Xəbər
Hərbi prokurorluq orqanları 6 aylıq hesabat verib
İyulun 26-da Azərbaycan Hərbi Prokurorluğunda rəhbər heyətin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2016-cı ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Hərbi Prokurorluğun mətbuat ...
Bu il Qazaxıstanda 94 sayt bağlanıb
2016-cı ildə Qazaxıstanda terrorçuluq və ekstremizm təbliğatına görə 94 sayt bağlanıb. Novator.az bildirir ki, məlumatı iyulun 26-da Astana Şəhər Prokurorluğu yayıb. Hesabata əsasən, Qazaxıstanın Rabitə, İnformasiya və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Komitəsi ilə İnformasiya və Kommunikasiy...
Dövlət komitəsi özəlləşdirmə portalı yaradıb
İyulun 26-da Əmlak Məsələləri Dövlət Komitəsi yeni yaratdığı Privatization.az özəlləşdirmə portalını ictimaiyyətə təqdim edib. Təqdimatda portalın özəlləşdirmə prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə yaradıldığı bildirilib, xidmətin dövlət əmlakının özəlləşdiril...
Yerevandan son məlumatlar
Ermənistanın paytaxtı Yerevanda patrul mühafizə polkunu ələ keçirmiş silahlı dəstə iyulun 25-i axşam daha iki polis maşınını, o cümlədən bir avtobusu yandırıb. İyulun 24-ü axşam basqınçılar patrul mühafizə polkundan bir qədər aralıda olan polis mikroavtobusuna od vurmuş, havadan çəkiliş aparan dronu...
26 yaşlı yapon keçmiş iş yerində qırğın törədib
Yaponiyanın Saqamihara şəhərində bıçaqla silahlanmış şəxs iyulun 26-na keçən gecə əlillər evinə hücum edərək 19 nəfəri qətlə yetirib, 26 nəfəri yaralayıb. 20 yaralının vəziyyəti ağırdır. Novator.az xəbər verir ki, hadisəni törədən 26 yaşlı Satosi Ueamatsu polisə təslim olub. Onun 2012-ci ilin fevral...
1 milyon manat 27 qəzet arasında bölündü
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası iyulun 25-də xüsusi iclas keçirib. İclasda prezident İlham Əliyevin qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün dövlət büdcəsindən fonda 1 milyon manat ayırması müzakirə olunub. Müşahidə Şurasının qərarı ilə...
Dollar yenidən bahalaşıb
ABŞ dolları qısa fasilənin ardınca yenə bahalaşıb. Mərkəzi Bank iyulun 26-da 1 dollara 1,5755 manat qiymət qoyub. Ötən həftənin cümə günündən dollar 1,5724 manata təklif edilirdi. Avronun da rəsmi kursunda artım var. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7259 manatdan 1,7338 manata qalxıb. Ru...
Konstitusiya Məhkəməsi Plenumunun referendum aktı layihəsinə verdiyi rəy
Xəbər verdiyimiz kimi, iyulun 25-də Konstitusiya Məhkəməsinin Plenumu prezident İlham Əliyevin təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsinə rəy verib. Plenumun sözügedən layihəyə rəy verilməsinə dair qərarını tam həcmdə tə...
Sabiq generala ömürlük həbs cəzası verildi
Çin Hərbi Məhkəməsi iyulun 25-də Mərkəzi Hərbi Şura sədrinin sabiq müavini Qo Bosyuna ömürlük həbs cəzası kəsib. Qo Bosyun yüksək məbləğdə rüşvət almaqda təqsirli bilinib. Novator.az-ın məlumatına görə, Qo Bosyun bütün siyasi hüquqlarından və general-polkovnik hərbi rütbəsindən məhrum olunub. Onun ş...
Bağlanan banklar: əmanətin faizi dayanır, kreditin yox
İqtisadçı ekspert Vüqar Bayramov bağlanan banklarda əmanəti və krediti olan vətəndaşlara faiz məsələsində fərqli qaydaların tətbiq olunduğunu yazır. Maliyyə Bazarlarına Nəzarət Palatası iyulun 21-də “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın lisenziyalarının ləğvinə qərar verib. Qərar bank...
