![]({"large":{"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2016\/04\/Moldova-parlamenti-1024x675.jpg","width":1024},"full":{"0":"2016\/04\/Moldova-parlamenti.jpg","1":1600,"2":1055,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2016\/04\/Moldova-parlamenti.jpg"}})
Aprelin 1-də Moldova parlamenti prezident seçkisinin gününü təyin edib. Ümumxalq səsverməsi oktyabrın 30-da keçiriləcək.
Novator.az xəbər verir ki, qanun layihəsini iclasda iştirak edən 91 deputatdan 51-i dəstəkləyib.
İndiyədək Moldovada prezidenti parlament seçib. 2015-ci ildə Sosioloqlar və Demoqraflar Assosiasiyasının apardığı araşdırmalar moldovalıların əksəriyyətinin prezidentin ümumxalq səsverməsi yolu ilə seçilməsi üsulunun dəstəklədiyini göstərib. Nəticələrə görə, prezidentin ümumxalq səsverməsində seçilməsini əhalinin 82,7 faizi arzu edib.