Xəbər
İmran Bədirxanlının anası vəfat edib
“Səhər”, “Zaman”, “Həftə”, “Gün səhər” qəzetlərində, STV telekanalında çalışmış, hazırda İctimai Teleradionun əməkdaşı olan tanınmış jurnalist İmran Bədirxanlının anası Gülzar xanım vəfat edib. Hüzr mərasimi aprelin 7-si Xaçmazın Həsənqala kəndində keçiriləcək. Allah rəhmət eləsin!
Əkrəm Əylisli saxlanıldı. DİN təsdiqlədi
Yazıçı Əkrəm Əylislinin ölkədən çıxışına qadağa qoyulub. Xəbəri “Turan” agentliyi yayıb. Xəbərdə deyilir ki, Əkrəm Əylisli Venesiyada keçirilən “Incroci Di Civilta” beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün martın 30-u təyyarə ilə Azərbaycandan çıxmaq istəyib. Bu məqsədlə o, martın 30-u s...
Pele “Samsung”dan 30 milyon dollar tələb edir
Dünya şöhrətli braziliyalı futbolçu Pele Cənubi Koreyanın “Samsung” elektronika şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Novator.az xəbər verir ki, Pele “Samsung”u öz reklamında qanunsuz olaraq onun oxşarından istifadə etməkdə günahlandırır. Martın əvvəllərində Pelenin adından məhkəməyə göndərilən ...
Neftin qiyməti 30 dollaradək düşə bilər
Dünya birjalarında neft ucuzlaşır. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,52 dollar ucuzlaşaraq 38,60 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar azalaraq 39,31 dollar olub. AZƏRTAC xəbər verir ki, martın 30-da “AzəriLayt” markalı neftin...
Dollar 1 manat 56 qəpikdən aşağı düşüb
Martın 30-da aparıcı xarici valyutalar Azərbaycan manatı qarşısında dəyər itirib. Transparency.az-ın məlumatına görə, dolların rəsmi məzənnəsi 1,5737 manatdan 1,5586 manata, avronun kursu 1,7611 manatdan 1,7608 manata, rublun kursu 0,0229 manatdan 0,0228 manata düşüb. Mərkəzi Bankın məzənnə cədvəlin...
Yeni təyinatlar
Martın 29-da prezident İlham Əliyev Sahir Polad oğlu Məmmədxanovun vergilər nazirinin birinci müavini, İlkin Etibar oğlu Vəliyevin isə vergilər nazirinin müavini vəzifələrinə təyin edilməsi haqda sərəncamlar imzalayıb. Sahir Məmmədxanov buna qədər vergilər nazirinin müavini, İlkin Vəliyev isə Vergil...
Prezident Mədəniyyət və Turizm Nazirliyinin strukturunu dəyişdi
Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirməyə sərəncam verib. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılır. Mədəniyyət və Turizm Nazirliyinin bu r...
İcra başçısı 70 yaşı ərəfəsində təltif olundu
Prezident İlham Əliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevi “Şöhrət” ordeni ilə təltif edib. Təltif icra başçısının ölkənin ictimai-siyasi həyatında xidmətləri ilə əsaslandırılıb. Transparency.az bildirir ki, aprelin 1-də İbrahim Mehdiyevin 70 yaşı tamam olur. 1946-cı ildə Ağd...
Yaponiyada uşağı iş yerinə gətirməyə icazə verilir
Yaponiyanın bəzi şirkətləri qadın əməkdaşlara uşaqlarını ofisə gətirməyə və ya evdə uşaqlarına qulluq edə-edə işləməyə icazə verib. Novator.az xəbər verir ki, bununla şirkət rəhbərləri işçi qüvvəsinin çatışmazlığı problemini həll etmək və əmək kollektivlərində qadınların sayını artırmaq istəyirlər. ...
Ukrayna parlamenti baş prokurorun istefasına səs verdi
Martın 29-da Ukrayna parlamenti baş prokuror Viktor Şokinin istefasına səs verib. Novator.az-ın məlumatına görə, istefa qərarını 289 deputat dəstəkləyib. Baş prokurorun istefası üçün 226 deputatın səsi kifayət edirdi. Şokin parlamentdə keçirilən səsvermənin gedişində iştirak etməyib. Fevralın 16-da ...
