Xəbər
1000 yaxşı universitet içində…
ABŞ-ın www.usnews.com elm nəşri dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb. 60-a qədər ölkənin 1000 universitetinin içində Azərbaycanın heç bir ali təhsil ocağı yoxdur. Azadliq.org-un məlumatına görə, universitetlər elmi araşdırma fəaliyyətinə, qlobal və regional nüfuzuna görə seçilib...
Dollarda sabitlik
Mərkəzi Bank oktyabrın 27-də ABŞ dollarının kursunu dəyişməz saxlayaraq 1,6291 manata təklif edir. Avro və Rusiya rublunda isə yenilik var. Novator.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsi 1,7737 manatdan 1,7753 manata yüksəlib, rublun kursu 0,0262 manatdan 0,0259 manata enib (Məzənnələr). 201...
Ermənilərin neçə faizi Azərbaycanı düşmən sayır?
Avrasiya İnkişaf Bankının İnteqrasiya Araşdırmaları Mərkəzi hesab edir ki, keçmiş Sovet İttifaqı məkanında ən böyük düşmənçilik Ermənistan-Azərbaycan münasibətlərində hiss olunur. Novator.az-ın məlumatına görə, İnteqrasiya Araşdırmaları Mərkəzinin yeni hesabatında qeyd olunur ki, 2016-cı ildə Erməni...
Hökumət tibb müəssisələrinin fəaliyyətində nəyi dəyişir?
Nazirlər Kabineti “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 14 mart 2016-cı il qərarında dəyişikliklər edib. Yenilik “Publik hüquqi şəxslər haqqında” qanunun tətbiqi barədə prezident fər...
Konstitusiya Məhkəməsi ombudsmanın sorğusu əsasında qərar çıxarıb
Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 965.2.2-ci maddəsinin ana qanunun 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunu yoxlayaraq qərar çıxarıb. Novator.az-ın məlumatına görə, qərarda qeyd olunur ki, ombudsman Konstitusiya Məhkəmə...
Cəbhə bölgəsində gərginlik yaranıb
Oktyabrın 27-də Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Bildirilir ki, oktyabrın 26-sı axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri mürəkkəb iqlim şəraitindən istifadə edərək cəbhənin cənub istiqamətində Azərbaycan mövqelərinə yaxınlaşıb təxribat törətməyə cəhd göstəriblər...
“Multikulturalizm” jurnalının ikinci sayı işıq üzü görüb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının ikinci sayı işıq üzü görüb. Jurnalın “Azərbaycançılıq” rubrikasında prezident İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal F...
Gürcüstan ikinci tura hazırlaşır
Oktyabrın 30-u Gürcüstanda parlament seçkisinin ikinci turu keçiriləcək. 50 dairə üzrə seçkinin əsas iştirakçıları hakim Demokratik Gürcüstan Partiyası (“Gürcü arzusu”) və Müxalif Vahid Milli Hərəkat Partiyasıdır. Novator.az-ın məlumatına görə, 46 dairədə bu iki qüvvənin namizədləri üz-üzə gələcək. ...
Müdafiə sənayesi: nazir rəqəmlər açıqlayıb
Bu ilin doqquz ayında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məhsulların 81 faizini müdafiə və xüsusi təyinatlı, 19 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Novator.az xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov nazirliyin tabeli müəssisələrində 2016-c...
Dövlət qurumlarının internet resursları monitorinq olunub
“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi dövlət qurumlarının internet resurslarının monitorinqinə əsaslanan informasiya açıqlığı hesabatı yayıb. Bu ilin iyun-oktyabr aylarında aparılan monitorinqlər zamanı 70 mərkəzi icra hakimiyyəti orqanı və 68 yerli icra hakimiyyəti orqanını...
Gender bərabərliyi reytinqi açıqlanıb
Dünya İqtisadi Forumu qadın və kişilərin hüquq bərabərliyi reytinqini açıqlayıb. 2016-cı ilə aid reytinqdə qadın və kişilərin ictimai, iqtisadi həyatın müxtəlif sahələrində rolu və hüquqları nəzər alınıb. Novator.az-ın məlumatına görə, 144 ölkənin daxil olduğu reytinq cədvəlində ilk üçlükdə İslandiy...
Daşınmaz əmlaka dair çıxarış: sənədlərin siyahısı açıqlanıb
Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsi yenilik tətbiq edib: vətəndaşlara məxsus daşınmaz əmlaka dair çıxarış üçün tələb olunan sənədlərin siyahısı verilən link yaradılıb. Linkdə mənzil fondunun özəlləşdirilməsi, fərdi yaşayış evlərinin ilkin qeydiyyatı, daşınmaz əmlakın təsvirin...
Dollar, avro və rubl bahalaşıb
Oktyabrın 26-da Mərkəzi Bank xarici valyutaların məzənnəsini qaldırıb. Yalnız gürcü larisi ucuzlaşıb, daha bir neçə valyutanın kursu sabit qalıb. Novator.az-ın məlumatına görə, ABŞ dolları 1,6151 manatdan 1,6291 manata, avro 1,7638 manatdan 1,7737 manata, Rusiya rublu 0,0261 manatdan 0,0262 manata b...
Biznes mühiti: Azərbaycan 190 ölkə arasında 65-cidir
İqtisadiyyat Nazirliyinin rəsmi məlumatına görə, oktyabrın 25-də Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatını açıqlayıb. Azərbaycan hesabatda 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. “Xar...
İdman mərc oyunlarına nəzarət sərtləşdi
Prezident İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə” 27 avqust 2009-cu il fərmanında dəyişikliklər edib. Novator.az-ın məlumatına görə, dövlət başçısının oktyabrın 25-də imzaladığı fərmanla sənədə bu hissələr əlavə olunub: – Rabitə və Yüksək Texnologiyalar...
Prezident hökuməti istefaya göndərdi
Qırğızıstan prezidenti Almazbek Atambayev oktyabrın 26-da hökuməti istefaya göndərib. Novator.az-ın məlumatına görə, hökumətin istefası 4 fraksiyadan formalaşan parlament koalisiyasının statusunun rəsmi şəkildə qüvvədən düşməsi ilə bağlıdır. Prezidentə dəstək verən Sosial Demokrat Partiyası bu həftə...
Yenilənmiş konstitusiya çap olunub
Novator.az xəbər verir ki, Azərbaycan Konstitusiyasının yeni variantı normativ hüquqi aktların vahid internet elektron bazasında yerləşdirilib (Yenilənmiş konstitusiya). Bu il sentyabrın 26-da keçirilmiş referendumda konstitusiyaya dəyişikliklər qəbul edilib. Oktyabrın 12-də qüvvəyə minmiş referendu...
Qiyas İbrahimova 10 il həbs verildi
Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova hökm oxunub. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı gənc fəalın 9 il azadlıqdan məhrum olunmasını təklif etmişdi. Qiyas İbrahimov C...
“Biz neftin qiymətlərini unutmaq əzmindəyik”
AZƏRTAC prezident İlham Əliyevin oktyabrın 25-i Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes forumundakı çıxışının mətnini yayıb. Dövlət başçısı deyib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur: “Regionumuzdakı dövlətlərə milyard...
Export.az saytı fəaliyyətə başlayıb
Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin ixrac portalı istifadəyə verilib: www.export.az. Xəbəri oktyabrın 25-də İqtisadiyyat Nazirliyi yayıb. Portalda axtarış sistemi vasitəsilə məhsulun adını və ya gömrük kodunu qeyd etməklə Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları barədə məlum...