Tribuna
Həsrətindəyəm (15)
Firuzə DAVUDQIZI …Aradan bir aydan da çox vaxt keçdi. Bir gün Elşad 10 günlük məzuniyyət götürüb evə gəldi. Sevincinin həddi-hüdudu yox idi. 10 gün bir yerdə olacaqdıq. Üzünə deməsəm də, buna mən də sevinmişdim. O, gəldiyi gün hava çox pis idi. Payız öz üzünü göstərir, külək əsir, şimşək çaxır...
Eşq və xəyanət (23)
Aynur MƏSİMOVA (TƏMKİN) Gülpəri sonuncu dərmanı atmayıb əlində saxlamışdı. Gözləri yarı yumulu mürgüləyirdi. Kamilə telefonunu evdə unutduğundan geri dönmüşdü. Yataq otağını axtardıqdan sonra qonaq otağına girib qapının ağzından Gülpərini bir xeyli süzdü. Arvadın yatdığına əmin olmaq üçün ehmalca on...
Həsrətindəyəm (14)
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Firuzə DAVUDQIZI Sübh tezdən, saat bəlkə də heç 6 olmazdı, Elşadın telefonuna gələn zəngin səsinə gözlərimi açdım. O, yatmışdı. Duymurdu. Bir anlıq onun yatmasını seyr elədim. Ona elə yazığım gəldi ki. Mənə görə bütün gecəni göz...
Ümidlə yolçuluq (Düşüncələr)
Mətanət NATİQ Ümidlə yolçuluq Mən nə şair, nə yazıçı, nə də jurnalistəm. Yalnız mənə bu yazını yazmağa məcbur edən səbəblər var. Bəzən insan öz sevdiyi insandan ayrılmaq məcburiyyətində qalır. Bu an o bambalaca, yumruq boyda ürək sıxılır, təlatümə gəlir və onda ürəyin dadına ümid yetişir. Ümid möcüz...
Həsrətindəyəm (13)
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 Firuzə DAVUDQIZI Bir neçə saat sonra Elşad hazırlanıb şəhərə yola düşdü. Mənə görə bu qədər yubanmışdı. İndi isə gecəni yuxusuz halda sükan arxasında yol gedəcək, dincini belə almadan səhər işə çıxacaqdı. Bunları düşünəndə ona ürəyim...
Eşq və xəyanət (22)
Aynur MƏSİMOVA (TƏMKİN) Kimisi üçün zaman su kimi axıb gedir, kimisi üçün də günlər, aylar kələf kimi uzanır, dözülməz olur. Rauf hər gün evindən soyuyur, evə gəlməz, gözə görünməz olurdu. Özünü yalnız işinə verir, səhərdən-axşama dayanmadan çalışırdı. Bəzən işdə gecələyir, hamıdan, hər kəsdən qaçır...
Mart hadisələri
İlham İSMAYIL Martın əvvəllərində qonşu şöbənin rəisi çox pərt vəziyyətdə kabinetimə gəlib dedi ki, Rövşən Cavadovla şəxsi tanışlığın var? Gəncədən tanıdığımı bildirdim. – Küçədə görsən, salamlaşarsan? – Əlbəttə, burda nə var ki? – Bilirsən də, mən bu OİK stadionunun yanında oluram...
NASA-ya dəvət alanlar, yalançı müsahiblər və ixtiraçılar
Ülkər NATİQQIZI Hələ 2 il əvvəl Azərbaycanın media portalları və televiziya kanallarında “Mələk beyni” adında elmi əsər yazaraq NASA-ya təcrübəçi kimi qəbul olunduğunu iddia edən 20 yaşlı azərbaycanlı gəncin müsahibəsi yayımlanmağa başlandı. İnsanlar bu “şad” xəbəri “NASA təcrübəçisi dərsə getmir”, ...
Bakı – hərbi xidmətin son ili (3)
İlham İSMAYIL Həmin vaxtlar şəhərdə fövqəladə vəziyyət elan edilmişdi. Hadisələrin nazirliklə bağlı bütün araşdırmaları sona yetdi. Yekun arayışı hazırlayıb nazirin yanına getdim. Arayışa baxıb bir neçə düzəlişdən sonra nazirliyin iki şöbə rəisinin də adının salınmasını tapşırdı ki, səhlənkarlıq edi...
Cəhənnəmdən keçmiş mələk (69)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Hamiləliyimdən bir ay keçmiş qarabasmalar başlandı; yenə gözümə əcaib adamlar görünür, qulağıma eybəcər səslər gəlirdi. İçimdə elə bil tonqal qalanmışdı, alovu təpəmdən çıxırdı. Hələlik qadın təbiətimlə çarpışa bilirdim. Gecələr bir ağıla qulluq eləyi...