Dövlət orqanları rəhbərlərinin qəbul cədvəli
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin aprel ayında vətəndaşları nə vaxt və harada qəbul edəcəyi açıqlanıb. Qəbul cədvəlini oxucuların diqqətinə çatdırırıq: Qəbul edən Gün Yer Əhatə olunan şəhər və rayonlar Mikayıl Cabbarov Təhsil naziri 4 Bərdə Bərdə, Mingəçevir, Yevlax, Ağdaş Ramin Quluz...
ABŞ və Avropa İttifaqı İntiqam Əliyevin azadlığa çıxmasını alqışlayıb
ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılmasına münasibət bildirib. Azadliq.org-un məlumatına görə, departamentin sözçüsü Con Kirbi deyib ki, Birləşmiş Ştatlar Ali Məhkəmənin hüquqşünası şərti cəza ilə azad etməsini alqışlayır: “Daha öncə, martın 17-də 10-dan çox di...
Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqlənib
Prezident İlham Əliyev Elm, Texnika, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibini təsdiq edib. Fərmana görə, komissiyaya baş nazir Artur Rasizadə sədrlik edəcək. Komissiyanın üzvləri bu şəxslərdir: Elçin Əfəndiyev – baş nazirin müavini Akif Əlizadə – Milli ...
Rektor vəzifədən ordenlə getdi
Asəf İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Sərəncamı prezident İlham Əliyev martın 28-də imzalayıb. Dövlət başçısının həmin gün verdiyi başqa bir sərəncamla Asəf İsgəndərov təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edil...
Manat bahalaşıb
Martın 29-da Azərbaycan manatı əksər xarici valyutalara nəzərən bahalaşıb. Yalnız Braziliya rialı (1 Braziliya rialı 0,434 manatdır) və Yeni Zelandiya dolları (1 Yeni Zelandiya dolları 1,062 manatdır) qarşısında ucuzlaşma qeydə alınıb. Transparency.az-ın məlumatına görə, dolların rəsmi məzənnəsi 1,5...
11 gündə siyasi məhbus siyahısında 17 azalma qeydə alınıb
Martın 28-də Ali Məhkəmənin Plenumu məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin şərti cəza ilə azadlığa buraxılmasına qərar verib. Transparency.az bildirir ki, bununla hüquq müdafiəçiləri və ictimai fəalların tərtib etdiyi siyasi məhbus siyahısı yenidən dəyişir. İntiqam Əliyevin adı siyasi məhbus siya...
Bu il Azərbaycan 11 hərbi qulluqçusunu itirib
2016-cı ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 11 hərbi qulluqçu itirib. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinə görə, itkilərin 7-si döyüş, 4-ü qeyri-döyüş itkisidir. Silahlı Qüvvələrin 7 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olub....
REAL-da yeni təyinatlar
Respublikaçı Alternativ (REAL) Hərəkatının bazasında yaradılan eyniadlı partiyanın təşkilat komitəsinin iclası keçirilib. İclasda təşkilat komitəsinin sədri İlqar Məmmədovun təyinatları müzakirəyə çıxarılaraq təsdiq edilib. Azər Qasımlı ictimai-siyasi məsələlər, Natiq Cəfərli təşkilati məsələlər, Er...
Xədicə İsmayılın cəzası yüngülləşə bilər
Bakı Apellyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayıl haqqında qərarından kassasiya şikayətinə Ali Məhkəmənin hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. Jurnalistin vəkili Fariz Namazlı Transparency.az-a deyib ki, Ali Məhkəmənin Xədicə İsmayılın cəzasını yüngülləşdirəcəyinə ümid edirlər: “Prose...
Azərbaycanı seçən rusiyalıların sayı artır
Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşəndən Türkiyəyə gedən rusiyalı turistlərin sayı azalıb. Novator.az Rusiyanın turizm agentliklərinə istinadla xəbər verir ki, əvəzində Azərbaycan, Gürcüstan və Ermənistana gələn və gəlməyə hazırlaşan rusiyalı turistlərin sayı artıb. Rusiyanın turizm a...