Xəbər
Zəlzələ qurbanlarının sayı 12 mini keçib
Türkiyənin rəsmi fövqəladə hallar qurumunun 9 fevral məlumatına görə, zəlzələ dalğasında həlak olanların sayı 12873 nəfərə, xəsarət alanların sayı 62937 nəfərə çatıb. Fevralın 6-da Qəhrəmanmaraş bölgəsində iki güclü zəlzələ baş verib. Təbii fəlakət Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, ...
Ermənistan: ərzaq 9,4 faiz bahalaşıb
2023-cü ilin yanvarında Ermənistanda istehlak qiymətləri ötən ilin eyni ayına nəzərən 8,1 faiz artıb. Novator.az-ın məlumatına görə, ölkənin Statistika Komitəsi ərzaq məhsulları üzrə qiymət yüksəlişini 9,4 faiz göstərir (çörək və başqa taxıl məhsulları – 12,6 faiz, ət – 12 faiz, meyvə ...
Bakıda orta maaş 1100 manatı döyür
Bakı Şəhər Statistika İdarəsi makroiqtisadi hesabat yayıb. Məlumata görə, paytaxtda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci il dekabrın 1-nə 1067,5 manata çatıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya əsasən, paytaxtın müəssisələri və fərdi sahibkarları ötən il 75,2 milyard manatlıq,...
Pensiya artımı rəsmiləşdi
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalayıb. Yenilik minimum pensiyanın fevralın 1-dən 240 manatdan 280 manata yüksəlməsini nəzərdə tutur. İlkin statistikaya görə, 2023-cü ilin əvvəlinə ölkədə 1 milyon 115 min nəfərə yaxın pensiyaçı qeydiyyata alınıb. Ölkədə kişil...
Zamin Salayev: məhkəmə qərar verdi
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi AXCP Salyan şöbəsinin sədri Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Cəbhəçi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır. Zamin Salayev fevralın 7...
Şikayət təmin olunmadı
Məhbus ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına daha bir cəhd boşa çıxıb. “Turan”ın məlumatına görə, fevralın 8-də fəalın şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi ona yox cavabı verib. Şikayətdə Xətai Rayon Məhkəməsinin 1 fevral qərarının ləğvi istənmişdi. Həmin qərarla Bəxtiyar Hac...
Deputat toxunulmazlığı əldən getdi
Ermənistan parlamenti fevralın 8-də sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verib. Novator.az bildirir ki, qərar baş prokurorun vəsatəti əsasında qəbul olunub. 1962-ci ildə Azərbaycanın Qarabağ bölgəsində doğulan Seyran Ohanyan Azərbaycan torpaqlarının...
Türkiyənin ərazi bölgüsü
Novator.az Türkiyənin ərazi bölgüsünə nəzər salıb. Ölkə inzibati mərkəzləri şəhər olan 81 elə (vilayətə) bölünüb. 922 rayon, 18291 kənd var. Vilayətlərdə mərkəzi hökuməti Daxili İşlər Nazirliyinə bağlı valilər təmsil edir. Yerli idarəçiliyi səlahiyyət müddəti 5 il olan bələdiyyələr (böyük şəhər, şəh...
Prezident ziyarəti
Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin Azərbaycandakı səfirliyinə gedib, 6 fevral zəlzələlərində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb, səfir Cahid Bağçı ilə söhbətləşib. Xəbəri AZƏRTAC yayıb. Fevralın 6-da Türkiyənin Qəhrəmanmaraş...
Gürcüstanlıların sığınacaq arzusu: statistika yayılıb
2014-2021-ci illərdə 111 min 528 Gürcüstan vətəndaşı Avropa İttifaqı məkanında sığınacaq almaq üçün rəsmi müraciət edib. Xəbəri Avropa Statistika Bürosuna istinadla Gürcüstan mənbələri yayıb. Avropa İttifaqı 27 ölkəni birləşdirir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya...
