəxslərin nəzərə alındığı statistikaya görə, 2021-ci ildə Azərbaycanda adambaşına 1,8 litr təmiz spirt içilib. Rusiyada adambaşına 9 litr, Gürcüstanda 7,5 litr, Qazaxıstanda 4,9 litr, Ermənistand...
ABŞ: dolların banklara satış qiyməti dəyişdi
ABŞ-ın mərkəzi bankı sayılan Federal Ehtiyat Sistemi sentyabrın 21-də uçot dərəcəsinin (banklara verilən borc üzrə faiz dərəcəsi) yuxarı həddini 3,25 faizə qaldırıb. Novator.az bildirir ki, 2022-ci il 0,25 faizlə başlayıb, martın 16-dan uçot dərəcəsinin yuxarı həddi 0,5 faiz, mayın 4-dən 1 faiz, iyu...
Əziz Orucovla bağlı bəyanat qəbul edilib
Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası jurnalist Əziz Orucovla bağlı bəyanat qəbul edib. Əziz Orucov “Kanal 13” internet televiziyasının rəhbəri, həmçinin MSŞA Koalisiyası Şurasının üzvüdür. Novator.az-ın məlumatına görə, bəyanatda deyilir ki, sentyabrın 15-də Əziz Orucov Baş P...
Prezidentin Laçın səfəri
Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub. Arayışa görə, uzunluğu 76,3 kilometr olan Kəlbə...
Əvəz Zeynallı evə buraxılmadı
Sentyabrın 21-də Binəqədi Rayon Məhkəməsi məhbus jurnalist Əvəz Zeynallının ev dustaqlığına buraxılması barədə vəsatətə baxıb. Vəsatət təmin olunmayıb. Əvəz Zeynallı sentyabrın 10-da, vəkil Elçin Sadıqovla eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqd...
Tokayevdən növbədənkənar seçki fərmanı
Noyabrın 20-si Qazaxıstanda növbədənkənar prezident seçkisi keçiriləcək. Novator.az-ın məlumatına görə, dövlət başçısı Qasım-Comərd Tokayev sentyabrın 21-də belə fərman imzalayıb. Sentyabrın 1-də xalqa müraciət edən Qasım-Comərd Tokayev prezidentin səlahiyyət müddətinin 7 ilə qaldırılması, bir dəfəd...
Neçə müəllimin maaşına əlavələr gəlir?
Elm və Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrindəki ilk sertifikatlaşdırmanın nəticələrini açıqlayıb. Prosesə birinci mərhələdə Bakı Şəhər Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ü...
İtaliya: seçki siftəyə yol aça bilər
Sentyabrın 25-i İtaliyada parlamentin hər iki palatasına seçki keçiriləcək. Aşağı palataya (Deputatlar Palatası) 400 deputat, yuxarı palataya (Senat) 200 senator seçilməlidir. Hökumət parlament palatalarına seçkilərin nəticələri əsasında formalaşır. Novator.az bildirir ki, son rəy sorğularına görə, ...
21 sentyabr qiyməti
AZƏRTAC-ın 21 sentyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 93,73 dollara satılır. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb, iyulun 1-dən 85 dollara qaldırılıb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, m...
Rusiya işğal bölgəsini qamarlayır
Ukraynanın işğal olunmuş ərazilərini Rusiyaya birləşdirmək planı yeni mərhələyə daxil olub. Novator.az-ın məlumatına görə, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində qurulan işğalçı rejimlər sentyabrın 20-də Rusiyaya birləşmək referendumları təyin edib. Bu qanunsuz səsvermələri sentyabrın ...
208 yer, 13,5 milyon xəstə
Sentyabrın 21-nə olan beynəlxalq statistikaya görə, 208 ölkə və ərazidə 13 milyon 509,7 min koronavirus xəstəsi var. Yaxın ölkələr üzrə göstəricilərə nəzər salan Novator.az bildirir ki, Rusiyada 670998, Gürcüstanda 108013, İranda 78224, Estoniyada 73024, Moldovada 71003 nəfər müalicə altındadır. Ukr...
Monarxiya quruluşlu ölkələr
Novator.az monarxiya quruluşlu ölkələrin siyahısına nəzər salıb: Avropa – Andorra, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya, İsveç, Lixtenşteyn, Lüksemburq, Monako, Niderland, Norveç, Vatikan. Asiya – Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bruney, Butan, İordaniya, Küveyt, Kamboca, Qə...
80 şəhid
Rəsmi məlumatlara görə, Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində sentyabrın 13-nə keçən gecədən sentyabrın 14-ü axşamadək getmiş döyüşlərdə Azərbaycan 80, Ermənistan 207 hərbi qulluqçu itirib. Novator.az bildirir ki, Azərbaycan Ordusunun 71, Dövlət Sərh...
Anklav kəndlərin nə qədər ərazisi var?
“Turan” informasiya agentliyi Azərbaycanın ana sərhədindən aralı düşmüş, Ermənistanın nəzarətində olan anklav kəndlərlə bağlı arayış yayıb. Sədərək rayonunun Kərki kəndi 1990-cı ildə, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ildə, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı ...
Laçın yolu: rəsmi xəritə yeniləndi
Rusiya Müdafiə Nazirliyinin saytı Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və Ermənistana gedən Laçın yolunu əhatə edən nəzarət zonasının xəritəsini yeniləyib. Xəritədən Laçın rayonu ərazisində Rusiya hərbi kontingentinin 3 müşahidə postunun olduğu görünür, ancaq hər hansı məntəqənin adı verilmir. Sent...
2005-2021: uşaqların sayı 3,9 faiz azalıb
Bakı Araşdırmalar İnstitutu rəsmi statistikaya əsaslanaraq bildirir ki, 2005-2021-ci illərdə Azərbaycanda uşaqların (18 yaşa qədər şəxslərin) sayı 3,9 faiz azalıb, uşaqların ümumi əhalidə payı 31,8 faizdən 25,7 faizə düşüb. Statistikaya görə, 2005-ci ildə uşaqların sayı 2 milyon 719,1 min nəfər olub...