Xəbər
Məşhur jurnalist Pavel Şeremet həlak oldu
Tanınmış jurnalist Pavel Şeremet Ukraynanın paytaxtı Kiyevdə avtomobilin partlaması nəticəsində həlak olub. Novator.az xəbər verir ki, 44 yaşlı Pavel Şeremet iyulun 20-si səhər saat 8-ə qalmış evindən çıxıb və işlədiyi “Radio Vesti”yə yollanıb. Yola düşəndən az sonra, saat 7:45-də avtomobil partlayı...
Müsavat referenduma qarşı mübarizə qərarı verdi
Müsavat Partiyası Divanının iyulun 19-da keçirilən növbədənkənar iclasında prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinə rəyə göndərdiyi ana yasaya dəyişikliklər layihəsi müzakirə olunub. Prezident Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə iyulun 18-də çıxış edib. Təqdim olunan ref...
Trampın namizədliyi rəsmiləşdi
Milyarder Donald Tramp Respublikaçılar Partiyasının Klivlenddə (Ohayo ştatı) keçirilən qurultayında ABŞ prezidentliyinə namizəd kimi təsdiqlənib. İyulun 19-da keçirilən səsvermədə Donald Tramp nümayəndələrin gərəkli dəstəyini alıb. Noyabrın 8-də keçiriləcək prezident seçkisində Donald Trampın rəqibi...
Hər il dünyada 2,5 milyon adam HİV virusuna yoluxur
Hər il dünyada 2,5 milyon adam HİV virusuna yoluxur. Novator.az-ın məlumatına görə, bununla bağlı aparılmış tədqiqatın nəticələri “Lancet HIV” beynəlxalq tibb jurnalında dərc olunub. Tədqiqatçıların qənaətinə görə, il ərzində HİV virusuna yoluxan adamların sayı 10 ildir eyni səviyyədə qalır. Bu viru...
Yeni özəlləşdirmə fərmanı: Nazirlər Kabinetinə tapşırıqlar verildi
İyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı tədbirlərə fərman verib. Fərmanla Nazirlər Kabinetinə Əmlak Məsələləri Dövlət Komitəsinin və aidiyyəti digər dövlət orqanlarının təklifləri əsasında orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müə...
Livandakı 250 mindən çox suriyalı uşaq məktəbə gedə bilmir
Livanda qeydiyyatda olan 250 mindən çox suriyalı uşağın məktəblərdə təhsil almaq imkanı yoxdur. Novator.az-ın məlumatına görə, “Human Rights Watch” beynəlxalq hüquq müdafiəsi təşkilatının iyulun 19-da yaydığı məruzədə belə deyilir. Məruzədə bildirilir ki, Livan dövləti bir milyondan çox suriyalı qaç...
Daha bir polis Almatı terrorunun qurbanı oldu
Qazaxıstanın Almatı şəhərində baş verən atışmada həlak olanların sayı 6-ya çatıb. Novator.az-ın məlumatına görə, iyulun 19-da günorta saatlarında yaralı polis əməkdaşlarından biri, 30 yaşlı polis leytenantı Timur Beqasilov xəstəxanada keçinib. İyulun 18-i səhər Almatıda naməlum silahlı şəxs şəhərin ...
Əlilliyi olan şəxslərə xidmət hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il 10 min 946 nəfər əlilliyi olan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib. Rəsmi hesabatda bildirilir ki, həmin şəxslərdən 3 min 891 nəfəri bərpa mərkəzlərində reabilitasiya tədbirlərinə cəlb edilib və bərpa-müalicə kursu keçib. 7...
İlham Əliyev konstitusiya yeniliyinə start verdi
Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə çıxış edib. Rəsmi məlumata görə, dövlət başçısı sərəncam imzalayaraq “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsini Konstitusiya Məhkəməsinə rəy verilməsinə gö...
ANS-i bağladılar
Milli Televiziya və Radio Şurası Baş Prokurorluğun müraciətini nəzərə alaraq iyulun 18-dən ANS telekanalının yayımını müvəqqəti dayandırıb. Bu barədə yayılan rəsmi məlumatda deyilir ki, ANS Müstəqil Yayım və Media Şirkəti son günlər Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd zamanı Azərbaycan və T...