Tofiq Quliyev abidəsi
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev fevralın 8-i Bakıda pianoçu, dirijor, bəstəkar, pedaqoq Tofiq Quliyevin (1917-2000) abidəsinin açılışında iştirak edib. Dövlət başçısı çıxışında Tofiq Quliyevin əsərlərinin Azərbaycanın mədəniyyət aləmində inqilab olduğunu vurğulayıb: “Tofiq Quliyev həm...
İtki artır
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin 8 fevral məlumatına görə, zəlzələ dalğasında həlak olanların sayı 7108 nəfərə, xəsarət alanların sayı 40910 nəfərə çatıb. Fevralın 6-da Qəhrəmanmaraş bölgəsində iki güclü zəlzələ baş verib. Təbii fəlakət Adana, Adıyaman, Diyarbəkir, Elazığ, H...
Dərinlikdə təhlükə?
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu dünyada seysmik fəallığın artdığını vurğulayaraq bir məsələyə diqqət çəkib. O yazır ki, 20 sentyabr 1994-cü ildə Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen yataqlarının birgə işlənməsi və hasilat bölgüsü sazişi i...
AXCP sədri Zamin Salayevdən yazıb
AXCP sədri Əli Kərimli partiyanın Salyan şöbəsinin sədri Zamin (Əlizamin) Salayevin tutulmasından yazıb. Zamin Salayev fevralın 7-si Bakının Qaradağ rayonunda tutulub. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, cəbhəçi Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirməkdə şübhəli b...
Hava bilgisi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 8-nə keçən gecə və bu səhər Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağıb, bəzi yerlərdə intensivləşib, qarın qalınlığı Qaxda 45, Şəkidə 16, Göygöl və Gədəbəydə 10, Daşkəsəndə 8, Oğuzda 6...
Qarlı aksiya
Azərbaycanlı fəalların Yuxarı Qarabağ bölgəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarını dayandırmaq, yataqlarda monitorinqə icazə vermək tələbli aksiyası davam edir. Şuşa şəhəri yaxınlığında toplaşan aksiyaçılar 8 fevral səhərini dövlət himni və şüarlarla açıb. AZƏRTAC-ın məlumatına görə,...
Koronavirus statistikası
Fevralın 8-nə olan beynəlxalq statistikaya görə, 231 ölkə, ərazi və məkanda 676,6 milyona yaxın şəxs koronavirus infeksiyasına yoluxub, onların 6,7 milyonundan çoxu vəfat edib. Azərbaycanın milli hesabatı yoluxma sayını 828106, itki sayını 10096, aktiv xəstə sayını 162 nəfər göstərir. Novator.az bil...
5894 itki var
Son məlumata görə, Türkiyənin 10 elini vuran zəlzələ dalğasında 5894 nəfər həlak olub, 34810 nəfər xəsarət alıb. Fevralın 6-da Qəhrəmanmaraş elinin Bazarcıq və Elbistan rayonlarında iki güclü zəlzələ baş verib, Qaziantep, Hatay, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis, Şanlıurfa elləri...
İranla Rusiyanın Ukraynaya qarşı yeni layihəsi
Moskva və Tehran İran dronlarının Rusiya ərazisində istehsalı üçün intensiv iş aparır. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Wall Street Journal” qəzetində bununla bağlı yazı dərc olunub. Yazıda deyilir ki, bir neçə ilə ən azı 6000 dron istehsal etmək gücündə zavodun tikintisi nəzərdə tutulur. Yanv...
Tütün məmulatı və alkoqollu içki: yenilik sərəncamı verildi
Fevralın 7-də prezident İlham Əliyev tütün məmulatlarının və alkoqollu içkilərin idxalı, istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsinə sərəncam verib. Sənəd Nazirlər Kabinetinə bu məsələlərə dair təkliflərini altı ay müddətində prezidentə təqdim etmək tapşırığı qoyur: – tütün məmula...