Moldovanın baş naziri istefa verdi
Moldovanın baş naziri Natalya Qavrilitsa fevralın 10-da istefa verib. Prezidentin istefanı qəbul etdiyi, yeni hökumətin qurulması üçün parlament fraksiyaları ilə müzakirələrə başlayacağı bəyan olunub. Novator.az bildirir ki, Moldova parlament respublikasıdır, hökuməti 101 yerlik qanunverici orqanda ...
Bəxtiyar quru aclığa keçmək istəyib
Vəkil Rövşanə Rəhimli fevralın 10-da Bakı İstintaq Təcridxanasında məhbus ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib. “Turan”a danışan vəkil deyib ki, Bəxtiyar Hacıyev təcridxananın tibbi-sanitar bölümündə aclığı davam etdirir: “Bu gündən sudan da imtina edib quru aclığa keçmək istəyirdi. Ancaq onu fi...
Pensiyada artım faizi bilindi
Dövlət Statistika Komitəsinin 10 fevral məlumatına görə, 2022-ci ildə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat olub. Novator.az bildirir ki, bu açıqlama bütün pensiyaların yanvarın 1-dən 14,7 faiz artacağını ...
Rəsmi: ərzaq 17,5 faiz bahalaşıb
Dövlət Statistika Komitəsi 2023-cü ilin ilk inflyasiya hesabatını yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, yanvarda istehlak qiymətləri 2022-ci ilin ilk ayı ilə müqayisədə 13,6 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 17,5 faiz, qeyri-ərzaq məhsulları üzrə...
Pensiya çağırışı
İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu fevral pensiyalarının gecikməsinə diqqət çəkib. Novator.az-ın məlumatına görə, o yazır ki, adətən pensiyalar hər ayın ikinci həftəsi, uzağı ayın 9-da verilir: “Amma fevralda indeksləşdirmə gözləndiyindən pensiyaların verilm...
Türkiyədə yenilik ehtimalı
Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli Türkiyədə hakimiyyətin dəyişmə ehtimalının yüksəldiyini düşünür: “Yeni iqtidar demokratik idarəçiliyə məcbur, Türkiyənin daxili problemlərinə, sistem dəyişikliklərinə, fəlakətli zəlzələ dalğasının nəticələrinin aradan qaldırılmasına yönə...
“Bəxtiyar Hacıyevi itirə bilərik”
AXCP sədri Əli Kərimli ictimai fəal Bəxtiyar Hacıyevi həbsdən buraxmağa çağırıb. Novator.az-ın məlumatına görə, siyasətçi məhbusun vəkili Aqil Layicə istinadla Bəxtiyar Hacıyevin tanınmaz vəziyyətdə olduğunu, hər an faciə baş verə biləcəyini yazır: “Bəxtiyar Hacıyevi itirə bilərik. O, qanunsuz həbsi...
Bəxtiyar sistem qəbulundan imtina etdi
Tibb elmləri doktoru Adil Qeybulla fevralın 10-da Bakı İstintaq Təcridxanasının tibbi-sanitariya bölümündə məhbus ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib. “Turan”a danışan həkim deyib ki, Bəxtiyar Hacıyev aclıq müddətində çox çəki itirib, onun arterial təzyiqi, qanında şəkərin səviyyəsi normadan aş...
Qənimət Zahid 60-ı haqladı
Jurnalist, nasir Qənimət Zahidin 60 yaşı tamam olur. Novator.az bildirir ki, 1963-cü il fevralın 10-u Şamaxıda doğulan Qənimət Zahid Bakı Dövlət Universitetini bitirib. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. 1990-cı ildən “Azadlıq” qəzetində çalışıb, 1991-1994-cü illərdə redaktor postunu t...
Sabiq nazir həbsə gedir?
Ermənistanın Baş Prokurorluğu sabiq müdafiə naziri Vigen Sərkisyanı cinayət məsuliyyətinə cəlb edib. Fevralın 9-da yayılan rəsmi məlumata görə, məhkəməyə təqdimatda sabiq nazir barəsində həbs qətimkan tədbirinin seçilməsi istənir. İttihama əsasən, Vigen Sərkisyan 2018-ci ildə vəzifə səlahiyyətlərini...
