Xəbər
Nazirlik: “Bütün filmlər qeydiyyatdan keçirilməlidir”
Fevralın 12-də Mədəniyyət və Turizm Nazirliyi İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı bildiriş yayıb. Novator.az-ın məlumatına görə, nazirliyin bildirişində deylilir: “Mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici...
Avtobusla sərnişin daşımağa yaş senzi qoyuldu
Fevralın 12-də Milli Məclis “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliyə səs verib. Dəyişikliyə əsasən, qanunun 27.1-ci maddəsi yeni redaksiyada verilir. İndən belə avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idar...
Cəbhə xəttində gərginlik
Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, fevralın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstəriblər: “Silahlı Qüvvələrimizin bölmələrinin əv...
Müsavat başqanı ölkə prezidentini debata çağırır
Müsavat Partiyasının başqanı Arif Hacılı prezident İlham Əliyevi debata çağırıb. Novator.az-ın məlumatına görə, Arif Hacılı “Facebook” şəbəkəsində “İlham Əliyevi debata çağırıram” başlığı ilə yaydığı qeydində bildirib ki, ölkədə yaranmış indiki vəziyyət real siyasi qüvvələr arasında, ilk növbədə is...
Prezident Administrasiyasının şöbə müdiri şikayət statistikası açıqlayıb
Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-da dərc olunan məqaləsində 2015-ci ilin hesabatını verib. Transparency.az-ın məlumatına görə, şöbə müdiri yazır: “2015-ci ildə Prezident Administrasiyasına daxil olan vətəndaş mü...
Xarici valyutada kredit götürən şəxslərin borcu ilə bağlı qanun layihəsi hazırlanır
Parlamentin əmək və sosial siyasət komitəsi xarici valyutada kredit götürən şəxslərin banklara borcu ilə bağlı qanun layihəsi hazırlayır. “Azadlıq” radiosuna danışan komitə üzvü, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib ki, xarici valyutada krediti olan şəxslərin banklara borclarını iki...
Manatın kursu düşdü
Fevralın 12-də dolların manata məzənnəsi yüksəlib. Mərkəzi Bankın təqdim etdiyi kursla 100 dollar 157 manat 45 qəpiyə satılır. Ötən gün rəsmi məzənnə 156 manat 59 qəpik idi. Transparency.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsi də fevralın 11-i ilə müqayisədə qalxıb. 100 avro 177 manat 89 qəpi...
Prezidentin geri qaytardığı layihə müzakirə olunacaq
Prezident İlham Əliyevin Milli Məclisə qaytardığı “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər layihəsinin Milli Məclisin plenar iclasında yenidən müzakirəyə çıxarılması gözlənir. Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Məlumata görə, sənəd fe...
Korrupsiya reytinqi: şəxslər, qurumlar, ərazilər
“Transparency İnternational” təşkilatı şəxslər, qurumlar və ərazilər üzrə internet səsverməsi təşkil edərək korrupsiya reytinqi hazırlayıb. Reytinq cədvəlinə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç başçılıq edir. Onun şəbəkədə 13 210 səs topladığı bildirilir. Səsvermədə iştirak edənlər Braziliy...
Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərar qəbul edib
Fevralın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib. “Azadlıq” radiosu xəbər verir ki, hər iki qərar gənc fəalların şikayətləri əsasında çıxarılıb. Qərarlardan biri İlham Hüseynli, Elçin Səlimov və İbrahim Əhmədzadənin şikayətləri əsasında qəbul olunub. Şikayətç...
Ermənistanda koalisiya razılaşması əldə olunub
Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında koalisiya razılaşması əldə olunub. Novator.az-ın məlumatına görə, razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu veriləcək. Ermənistan parlamentinin Respublika Partiyasından deputatı Armen Rustamyan İc...
Yunusları ölkədən buraxmadılar
Yasamal Rayon Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun müraciətinə baxılıb. Vəkil Elçin Sadıqov Report.az-a deyib ki, məhkəmə onların müraciətini təmin etməyib. O, qərardan apellyasiya şikayəti verəcəklərini vurğulayıb. Leyla və Arif Yunuslar müalic...
Ailəsi Taleh Xasməmmədovdan narahatdır
Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun həyat yoldaşı Fəxriyyə Xasməmmədova ondan narahatdır. Fəxriyyə Xasməmmədova 17 saylı cəzaçəkmə müəssisəsində həyat yoldaşı ilə sonuncu dəfə yanvarın 3-də görüşdüyünü və həyat yoldaşının səhhətində ciddi problemlərin olduğunu bildirib: “Yoldaşım çox n...
Qanunsuz ov hesabatı açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirib. Rəsmi məlumata görə, 2016-cı ilin yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanıb. Onlar...
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya informasiya vermək qaydasını sərtləşdirdi
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları”nda dəyişiklik edib. İndiyə qədər informasiyanın əldə edilməsinə o şərtlə icazə verilib ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlar...
263 qanun, 285 fərman, 693 sərəncam…
Dövlət başçısı İlham Əliyev 2015-ci ildə 263 qanun, 285 fərman, 693 sərəncam imzalayıb. Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-da dərc olunan məqaləsində belə yazıb. Transparency.az-ın məlumatına görə, şöbə müdiri qey...
Neftçi ailələri narazıdır
Xəzərdəki “Günəşli” yatağında baş vermiş qəza zamanı itkin düşən neftçilərin ailə üzviləri və yaxınları fevralın 11-də Prezident Administrasiyası önündə toplaşıblar. “Günəşli” yatağında qəza ötən il dekabrın 4-də baş verib. Həmin gün özüldə sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədəl...
ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 18-ə çatdı
ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün ştatda “Xocalını anma günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislə...
Neft düşə-düşə gedir
Dünya birjalarında neftin 11 fevral qiymətləri bəlli olub. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,55 dollar ucuzlaşaraq 26,98 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar azalaraq 30,64 dollara enib. “AzəriLayt” markalı neftin bir barrel...
Füzuli Hüseynov azadlığa buraxılıb
AXCP Xətai rayon təşkilatının fəalı Füzuli Hüseynov Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Xəbəri “Azadlıq” qəzeti yayıb. Füzuli Hüseynov yanvarın 27-də Abşeron Rayon Məhkəməsinin qərarı ilə polisə müqavimətdə ittiham olunaraq 30 sutka inzibati həbs cəzasına məhkum ed...