Xəbər
Deputat: “Hər birimiz azadlığa çıxan insanlara yardımçı olmalıyıq”
Mayın 20-də Azərbaycan parlamenti deputat, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsinə həsr olunan xüsusi iclas keçirir. AZƏRTAC xəbər verir ki, amnistiya layih...
Təyyarə maneəyə dəyibmiş
Azərbaycanın “Silk Way” şirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması səbəblərini təhqiq edən komissiya hazırda olay yerindədir. Xəbəri AZƏRTAC mayın 20-də yayıb. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimovun başçılıq etdiyi komissiya Əfqanıstan Mülki Av...
İsrailin müdafiə naziri hökumətdən də, parlamentdən də getdiyini açıqladı
İsrailin müdafiə naziri Moşe Yaalon vəzifəsindən və siyasətdən getdiyini bəyan edib. Novator.az xəbər verir ki, bununla bağlı Moşe Yaalon mayın 20-də “Twitter” səhifəsində belə yazıb: “Bu gün səhər baş nazirə məlumat verdim ki, mənə göstərilən etimadsızlığa görə hökumətdən, parlamentdən gedirəm və s...
Vergilər Nazirliyində struktur və kadr dəyişiklikləri aparılıb
Vergilər Nazirliyində Vergi Cinayətlərinin Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsi yaradılıb. Rəsmi məlumata görə, məqsəd vergi borclarının dövlət büdcəsinə alınması işinin təşkilinin daha da təkmilləşdirilməsi, cinayət xarakterli hüquqpozmaların qarşısının alınması sahələri...
Ağdaş dairəsində 3 nəfərin namizədliyi qeydə alınıb
90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan iddiaçıların qeydə alınmaq üçün sənədləri təhvil vermə müddəti mayın 19-da bitib. Mərkəzi Seçki Komissiyasının sözçüsü Şahin Əsədli Transparency.az-a bildirib ki, namizədliyi təsdiq olunan 14 nəfərdən 9-u imza vərəqələrini geri qaytarıb...
Monteneqro NATO-ya üzv olur
NATO ölkələrinin xarici işlər nazirləri mayın 19-da Monteneqronun alyansa qəbul edilməsi haqda protokol imzalayıblar. Novator.az xəbər verir ki, alyansa daxil olan 28 ölkə protokolu ratifikasiya etdikdən sonra Monteneqro avtomatik NATO-nun 29-cu üzvünə çevriləcək. Hələlik Monteneqro NATO-da müşahidə...
İndən belə dövlət əmlakı necə özəlləşdiriləcək? (Yeni fərman)
Mayın 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanın 1-ci bəndində deyilir: “Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan Respublikası prezidentinin qərarları ilə həyata ke...
Prezident bəzi tikinti obyektlərinin istismarına icazə verilməsini sadələşdirdi
Prezident İlham Əliyev mayın 19-da bəzi tikinti obyektlərinin istismarına icazə verilməsini sadələşdirən fərman imzalayıb. Fərmana görə, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında m...
“Sevilya”nın 5-ci titulu
Mayın 18-i Bazeldə (İsveçrə) UEFA Avropa Liqasının finalı keçirilib. İspaniyanın “Sevilya” və İngiltərənin “Liverpul” komandalarının üz-üzə gəldiyi finalda birincilər üstün gəlib. Rəqibini 3:1 hesabı ilə yenən “Sevilya” dalbadal 3-cü dəfə Avropa Liqasının qalibi olub. Novator.az bildirir ki, İspaniy...
Davudoğlunun yerinə Yıldırım gəlir
Mayın 19-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi icra orqanının iclası keçirilib. İclasda mayın 22-də keçiriləcək fövqəladə qurultayda partiya sədrliyinə namizəd olacaq şəxsin adı açıqlanıb. Mayın 22-də partiya sədrliyinə və Türkiyənin baş naziri vəzifəsinə hazırkı nəqliyyat, dəni...
