Fəlakətdən yeni rəsmi bilgi
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin 16 fevral məlumatına görə, zəlzələ dalğasında 36187 nəfər həlak olub, 108 min 68 nəfər xəsarət alıb. Qəhrəmanmaraş vilayətinin Bazarcıq və Elbistan rayonlarında fevralın 6-da baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, H...
Boş dairələrin sorğusu
Konstitusiyanın 109-cu maddəsinə görə, Milli Məclisə seçkilərin təyinatı prezidentin səlahiyyətindədir. Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov buna diqqət çəkərək yazır ki, Seçki Məcəlləsi deputat mandatının boş qalmasından sonra bir ay müddətində əlavə seçkinin təyin olunmasını h...
Güvənməməyin zirvəsi
Milli Məclisin regional məsələlər komitəsinin 15 fevral iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi təqdim olunub. Novator.az-ın məlumatına görə, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev yazır ki, iclasda çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyəl...
Torbalı yanlış
Fevralın 15-dən Azərbaycanda istehlak malları və məhsulların daşınması üçün nəzərdə tutulan, qalınlığı 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi təqdim edilir. Bu, Nazirlər Kabinetinin 2 fevral 2021-ci il qərarının tələbidir. Ticarət şəbəkələri və mağazalarda iri ölçülü polietile...
İdxal statistikası
2023-cü ilin yanvarında Azərbaycana 1,4 milyard dollar dəyərində idxal qeydə alınıb. Novator.az Dövlət Gömrük Komitəsinə istinadla detalları diqqətə çatdırır: nəqliyyat vasitələri və onların hissələri – 326 milyon dollar maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri &...
Qlobal nüvə fəlakətindən kimlər sağ çıxa bilər?
Qlobal nüvə fəlakəti baş versə, dünyanın bəzi yerlərində, xüsusilə ada dövlətlərdə insanların ən azı bir müddətə sağ qalacağı ehtimalı var. Novator.az-ın məlumatına görə, İsrailin “Yerusəlim Post” qəzetində dərc edilən yazıda belə deyilir. Yazı “Risk Analysis” beynəlxalq elmi jurnalında işıq üzü gör...
Yaxın ölkələrlə ticarət
Novator.az yaxın ölkələrlə ticarət göstəricilərinə nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvarında Azərbaycan Türkiyəyə 219,3 milyon dollarlıq məhsul ixrac edib. Qalan yaxın ölkələrə ixrac belə rəsmiləşib: Rusiya – 68,4 milyon dollar Gürcüstan – 63,3 milyon dollar Ukr...
Şotland liderdən istefa qərarı
Şotlandiya hökumətinin başçısı Nikola Stercen birinci nazir və hakim partiyanın lideri postlarından gedir. Novator.az-ın məlumatına görə, fevralın 15-də istefa bəyanatı verən siyasətçi varisi seçilənə qədər səlahiyyətlərini saxlayacağını deyib. 1970-ci il təvəllüdlü Nikola Stercen 2014-cü ildən Şotl...
Xaricdə oxuyanın daxildəki problemi
London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu xaricdə təhsil alan tələbələrin bəzi problemlərinə toxunub. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində dövlət hesabına oxumal...
İşğalçı rejim Vardanyana ötürülür?
Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejim “konstitusiya islahatına” gedir. Novator.az-ın məlumatına görə, rejimin başçısı Araik Arutunyan fevralın 13-də “parlamentə” “konstitusiya yeniliyi layihəsi” təqdim edib. Layihə “parlamentə” “prezident” seçmək səlahiyyəti...
Neftsiz ixracın əsas ünvan və məhsulları
Azərbaycan 2023-cü ilin yanvarında 284,5 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi əsas ünvanları belə sıralayır: Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İsveçrə, Qazaxıstan, Kipr, Türkmənistan, Rumıniya, Niderland, Almaniya, İran. Elektrik enerjisi ...
Alış-verişdə əsas tərəfdaşlar
2023-cü ilin yanvarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Dövlət Gömrük Komitəsi bu ölkə ilə ticarət dövriyyəsini 652,6 milyon dollar göstərib. Novator.az bildirir ki, Türkiyə 401,5 milyon dollarla ikinci, Rusiya 336,2 milyon dollarla üçüncü yerdə qərar tutub. Hesabata görə, İsraillə...
İlk ayın xarici ticarəti
Dövlət Gömrük Komitəsi 2023-cü ilin ilk xarici ticarət hesabatını yayıb. Novator.az bildirir ki, statistikaya görə, yanvarda Azərbaycan 136 ölkə ilə ticarət aparıb, 1,8 milyard dollarlıq ixrac, 1,4 milyard dollarlıq idxal rəsmiləşib, gömrükdən dövlət büdcəsinə 506,7 milyon manat vəsait ödənib. İxrac...
“Bu necə tikinti standartıdır ki…”
Milli Məclisə “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik layihəsi daxil olub. Təklif tikintisi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmamış, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğ...
Azərbaycan həyat keyfiyyəti hesabatında
İqtisadçı Rövşən Ağayev Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində həyat keyfiyyəti üzrə hesabata nəzər salıb. O yazır ki, MDB-nin rəsmi statistika qurumunun 2018-2021-ci illərə dair hesabatına görə, Ermənistan, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın...
Proses təxirə düşdü
Bakı Apellyasiya Məhkəməsi Dövlət Sosial Müdafiə Fondu ilə çəkişən siyasətçi İsa Qəmbərin şikayətinə baxışı təxirə salıb. Vəkil Nemət Kərimli Novator.az-a deyib ki, fevralın 15-nə təyin olunmuş proses hakim xəstələndiyi üçün başqa vaxta qalıb. Şikayətdə Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci...
Rusiya və Çin dezinformasiyasına qarşı yeni platforma
Avropa İttifaqı Rusiya və Çinin dezinformasiya kampaniyalarına yetərincə müqavimət göstərə bilmək üçün yeni platforma işə salır. Novator.az saytı ABŞ-ın “Politico” qəzetinə istinadla xəbər verir ki, ittifaq platforma sayəsində xarici subyektlərdən daxil olan manipulyasiya xarakterli məlumatları nəza...
Zəlzələ itkiləri
Son rəsmi məlumata görə, Türkiyədəki zəlzələ dalğası 35418 nəfərin ölümünə gətirib. Xəsarət alanların sayı 105505 nəfər göstərilir: onların 13208-i xəstəxanadadır. Fevralın 6-sı Qəhrəmanmaraş vilayətinin Bazarcıq və Elbistan rayonlarında iki güclü zəlzələ baş verib, silkələnmələr ümumilikdə 13,5 mil...
Gömrük Komitəsinə sədr təyin edildi
Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Prezident İlham Əliyev sərəncamı fevralın 14-də imzalayıb. 2022-ci il iyulun 18-dən sədrin birinci müavini postunu tutan gömrük xidməti general-leytenantı Şahin Bağırova sədr vəzifəsinin müvəqqəti icrası həvalə olunmuşdu. Novato...
Yeni qərar, həmin qərar
Fevralın 14-də Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün verilmiş yeni vəsatətə baxıb. Novator.az-ın məlumatına görə, məhkəmə bu dəfə də vəsatəti təmin etməyərək Bəxtiyar Hacıyevi həbsdə saxlayıb. 2022-ci il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 2...