Ermənilər Bakı olimpiadasına gəlməyəcək
Ermənistanın şahmat üzrə kişilərdən ibarət milli komandası Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək. Novator.az-ın məlumatına görə, Ermənistanın Şahmat Federasiyasının birinci vitse-prezidenti Smbat Lputyan belə açıqlama verib. 42-ci Dünya Şahmat Olimpiadası Bakıda sen...
Bədii ədəbiyyatın mütaliəsi insanı daha duyğulu edir
Bədii ədəbiyyat insan şəxsiyyətinin incə cəhətlərini inkişaf etdirir. Bu cür kitablar empatiyaya, yəni mərhəmət hissinin güclənməsinə təsir edir. AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, Toronto Universitetinin bir qrup psixoloqu təxəyyül və fantaziyanın gücünü unutmamağı məsləhət gö...
Ermənistanı qarışdıran basqınçıların sayı açıqlanıb
İyulun 25-də Ermənistan Polisi bir həftədən çoxdur paytaxt Yerevanda patrul mühafizə polkunu əlində saxlayan basqınçıların adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, siyahıda 30 nəfərin adı keçir. Basqınçı qrupun daha 1 nümayəndəsi yaralandığı üçün xəstəxanadadır. Yerevanda gərginlik iyulun ...
Referendum aktı layihəsi Konstitusiya Məhkəməsindən keçdi
İyulun 25-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinin rəyi üçün iyulun 18-də təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsinə baxılı...
Basqınçılar təslim olmur, sərt addımlara əl atır
Ermənistanın paytaxtı Yerevanda gərginlik səngimir. Gərginlik iyulun 17-nə keçən gecə başlayıb. Həmin gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb, radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar. Basqın zamanı polis polkovniki Artur Van...
Konstitusiya Məhkəməsi kompensasiya işi ilə bağlı qərar çıxarıb
Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar çıxarıb. Rəsmi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciətində Mülki Məcəllənin 228.2-ci maddəsinin “...
Dolların yüksəlişi dayanıb
ABŞ dollarının kursu uzunmüddətli yüksəlişdən sonra sabit qalıb. Mərkəzi Bank iyulun 25-də 1 dolları ötən həftənin son iş günündə olduğu kimi 1,5724 manata təklif edir. Avronun və Rusiya rublunun rəsmi məzənnəsi isə dəyişib. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7345 manatdan 1,7259 manata, 1...
Jurnalist evi: ikinci binaya nə qədər pul gedib?
Bakının Bibiheybət qəsəbəsində jurnalistlərə tikilən yeni yaşayış binası 2016-cı ilin sonuna hazır olmalıdır. Transparency.az bildirir ki, prezident İlham Əliyevin dörd sərəncamı ilə tikintiyə dövlət büdcəsindən üst-üstə 16 milyon manat ayrılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Də...
Sərkisyan silahı yerə qoymağa çağırdı
İyulun 22-də Ermənistan prezidenti Serj Sərkisyan hüquq mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirib. Novator.az-ın məlumatına görə, prezident paytaxt Yerevanda polis məntəqəsini ələ keçirən şəxsləri silahı yerə qoymağa çağırıb. Dövlət başçısı deyib ki, hökumət problemin dinc həlli üçün hər...
54 UEFA üzvünün 14-ü təmsilçisiz qalıb
UEFA Çempionlar Liqasında və Avropa Liqasında iki mərhələ arxada qalıb. Novator.az saytı bildirir ki, iki təsnifat raundunda 54 UEFA üzvündən 14-nün bütün təmsilçiləri Avropa klub turnirlərinə vida edib. 2016/2017 mövsümündə Avropanın klub turnirlərinə 233 futbol komandası buraxılıb. 78 klub Çempion...