Xəbər
Ermənilərin pilotsuz uçuş aparatı yerə endirilib
Cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti aprelin 7-də yayıb.
Meyiti tapılan neftçilərin sayı 14-ə çatıb
Xəzər dənizinin Türkmənistan sahillərində tapılan meyitin tanınma prosesi başa çatıb. Dövlət Neft Şirkətinin məlumatına görə, aprelin 2-də aşkar edilən meyitin Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülünün çilingəri Rzaxanov Edik Rivazin oğlunun meyiti olduğu bilinib. O, dekabrın 4-də ...
Rusiya Qarabağ məsələsində 3-4 il əvvəlki ideyalara qayıtmağa çağırır
Aprelin 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib. Müsahibəsində o, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki vəziyyətdən, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarından danışıb. Novator.az-ın mə...
General-mayor Natiq Əliyev: “Düşmən sanitar tibb maşınını atəşə tutub”
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir...
Jurnalisti öldürən adamın tutulduğu açıqlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində jurnalist Dmitri Çilikinin qətlində şübhəli bilinən şəxs tutulub. Novator.az xəbər verir ki, məlumatı Rusiyanın İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə qurumu yayıb. 54 yaşlı jurnalist Dmitri Çilikinin meyiti aprelin 1-də yaşadığı mənzildə aşkarlanmışdı. ...
Niderland əhli Ukraynanı Avropaya buraxmaq istəmədi
Niderlandda aprelin 6-da keçirilmiş Ukrayna referendumunun ilkin nəticələri açıqlanıb. Referenduma Avropa İttifaqı ilə Ukrayna arasında 2014-cü ildə imzalanmış assosiasiya sazişinin təsdiqi məsələsi çıxarılıb. Novator.az-ın məlumatına görə, referenduma qatılanların 61,1%-i Ukrayna ilə assosiasiya s...
İrana yeni səfir təyin edildi
Prezident İlham Əliyev aprelin 6-da Bünyad Səməd oğlu Hüseynovu Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. İranda səfir postu 1 aydır boşalmışdı. Martın 7-də Azərbaycan prezidenti Cavanşir Əşrəf oğlu Axundovu Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səf...
Xarici valyutaların kursu qalxıb. Ucuzlaşan da var
Azərbaycan manatı aprelin 7-də dollar qarşısında bir qədər ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi kursunu 1,5165 manatdan 1,5193 manata qaldırıb. Transparency.az-ın məlumatına görə, avro da bahalaşıb. 1 avronun rəsmi məzənnəsi ötən gün 1,7246 manat olub, aprelin 7-də isə Mərkəzi Bank kursu 1...
Rusiyanın təklifləri var
Prezident İlham Əliyev aprelin 6-sı Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Dövlət başçısı Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin Bakı görüşünə toxunaraq deyib ki, birinci belə görüşün aprelin 7-si Azərbaycanda olması məmnunluq doğurur: “Hesab edirəm ki, bu, ölkəl...
Düşmən Naxçıvanda atəşkəs rejimini pozub
Aprelin 5-də saat 12-dən etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayo...
Nazir: “Silahlı Qüvvələrin məqsədi atəş nöqtələrinin məhv edilməsi olub”
Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Pyer Andriyo və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Mod.gov.az-ın məlumatına görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələrlə bağlı ...
15 gündə nə qədər ekoloji pozuntu qeydə alınıb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Rəsmi məlumata əsasən, araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümləd...
Tapqaraqoyunlu yaxınlığında mövqelərimiz atəşə tutulur
Müdafiə Nazirliyinin mətbuat xidməti yeni məlumat yayıb. Məlumatda deyilir: “Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri atəşkəsi yenə də po...
Avrasiya İttifaqının Yerevan toplantısı təxirə düşdü, ancaq Medvedyev gəlir
Avrasiya İqtisadi İttifaqı ölkələri hökumət başçılarının Yerevan toplantısı təxirə salınıb. Transparency.az-ın məlumatına görə, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan aprelin 6-sı Yerevanda jurnalistlərə deyib ki, sammit Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin birinin tə...
Putinlə Nazarbayev Qarabağı müzakirə edib
Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə edib. Novator.az bildirir ki, aprelin 6-da Kremlin mətbuat xidməti Putinlə Nazarbayevin arasında telefon danışığı olduğu haqda açıqlama yayıb. Açıql...
Yeni tariflər qüvvəyə minib
Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrini saxlama xidmətlərinin tarifləri təsdiqlənib. Tarif Şurası meydançalarda 1 gün üçün saxlanma xidmətlərinin tariflərini nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 ma...
Qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 7 mini ötüb
Tarif (qiymət) Şurası daha 1427 dərman vasitəsinin qiymətini təsdiqləyib. Qiymətləri tənzimlənən dərman vasitələrinin 26 faizinin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11 faizinin qiyməti 3 dəfədən çox azalıb, ümumilikdə isə 90 faiz dərmanın qiyməti endirilib. İqtisadiyyat Nazirliyini...
Prezident həmsədrləri qəbul edib
Prezident İlham Əliyev aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andriyonu və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə bağlı vəziyyət müzakirə olunub. Həmsə...
4 gündə Azərbaycanın 31 hərbi qulluqçusu şəhid olub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Transparency.az-a cəbhədəki itkilərin sayı haqqında açıqlama verilib. Bildirilib ki, savaş itkiləri haqqında yalnız Müdafiə Nazirliyinin rəsmi saytında (Mod.gov.az) verilən rəqəmlər əsas götürülməlidir: “Son əməliyyatlar zamanı Azərbaycan 31 hərbçisini itirib...
Azərbaycanın vergi sistemi barədə xülasə
Taxes.gov.az Azərbaycanın vergi sistemi haqqında qısa bilgi yayıb. Qeyd olunur ki, dövlətin vergi siyasətinin əsas hədəfləri sırasında sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması; iqtisadiyyata investisiya qoyuluşunun, istehsalın, o cümlədən ixrac yönümlü istehsalın stimullaşdı...