Zəlzələ 110 min kvadrat kilometri vurub
Fevralın 9-da yayılan yeni rəsmi bilgiyə görə, Türkiyədə zəlzələ dalğası 14351 nəfərin həyatına son qoyub, 63794 nəfər xəsarət alıb. Qəhrəmanmaraş bölgəsində fevralın 6-da baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa bölgələr...
Dövlət təzminatlara boyun olub
Fevralın 9-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərardadlar elan edib. Aihmaz.org xəbər verir ki, Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılov şikayətlərində tutularkən, həbs...
Meksikada erməni ləhcəsi
Meksika parlamentinin yuxarı palatası – Senat fevralın 8-də qondarma erməni soyqırımını tanıyan sənədə səs verib. Xəbəri yayan Newsarmenia.am saytı sənəddə hökumətə “soyqırımını” rəsmən tanımaq çağırışı yer aldığını iddia edir. Novator.az bildirir ki, saxta soyqırımı iddialarına əsasən, 1915-c...
İsa Qəmbərin şikayətinə baxılacaq
Bakı Apellyasiya Məhkəməsi Dövlət Sosial Müdafiə Fondu ilə çəkişən siyasətçi İsa Qəmbərin şikayətinə fevralın 15-də baxacaq. Vəkil Nemət Kərimli Novator.az-a deyib ki, şikayətdə Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il qərarının ləğvi istənir. 1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq ...
Avropa Məhkəməsindən İbrahimbəyov qərarı gəlir
Avropa İnsan Hüquqları Məhkəməsi fevralın 16-da Azərbaycandan şikayətlər üzrə qərarlar elan edəcək. Xəbəri yayan Aihmaz.org bildirir ki, nasir, dramaturq, ssenarist və rejissor Rüstəm İbrahimbəyov (2022-ci ildə vəfat edib), Şöhrət İbrahimbəyova və Lalə Əfəndiyeva Avropa Məhkəməsinə torpaq sahəsinin ...
Əli Kərimli: “Hər şey öncədən təşkil olunub”
AXCP sədri Əli Kərimli partiyanın Salyan şöbəsinin sədri Zamin Salayevin şərləndiyini düşünür. Fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulan Zamin Salayev paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirməkdə təqsirli bilinir. Hadisənin fevralın 7-nə keçən gecə baş verdiyi bəyan olunub. F...
Sanksiyaların Rusiyaya gerçək təsiri – “Foreign Affairs”
ABŞ-ın “Foreign Affairs” jurnalında “Sanksiyaların Rusiyaya gerçək təsiri” başlıqlı məqalə dərc olunub. Şərhin müəllifi Rusiyanın energetika nazirinin keçmiş müavini Vladimir Milovdur. O, Litvada yaşayır və mühacir rusiyalıların yaratdığı Azad Rusiya Fondunun vitse-prezidentidir. Novator.az saytı m...
Zəlzələ qurbanlarının sayı 12 mini keçib
Türkiyənin rəsmi fövqəladə hallar qurumunun 9 fevral məlumatına görə, zəlzələ dalğasında həlak olanların sayı 12873 nəfərə, xəsarət alanların sayı 62937 nəfərə çatıb. Fevralın 6-da Qəhrəmanmaraş bölgəsində iki güclü zəlzələ baş verib. Təbii fəlakət Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, ...
Ermənistan: ərzaq 9,4 faiz bahalaşıb
2023-cü ilin yanvarında Ermənistanda istehlak qiymətləri ötən ilin eyni ayına nəzərən 8,1 faiz artıb. Novator.az-ın məlumatına görə, ölkənin Statistika Komitəsi ərzaq məhsulları üzrə qiymət yüksəlişini 9,4 faiz göstərir (çörək və başqa taxıl məhsulları – 12,6 faiz, ət – 12 faiz, meyvə ...
Bakıda orta maaş 1100 manatı döyür
Bakı Şəhər Statistika İdarəsi makroiqtisadi hesabat yayıb. Məlumata görə, paytaxtda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci il dekabrın 1-nə 1067,5 manata çatıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya əsasən, paytaxtın müəssisələri və fərdi sahibkarları ötən il 75,2 milyard manatlıq,...