Xəbər
Cahangir Hacıyevə 15 il həbs cəzası verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin işi üzrə proses başa çatıb. Report.az-ın məlumatına görə, oktyabrın 14-də hökm oxunub, Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Cahangir Hacıyev Beynəlxalq Bankın fil...
Parlament yeni sosial güzəştlərə səs verdi
Milli Məclisin 14 oktyabr iclasında sosial güzəştləri nəzərdə tutan qanun layihələri qəbul olunub. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliyə əsasən, orta ixtisas təhsili müəssisələrində və Milli Elmlər Akademiyasının magistraturasında ödənişli...
Bu il nə qədər güzəştli kredit verilib?
Bu il 1843 sahibkarlıq subyektinin investisiya layihəsi üçün 122 milyon manat güzəştli kredit ayrılıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev oktyabrın 13-də Şabran rayonunda keçirilən işgüzar forumda belə deyib. 90-a yaxın sahibkarın iştirak etdiyi forumda iri taxılçıl...
Yarım milyard manatdan çox büdcə kəsiri var
Maliyyə Nazirliyi dövlət büdcəsinin 2016-cı ilin doqquz ayı üzrə icrasına dair məlumat yayıb. Novator.az bildirir ki, hesabata görə, doqquz ayda dövlət büdcəsinin mədaxili 10 milyard 103,1 milyon manat, xərcləri 10 milyard 622,2 milyon manat olub, 519,1 milyon manat məbləğində büdcə kəsiri (defisit)...
Valyuta hərracında yeni qayda: üstünlük nədir, çatışmayan nə?
Oktyabrın 5-dən Mərkəzi Bank valyuta hərracında yeni qayda tətbiq edir. Rəsmi açıqlamada qeyd olunub ki, yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanı verir: “Blumberq” ticarət sisteminin yeni platformasında təşkil olunan bu...
Nazir inşaat işlərinin gedişini yoxlayıb
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə zonasında tikilməkdə olan bir neçə hərbi hissədə aparılan inşaat işlərinin gedişini yoxlayıb. Mod.gov.az-ın məlumatına görə, müdafiə nazirinə məruzə edilib ki, hərbi şəhərciklərdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunmuş qərargahlar, ...
Prezident Pakistanın baş naziri ilə görüşüb
Bakıya səfərə gələn Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərif oktyabrın 14-də rəsmən qarşılanıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Məhəmməd Nəvaz Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Rəsmi qarşılanma mərasimindən sonra İl...
Dollar aşağı, avro yuxarı üz tutub
Oktyabrın 14-də ABŞ dolları cüzi ucuzlaşıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank dolların kursunu 1,5986 manatdan 1,597 manata salıb. Avroda bahalaşma var. Ötən gün 1,7609 manata təklif olunmuş avronun rəsmi məzənnəsi oktyabrın 14-də 1,7613 manata yüksəlib. Rusiya rublunun kursu isə dəyişməz ...
9 aylıq investisiya hesabatı
Dövlət Statistika Komitəsi 9 aylıq investisiya hesabatı yayıb. Novator.az-ın məlumatına görə, hesabatda deyilir ki, 2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafına 10 milyard 268,7 milyon manatlıq vəsait qoyulub. Vəsaitin 71,2 faizi tikinti-quraşdırma işlərin...
Antonio Quterreş BMT-nin baş katibi oldu
BMT Baş Məclisi oktyabrın 13-də Təhlükəsizlik Şurasının təqdimatına baxaraq quruma yeni baş katib seçib. Baş katib postunu yeganə namizəd olan portuqaliyalı Antonio Quterreş tutub. Antonio Quterreş BMT-nin 9-cu baş katibi olaraq 2017-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq. O, səlahiyyə...
Dövlət başçısı oksigen zavodunun açılışını edib
Prezident İlham Əliyev oktyabrın 13-də “Baku steel company” Məhdud Məsuliyyətli Cəmiyyətdə olub. AZƏRTAC xəbər verir ki, dövlət başçısı oksigen zavodunun açılışını edib. Müəssisənin fəaliyyəti ilə tanış olan İlham Əliyev istehsal edilən məhsullara baxıb.
Jurnalistin anası: “Balamın qanı yerdə qalır”
Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi futbolçu Cavid Hüseynovun cəzasını həbsdə qaldığı 1 il 2 ay müddətlə əvəz edərək onu azadlığa buraxıb. Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilmişdi. Bu il mayın 31-də Səbail Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 307.1 (ağır cina...
Prezident konstitusiyadakı yeniliklərlə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev 26 sentyabr referendumunda qəbul edilmiş konstitusiya dəyişikliklərinin qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanmasına sərəncam verib. Oktyabrın 12-də imzalanmış sərəncamla Nazirlər Kabinetinə altı ay müddətində dəyişikliklərdən irəli gələn h...
Dolların kursu dəyişməyib
Mərkəzi Bank oktyabrın 13-də ABŞ dollarının kursunu sabit saxlayıb. Novator.az-ın məlumatına görə, dollar ötən gün olduğu kimi 1,5986 manata satılır. Avro və Rusiya rublunda isə ucuzlaşma qeydə alınıb. Avronun rəsmi məzənnəsi 1,7663 manatdan 1,7609 manata, rublun kursu isə 0,0256 manatdan 0,0253 man...
Milli Şuranın 68 üzvü var
Müxalifətin bir hissəsinin cəmləşdiyi Demokratik Qüvvələrin Milli Şurasının hazırda 68 üzvü var. Oktyabrın 12-də Novator.az-a bu haqda məlumat verən Milli Şura sədri Cəmil Həsənli bildirib ki, üzvlərin sayı çıxanlar və yeni gələnlər nəzərə alınmaqla dəqiqləşdirilib. Milli Şura 2013-cü ilin iyun ayın...
Neft Fondu gəlirini açıqlayıb
2016-cı ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun büdcə gəlirləri 6 milyard 618,6 milyon manat, büdcə xərcləri isə 3 milyard 823,1 milyon manat olub. AZƏRTAC-ın məlumatına görə, bunu fondun icraçı direktoru Şahmar Mövsümov bəyan edib. Şahmar Mövsümov deyib ki, yanvar-sentyabr aylarında nef...
Cavid Hüseynov azadlığa buraxıldı
Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun apellyasiya şikayətinə baxılıb. “Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub. Məhkəmə Cavid Hüseynovun cəzasını həbsdə qaldığı 1 il 2 ay mü...
Vergi pozuntuları ilə mübarizə statistikası
Vergilər Nazirliyi 2016-cı ilin 9 ayı ərzində hüquqpozmalara qarşı görülən mübarizə tədbirləri haqqında məlumat açıqlayıb. Novator.az-a daxil olan məlumatda bildirilir ki, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanan 339 cinayət işi üzrə aparılan ...
Ən təhlükəsiz ölkə – Finlandiya
Dünya İqtisadi Forumu ən təhlükəsiz ölkələrin siyahısını açıqlayıb. Novator.az-ın məlumatına görə, Finlandiya 141 ölkə arasında ən təhlükəsiz ölkə sayılır. Reytinqin sonuncu pilləsində isə Nigeriya qərarlaşır. Azərbaycan ən təhlükəsiz ölkələr siyahısında 36-cıdır. Gürcüstan 32-ci, Ermənistan 38-ci y...
Ermənistandan axıdılan çirkab Kürdə biogen maddələri artırıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının birinci ongünlüyü üçün növbəti monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a...