Dollar, avro və rubl bahalaşıb
İyulun 19-da ABŞ dolları yenə bahalaşıb. Mərkəzi Bank 1 dolların rəsmi kursunu 1,56 manatdan 1,5631 manata yüksəldib. Avronun da məzənnəsində artım olub. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7313 manata dəyişdirilir. Ötən gün rəsmi kurs 1,7261 manat idi. 1 Rusiya rublunun kursu isə 0,0246 ma...
Ermənistan hakimiyyəti təslimə çağırır
Yerevanda patrul-mühafizə polkunun binasını ələ keçirən silahlılar iyulun 18-i gündüz bir polis əməkdaşını da azad ediblər. Novator.az-ın məlumatına görə, bu, hakimiyyət rəsmiləri ilə danışıqların nəticəsində mümkün olub. İyulun 17-nə keçən gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis ə...
Moskvada “Quran”ı yandıranlara cəza verildi
Rusiya paytaxtı Moskvada “Quran”ı yandırmış 12 neonasistə hökm oxunub. Novator.az xəbər verir ki, hökm iyulun 18-də Moskvanın Şerbinski Rayon Məhkəməsində elan edilib. 2013-cü ilin dekabrında Moskva metrosunda bir qrup gənc neonasist konstitusiya prinsiplərini pozaraq “Quran”ı yandırıb. Bundan başqa...
“Manatın valyuta ehtiyatları hesabına qorunması davam edəcək”
İqtisadçı ekspert Rövşən Ağayev Dövlət Gömrük Komitəsinin açıqladığı, ilin ilk yarısına aid xarici ticarət statistikasına (6 aylıq göstəricilər) münasibət bildirib. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, ölkədə iqtisadi fəallığın kəskin azalması, xaricə kapital axınının xeyli səngiməs...
5 ev Qarabağ əlillərinin istifadəsinə verilib
Xaçmaz rayonunda 5 fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib. Rəsmi məlumat iyulun 18-də yayılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, bu il 211 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Ümumilikdə indiyə qədər qurumun xətti...
Türkiyənin baş naziri yeni rəqəmlər açıqlayıb
Türkiyədə iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdi nəticəsində 208 nəfər şəhid olub. Onların 60-ı polis, 3-ü hərbçi, 145-i mülki şəxsdir. Transparency.az-ın məlumatına görə, baş nazir Binəli Yıldırım iyulun 18-də Türkiyə Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə belə deyib. Baş...
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. Qurum Əmək Məcəlləsinin 233-cü (soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması) maddəsinə əsaslanaraq bildirir ki, havanın temperaturu müsbət 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğula...
Azərbaycanın ən çox mal aldığı ölkə Rusiyadır
Dövlət Gömrük Komitəsi Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələrin siyahısını açıqlayıb. Transparency.az-ın məlumatına görə, 2016-сı ilin ilk 6 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində (Göstəricilər) əsas ölkələr İtaliya və Rusiya olub. İtaliya ilə ticarət dövriyyəsinin həcmi üm...
Türkiyədə çevriliş həbsləri
Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirli bilinənlərin sayı durmadan artır. Son məlumatlara görə, çevriliş cəhdində suçlu bilinən 103 general və admiral, o cümlədən yüzlərlə hakim, prokuror, polis saxlanıb. İyulun 15-i gecə ölkədə bir qrup hərbçi Türkiyədə hakimiyyəti ələ almaq təşəbbüsü göstərib...
Almatıda ən yüksək həddə terror təhlükəsi elan olunub
İyulun 18-i səhər Qazaxıstanın Almatı şəhərində bir qrup naməlum silahlı şəxs şəhərin mərkəzi rayonlarından birinin polis idarəsinə və Milli Təhlükəsizlik Komitəsinin departamentinə hücum çəkib. Novator.az-ın məlumatına görə, hücum zamanı 3 polis, bir mülki şəxs həlak olub, bir neçə polis yaralanıb....