Həsrətindəyəm (12)
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 Firuzə DAVUDQIZI 5-ci bölüm …Elşad necə yorğun idisə bir də günorta yuxudan oyandı. Yuyunub birbaşa mətbəxə gəldi. Ona baxmadan öz işimlə məşğul olduğumu görəndə gərnəşib işarəylə məni çağırdı: – Pişşt… Ona tərəf çevrils...
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Seymur KAZIMOV 2003-cü ilin 15 martında Azərbaycanda Mətbuat Şurası təsis olundu. O vaxt Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi idim, eyni zamanda qəzetlərdən biri ilə əməkdaşlıq edirdim. Redaksiyanın tapşırığı olmadan təsis qurultayının keçirildiyi Opera və Balet Teatrına ge...
“Axırda mən sizə söz söyləyərəm…”
Novator.az martın 14-ü 50 yaşını haqlayan şair, yazıçı, publisist Qurban Yaquboğlunun şeirlərini oxuculara təqdim edir. Bədəlov Qurban Yaqub oğlu 1968-ci ildə Şamaxının Çöl Göylər kəndində anadan olub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Mətbuatda ilk iş yeri “Ədalət” qəz...
99-la 100 arası
(Çabua Amirecibinin xatirəsinə) İBRAHİMXƏLİL Bu yerdə arazbarı sözün təkrarına bir də qayıtmaq lazım gəlir: deyilənə görə, Stendalın cənazəsinin dalınca beş-altıca nəfər gedirmiş; amma… o “beş-altıca”nın biri böyük Balzak imiş! Və XIX əsrdən bu günə qədər davam edən bu “Parissayağı dəfn” məsə...
Bakı – hərbi xidmətin son ili (2)
İlham İSMAYIL 4 oktyabr hadisələri daha çox Gəncə və ətraf rayonlarda özünü göstərmişdi. Surət Hüseynovun təsir dairəsinin olduğu yer Gəncə idi. Gəncə əhalisi, təbii ki, bu siyasi olaylarda faktiki iştirak etməmişdi. Surət Hüseynovu az sayda məmur və hərbiçi dəstəkləyirdi. Tabe olmayanlar, inad göst...
Həsrətindəyəm (11)
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 Firuzə DAVUDQIZI GÜNLƏR KEÇDİ… Elşadın getdiyi gündən xeyli vaxt ötmüşdü. Artıq bir neçə şənbə-bazarı geridə qoymuşduq, amma o, sözünün üstündə durub daha rayona gəlmirdi. İlkin mənim əhval-ruhiyyəmdən, gözlərimin tez-tez yol çəkməsindən...
Eşq və xəyanət (21)
Aynur MƏSİMOVA (TƏMKİN) Gəlin maşını karvanı yola düşəndə Əntiqənin bibisi əlindəki vedrə dolu suyu onların arxasıyca boşaltdı. Əntiqə heç kimə hiss etdirmədən göz yaşlarını silib dərindən ah çəkdi. Dili də, könlü də dərin narahatlıq içində: “Bala, axırın xeyir, getdiyin ev behiştin olsun! Tanrı nə ...
Həsrətindəyəm (10)
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 Firuzə DAVUDQIZI Elşadın şəhərə getdiyi üç həftə olmuşdu. Və o, bu müddət ərzində bir dəfə olsun rayona gəlməmişdi. Hər qapı açılanda gələn odur sanırdım, amma çox keçmədən yanıldığımı anlayırdım… Bir neçə gün sonra həyətdə İlkinlə söhbət e...
Maldiv – Yer üzünün cənnəti
Vahid QAZİ Qışın oğlan çağı Maldiv adalarına səfər hazırlığı günlərində ağlımda tək olan şey isti Hind okeanı sularında üzüb ”sümük qızdıran” qumluqda özümü günə vermək idi, ayrı heç nə. Bilirəm, soyuq havada elə hamının könlündən isti yer keçir. Dini kitabların yazdığı cənnət də elə adamların kölnü...
Cəhənnəmdən keçmiş mələk (68)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Evdən qaçdığımın on üçüncü günü Eminin kiçik əmisi Misir müəllim məni aparmağa gəldi. Atamla, əmimlə xeyli çək-çevirdən sonra onları razı salıb biz ana-balanı geri qaytardı. Yol boyu Misir əmi mənə xeyli öyüd-nəsihət, məsləhət verdi. Bundan irəli də d...