Xəbər
Prezident 148 yaşayış məntəqəsinə və Naxçıvana 12 milyon manat ayırıb
Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlərə sərəncam verib. Sərəncama əsasən, əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində (Siyahı) 150 subartezi...
İqtisadiyyat və Sənaye Nazirliyi nə qədər asan lisenziya verdiyini açıqlayıb
İqtisadiyyat və Sənaye Nazirliyi dekabrın 16-da Bakı, Sumqayıt və Bərdədəki “ASAN xidmət” mərkəzlərində sahibkarlara xüsusi razılıq (lisenziya) təqdim edib. Transparency.az bildirir ki, lisenziyalar bina və qurğuların tikinti-quraşdırma işləri, dağ və buruq qazmalarının aparılması, dağ-mədən işləri,...
Hökumətin strukturu dəyişib
Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması Azərbaycan hökumətinin strukturuna təsir edib. Transparency.az bildirir ki, yenilik Nazirlər Kabinetində qurumların sayını 38-ə çatdırıb. Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti dekabrın 14-də Milli Təhlükəsizlik N...
Prokuror Rauf Mirqədirova 7 il həbs cəzası istədi
Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə növbəti proses keçirilib. Musavat.com xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edib. O, Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakim növbəti prosesi dekabrın 23-nə təyin edi...
Nazir 60 yaşında orden aldı
Dekabrın 16-da prezident İlham Əliyev ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovu “Şöhrət” ordeni ilə təltif edib. Sərəncamda təltif nazirin Azərbaycan Respublikasında təbiətin qorunması və ekoloji mühitin yaxşılaşdırılması sahəsində xidmətləri ilə əsaslandırılıb. Transparency.az bildiri...
Azərbaycanlılar İsveçdə partiya nümayəndələri ilə görüşlər keçiriblər
İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev İsveçdə hakim Sosial Demokratlar, həmçinin Stokholm bələdiyyəsində çoxluq təşkil edən müxalif Moderatorlar partiyalarının təmsilçiləri ilə bir sıra görüşlər keçirib. Məlumat Novator.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilib. Məlumata gö...
Yaşıllaşdırma ilə məşğul olan ASC-nin işində nöqsanlar aşkarlanıb
Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirinin nəticələrinə baxıb. Rəsmi məlumata görə, iclasda çıxış edən auditor bildirib ki, ASC büdcə proqnozlarını tərtib edər...
Vəkil Elton Quliyev vəfat edib
Tanınmış vəkil Elton Quliyev vəfat edib. O, uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum vəkil dekabrın 16-sı Bakıda, Yasamal qəbiristanlığında dəfn olunacaq. Hüzr mərasimi Təzə Pir məscidində keçiriləcək. Xəbəri Musavat.com yayıb. Elton Quliyev 1956-cı il fevralın 28-də Ağdam şəhər...
Cəbhənin ön xəttinə reyd olub
Mod.gov.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə zonasında yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub. Müdafiənin ön xəttindəki səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri onların döyüş hazırlığı və sos...
Gənclərin xarici ölkələrdə təhsili: 9 illik proqrama yekun vuruldu
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramına dair statistika açıqlanıb. Təhsil Nazirliyi bildirir ki, 2015-ci ildə 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib: “Builki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə ve...
Hesablama Palatası “Azərenerji” Açıq Səhmdar Cəmiyyətini yoxlayıb (Nəticələr)
Hesablama Palatasının kollegiya iclasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələrinə baxılıb. Transparency.az bildirir ki, dekabrın 15-də yayılan rəsmi məlumata görə, yoxlama qrupunun rəhbərinin məruzəsindən sonra fəaliyyət istiqaməti üzrə aud...
Milli Kitabxanada audit nələri üzə çıxarıb?
Transparency.az Sai.gov.az portalına istinadla xəbər verir ki, Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, icrası ilə bağlı həyata keçirilmiş nəzarət tə...
Azərbaycan məhbus jurnalistlərin sayına görə dünyada yeddinci ölkədir
Mərkəzi qərargahı ABŞ-da olan Jurnalistləri Müdafiə Komitəsi dekabrın 15-i həbsdəki jurnalistlərlə bağlı hesabat yayıb (Hesabat). Hesabata görə, hazırda dünyada 199 jurnalist həbsdədir. Həbsdəki jurnalistlərin sayı baxımından Çin öndə gedir: 49 nəfər. Misir ikinci (23 nəfər), İran üçüncü (19 nəfər),...
Rəsmi Bakı ABŞ-a nota verdi
Dekabrın 15-də Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz notası təqdim olunub. Rəsmi məlumata görə, notada ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 9 dekabr 2015-ci ildə Vaşinqtonda Ermənista...
Rövnəq Abdullayev xərcləri qayçılayan əmr imzalayıb
Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev əmr imzalayıb. Transparency.az xəbər verir ki, əmr şirkətdə sərt qənaət tədbirlərini nəzərdə tutur. SOCAR-ın strukturuna daxil olan qurumların gəlir və xərclər smetasının, həmçinin bu qurumların tərkibinə daxil olan bölmələrin sayının və şt...
Azərbaycanın qara siyahısında olan müğənni İspaniyada həbs cəzası aldı
Barselona Şəhər Məhkəməsi məşhur ispan müğənni Monserrat Kabalyeni 6 ay müddətinə həbs cəzasına məhkum edib. Novator.az xəbər verir ki, Kabalye dələduzluqda təqsirli bilinib. İttihama görə, müğənni 2010-cu ildə vergi ödəməkdən yayınıb. Kabalyenin formal şəkildə Andorra sakini olması ona İspaniyada v...
Putin dövlət büdcəsini təsdiqlədi
Rusiya prezidenti Vladimir Putin dekabrın 15-də 2016-cı ilin dövlət büdcəsini imzalayıb. Novator.az xəbər verir ki, sənəddə dövlət büdcəsinin gəlirləri 13,738 trilyon rubl, xərcləri 16,099 trilyon rubl göstərilir. Ümumi daxili məhsulun 3 faizi həcmində və ya 2,36 trilyon rubl büdcə kəsiri nəzərdə tu...
Uşaqların cins nisbəti: hökumət proqramı hazırlanıb
Novator.az-a verilən rəsmi məlumata görə, dekabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı” adlı tədbir keçirib. Tədbirdə bildirilib ki, son 12 ildə ölkə əhalisinin sayı 16 faiz artaraq ...
BMT insan potensialının inkişafı məruzəsini dərc edib
BMT 2015-ci ildə insan potensialının inkişafı haqqında “İnsan inkişafı naminə əmək” adlı məruzə dərc edib. Məruzə müxtəlif ölkələrdə həyat səviyyəsi və sosial müdafiə dərəcəsi, əhalinin sağlamlığı, təhsil və mədəni inkişaf səviyyəsi göstəriciləri, cinayətkarlığın vəziyyəti, ətraf mühitin qorunması, ...
Rusiyada minimum əməkhaqqı 4 faiz artdı
Dekabrın 15-də Rusiya prezidenti Vladimir Putin minimum əməkhaqqı məbləğinin artırılması haqda qanun imzalayıb. Novator.az xəbər verir ki, 2016-ci ilin yanvarından Rusiyada minimum əməkhaqqının məbləği 4% artaraq 6 min 204 rubl (89 ABŞ dolları) olacaq. Hazırda Rusiyada aylıq minimum əməkhaqqı 5 min ...