• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ və Avropa İttifaqı İntiqam Əliyevin azadlığa çıxmasını alqışlayıb

  • 29 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in VideoXəbər

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılmasına münasibət bildirib. Azadliq.org-un məlumatına görə, departamentin sözçüsü Con Kirbi deyib ki, Birləşmiş Ştatlar Ali Məhkəmənin hüquqşünası şərti cəza ilə azad etməsini alqışlayır: “Daha öncə, martın 17-də 10-dan çox digər məhbus buraxılmışdı. Azərbaycan hökumətini fundamental azadlıqlardan istifadə etdiyinə görə həbsə atılmış digər şəxsləri də buraxmağa, buraxılanların hərəkət azadlığına məhdudiyyəti qaldırmağa çağırır, əlavə müsbət addımlar üzərində birgə işləməyi səbirsizliklə gözləyirik”.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogerini İntiqam Əliyevin azad olunmasını müsbət irəliləyiş saydığını bəyan edib: “Son iki ilini həbsxanada keçirən insan haqları üzrə vəkil İntiqam Əliyevin azadlığa buraxılması qərarı bu ay siyasi partiya, QHT və jurnalistlərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamından sonra Azərbaycanda daha bir müsbət irəliləyişdir. Bu addımlar uzun müddətdir gözlənirdi. Avropa İttifaqı ümid edir ki, yeni həbs olunmuşların, siyasi səbəbdən ölkədən çıxmasına qadağa qoyulmuş şəxslərin tam azadlığa buraxılması və reabilitasiyası ilə bu addımlar davam edəcək. Bunu BMT-nin, ATƏT-in üzvü olan Azərbaycanın götürdüyü öhdəliklər tələb edir. Azad vətəndaş cəmiyyəti ölkənin rifahı və sabitliyi üçün vacib töhfə yaradır”. Xəbəri APA yayıb.

Martın 28-də Ali Məhkəmə Plenumunun qərarından bir neçə saat sonra hüquq müdafiəçisi İntiqam Əliyev saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Hökmə görə, onun 3 il hər hansı vəzifə tutmaq hüququ da alınıb.

2016-cı ildə baş prokuror Zakir Qaralov İntiqam Əliyevin cəzasının dəyişdirilməsi ilə bağlı əlavə kassasiya qaydasında protest verib. Ali Məhkəmənin Plenumu martın 28-də protesti təmin edib. Nəticədə İntiqam Əliyevin 7 il 6 aylıq həbs cəzası 5 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

53 yaşlı İntiqam Əliyev hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. Vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.

Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təs...

  • 29 Mart 2016
  • comments

Dövlət orqanları rəhbərlərinin qəbul cədvəli

  • 29 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetXəbər

Fazil Mustafaya sui-qəsd

GLOBALS:0
comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetXəbər

Fazil Mustafaya sui-qəsd

Son materiallar

comments
ManşetXəbər

Fazil Mustafaya sui-qəsd

GLOBALS:0
comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda