Şərh
Ardı var?
Azərbaycanın milli futbol komandası 2018-ci ilin dünya çempionatının seçmə mərhələsinə yaxşı başlayıb. Avropa zonasının C qrupunda yarışan milli komanda 3 oyuna 7 xal toplayaraq 2-ci yerdədir. Azərbaycan səfərdə San Marinonu, evdə Norveçi 1:0 udub, Çexiya ilə səfər oyununda heç-heçə əldə edib (0:0)....
Kim üstün gələcək?
ABŞ-da prezident seçkisinə bir aydan az qalır. Noyabrın 8-də keçiriləcək seçkidə dövlət başçısının kimliyinə aydınlıq gətirəcək ştat nümayəndələri – 538 nəfərlik Seçicilər Kollegiyası müəyyənləşəcək. Prezident seçilmək üçün 270 nümayəndənin səsi tələb olunur. Seçkiqabağı sorğularda gah Respublikaçıl...
Kerriyə suallar və ittihamlar
Newtimes.az saytı ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi haqqında dediyi fikirləri yayıb. Dövlət katibi Aspen İnstitutu və “Atlantic” nəşrinin təşkil etdiyi 2016-cı il Vaşinqton İdeyalar Forumunda “dondurulmuş münaqişə”lərə də toxunaraq Dağlıq Qarabağ münaqişəsi haqqında bunları...
Qarabağlının yerevanlı hökuməti
Ermənistanda yeni hökumətin əksər üzvləri paytaxt Yerevanın təmsilçiləridir. Novator.az bildirir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan yeni baş nazir Karen Karapetyanın müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyan, Hökumət Aparatının rəhbəri, nazir David A...
Dollar 9 ayda
2016-cı ilin 9 ayı ərzində Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 4 milyard 817,8 milyon ABŞ dolları həcmində vəsait satılıb. Bunun 3 milyard 882,4 milyon dolları Dövlət Neft Fondunun, 935,4 milyon dolları Mərkəzi Bankın payına düşür. Azərbaycan manatı 2015-ci il fevralın 21-də devalvasiyaya...
Müstəqillik dövründə Azərbaycanda neçə seçki və referendum olub?
Dövlət müstəqilliyi bərpa ediləndən bəri Azərbaycanda 7 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi, 6 referendum keçirilib. 1995-ci il noyabrın 12-də parlament seçkisi və konstitusiya referendumu eyni vaxtda olub, beləliklə, 1991-ci ildən ötən 25 ildə Azərbaycan 21 milli səsvermə günü yaşayıb. Azər...
Dağılmışın yerində qurulmuş dövlətlər birliyi
2016-cı ildə 25 yaşını qeyd edən Müstəqil Dövlətlər Birliyinin müxtəlif səviyyəli sammitlərində 11 ölkə təmsil olunur. Sentyabrın 16-sı Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasına da 11 nəfər (Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Ermənistan, Belarus, Rusiya, Tac...
İllər və həmsədrlər
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan. Novator.az bununla bağlı qısa arayışı təqdim edir. Münaqişə 1923-cü ildə Azə...
BVF-dən Azərbaycana qiymət və məsləhətlər
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanla bağlı hesabat yayıb. “Azadlıq” radiosunun məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycan neft gəlhagəli illərində xeyli ehtiyat yığıb və böyük sərmayələr qoyub, amma ölkənin iqtisadiyyatı şaxələndirmək cəhdləri axsayıb: “Hakimiyyət neftin ucuzlaşması...
Ekspert hökuməti dolların əksinə getməyə çağırır
“Hökumət əks-dollarlaşma strategiyası hazırlamalı, makroiqtisadi sabitliyə yönələn tədbirlərin icrasına başlamalıdır”. İqtisadçı ekspert Samir Əliyev ölkədə makroiqtisadi sabitliyin təmin olunması, milli valyutanın iqtisadiyyatda rolunun artırılması və əhalinin inamının bərpası üçün bu cür addım atm...
Valyuta yağışından quraqlığa…
İqtisadçı ekspert Rövşən Ağayev ölkədəki valyuta qıtlığının səbəblərini şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert yazır: “2007-2014-cü illərdə neftin yüksək qiyməti hesabına ölkə iqtisadiyyatı dollar yağışına düşmüşdü. Digər tərəfdən ölkəyə böyük həcmli xarici kredit axını vardı. Həmin ...
25 ilin qazancı və itkiləri
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il ötür. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da parlament Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul...
Manatın taleyi: sentyabrdan yeni şərait yaranır
“Manatın sabitliyini təmin edən şərait yoxdur”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev belə yazır. Ekspert bildirir ki, hətta neftin bahalaşması manatı xilas edə bilməyib: “Tələbatın yüksək olması idxalın artması, bankların borc öhdəliklərini yerinə yetirməsi, bağlanan ba...
Monteneqronu cəzbedici eləyən nədir?
AZƏRTAC-ın müxbiri Monteneqronun Bakıdakı fəxri konsulu Vüqar Əliyevlə söhbətləşib. 1992-ci ilədək Yuqoslaviyanın tərkibində, federasiya dağılandan sonra isə 2006-cı ilədək Serbiya ilə ittifaqda olan Monteneqro həmin il iyunun 3-də müstəqilliyini elan edib. Ölkə Dünya Bankının 189 ölkədə biznes və s...
Əhali artımının nə üstünlükləri var?
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin sayı 2016-cı il iyulun 1-nə 9 milyon 755,5 min nəfər olub. Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyon 218,5 min nəfər idi. 25 ildə ölkə əhalisinin sayı 2 milyon yarımdan çox artıb. Əhali artımının nə üstünlükləri ...
Türkiyədən Azərbaycana hansı kitablar, necə, neçəyə gətirilir?
Gəliri milyardlarla dollara ölçülən qlobal kitab biznesinin 60 faizindən çoxu 6 ölkənin payına düşür. Bazarın 26 faizinin ABŞ-a, 12 faizinin Çinə, 8 faizinin Almaniyaya, 7 faizinin Yaponiyaya, 4 faizinin Fransaya, 3 faizinin Böyük Britaniyaya məxsus olduğu bildirilir. www.statista.com saytının məlum...
Ekspert: “Hərraca çıxarılan müəssisələrin çoxu satılmayacaq”
İqtisadçı ekspert Qubad İbadoğlu Əmlak Məsələləri Dövlət Komitəsinin 65 dövlət əmlakını özəlləşdirmək qərarını şərh edib. Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb. Rəsmi məlumata görə, bu tədbirlər prezidentin 19 iyul 2016-cı il fərmanına ...
“Azərbaycana və Ermənistana hazır reseptləri qəbul etdirməyə çalışmırıq”
Rusiya prezidenti Vladimir Putinin AZƏRTAC-a müsahibəsindən – Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin indiki səviyyəsini və bu münasibətlərin dərinləşməsi perspektivlərini necə qiymətləndirərdiniz? – Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətləri...
İqtisadçı referendum layihəsindəki üç bəndi standartlara zidd sayır
İqtisadçı Qubad İbadoğlu konstitusiyanın 32-ci maddəsinə təklif olunan əlavələri Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü standartlarına zidd sayır. Sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər üzrə referendum keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 32-ci maddəsinə aşa...