Qəzada ölənlərin adları açıqlanıb
Əfqanıstanın Dvayer hava limanında mayın 18-də qəzaya uğramış Azərbaycan təyyarəsi ilə bağlı yeni məlumat var. Qəza AN-12 yük təyyarəsinin havaya qalxması zamanı baş verib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından APA-Economics-ə verilən məlumata görə, təyyarə Əfqanıstanda yük daşımaq m...
Ukraynanın dördüncü böyük şəhərinin adı dəyişdirildi
Mayın 19-da Ukrayna parlamenti (Ali Rada) Dnepropetrovsk vilayət mərkəzinin adını dəyişib. Şəhərə Dnepr adı verilib. Novator.az-ın məlumatına görə, qərarı parlamentin 247 deputatı dəstəkləyib. Qərarın qəbul olunması üçün 226 deputatın səsi kifayət edirdi. Dnepropetrovsk şəhərinin adının dəyişdirilmə...
Qazaxın icra başçısı başqa vəzifəyə getdi
Mayın 19-da prezident İlham Əliyev Ayaz Əsgərovu Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Başqa sərəncamla o, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Rəcəb Abas oğlu Babaşov isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb. Transparency.az bild...
Qiyas İbrahimov da ona verilən dəhşətli işgəncələri açdı
Vəkil Elçin Sadıqov həbsdə olan gənc fəal Qiyas İbrahimova işgəncə verilməsi barədə açıqlama yayıb. Qiyas İbrahimov və digər gənc fəal Bayram Məmmədov mayın 10-da saxlanıblar. Mayın 12-də Xətai Rayon Məhkəməsində onların hər ikisi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Gənclər hazır...
Ötən ilin büdcəsi necə icra olunub? (Qanun layihəsi və hesabat)
Maliyyə Nazirliyi Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini (Layihə) açıqlayıb. Transparency.az xəbər verir ki, layihəyə əsasən, dövlət büdcəsinin icrası gəlirlər 17 milyard 497 milyon 964,7 min manat, xərclər 17 milyard 784 milyon 535,2 min manat məbləğində olmaqla...
Vergilər nazirinin müavini marketləri nədə ittiham edir?
“Bəzi tanınmış super-marketlər dövriyyəni 10, 15, hətta 40 dəfə aşağı göstərirlər”. AZƏRTAC xəbər verir ki, bunu mayın 18-i Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, nazirliyin 2016-cı ildə apardığı təhlillər zamanı çox qəribə məsə...
Azərbaycanın yük təyyarəsi qəzaya uğrayıb
Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus AN-12 yük təyyarəsi mayın 18-i Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Dövlət Mülki Aviasiya Administrasiyasından AZƏRTAC-a bildirilib ki, hadisə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində, təyyarə Dvayer hava limanı...
Neft Fondunun 2015-ci il büdcəsinin icrası təsdiqlənib (Gəlir mənbələri və xərc istiqamətləri)
Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında prezident sərəncamı imzalanıb. Transparency.az-ın məlumatına görə, 2015-ci il büdcəsinin icrası gəlirlər 7 milyard 721 milyon 84,9 min manat, xərclər 9 milyard 187 milyon 826,9 min manat (gəlirlər üzrə 75,4%, xərclər üzrə 77,8% səviyyəsində)...
Avro və rubl ucuzlaşıb, dolların kursu dəyişməyib
Mayın 19-da avro və rubl manata nəzərən ucuzlaşıb. 1 avronun məzənnəsi 1,6948 manatdan 1,6848 manata enib. Ötən gün 0,0231 manata təklif edilən 1 Rusiya rublunu isə Mərkəzi Bank 0,0226 manata satır. Transparency.az bildirir ki, 1 ABŞ dollarının rəsmi kursu dəyişməyərək 1,5017 manat qalıb.
Britaniyada Avropa İttifaqının tərəfdarları xeyli artıb
Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalmasını istəyənlərin sayı artıb. “İpsos MORİ” şirkətinin “Evening Standard” qəzeti üçün apardığı sorğunun mayın 18-də açıqlanan nəticələri bunu göstərir. İyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirmək üçün r...