Sosial medianın tənqidi və ifadə azadlığı
Jurnalist Tapdıq Fərhadoğlunun media hüququ üzrə ekspert Ələsgər Məmmədli ilə söhbəti. Mövzu: “Sosial medianın tənqidi və ifadə azadlığı”
Jurnalist polis bölməsində zorakılığa məruz qaldığını deyir
Jurnalist Aytac Əhmədova polis bölməsində zorakılığa məruz qaldığını bəyan edib. O, “Azadlıq” radiosuna deyib ki, oktyabrın 3-ü Bakının Zabrat qəsəbəsində bir qrup sakinin mənzil şəraitinə etiraz olaraq yolu bağlamasını lentə alıb: “Polislər dərhal müdaxilə edərək çəkilişi dayandırmağı tələb etdilər...
Mərkəzi Bankın ehtiyatı bu il necə dəyişib?
Novator.az Mərkəzi Bankın valyuta ehtiyatının 2018-ci ildə necə dəyişməsinə nəzər salıb. Son rəsmi hesabata görə, oktyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 534,5 milyon dollar olub. Bu, 2018-ci ilin əvvəli ilə müqayisədə 199,9 milyon dollar artım deməkdir. Yanvarın 1-nə ehtiyatın həcmi 5 mi...
İstefa növbəsi qubernatorlara çatdı
Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 4-də Araqatsotn, Armavir, Vayots Dzor, Qeqarkunik, Lori və Sünik vilayətlərinin qubernatorlarını vəzifədən çıxarıb. Novator.az-ın məlumatına görə, postdan gedən şəxslər Daşnaksütun və Çiçəklənən Ermənistan partiyalarının təmsilçiləridir. Oktyabrın 2-d...
Rusiya baş prokurorunun erməni müavini vertolyot qəzasında öldü
Rusiya baş prokurorunun müavini Saak Karapetyan vertolyot qəzasında həlak olub. Novator.az-ın məlumatına görə, “Heliport Moscow” kompleksinə məxsus AS-350 vertolyotu oktyabrın 3-də axşam Kostroma vilayətində qəzaya uğrayıb. Vertolyotun göyərtəsində 1 pilot, 2 sərnişin olub, onların hamısı ölüb. Kost...
Pensiya yaşını artıran qanun rəsmiləşdi
Rusiya prezidenti Vladimir Putin oktyabrın 3-də pensiya yaşını yüksəldən qanunu imzalayıb. Qanuna əsasən, kişilərin pensiya yaşı 60-dan 65-ə, qadınların pensiya yaşı 55-dən 60-a qaldırılır. Artım 2019-cu ildən başlayaraq 6 aydan bir tətbiq ediləcək. Novator.az xəbər verir ki, qanuna görə, pensiyaya ...
Hakimlərin müşavirəsi: nöqsanlar müzakirə olunub
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov oktyabrın 3-də Şirvan Apellyasiya Məhkəməsinin, onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə zona müşavirəsi keçirib. Rəsmi məlumata görə, Ədliyyə Nazirliyinin və Məhkəm...
“Qalatasaray” liderliyi əldən verdi
UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tur yekunlaşıb. Novator.az-ın məlumatına görə, D qrupunda yarışan Türkiyə təmsilçisi “Qalatasaray” oktyabrın 3-ü Portuqaliyada yerli “Portu” klubuna 0:1 hesabı ilə uduzaraq liderliyi əldən verib. Qrupun digər qarşılaşması da eyni hesabla bitib. Alma...
Basqal sərəncamında üç tapşırıq qoyulub
Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında sərəncam verib. Sərəncamda qeyd olunur ki, İsmayıllı rayonunun Basqal qəsəbəsi memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrə qədər çatdırmış unikal yaşayış məskənidir: “Burada salınmış q...
Valyuta ehtiyatı artıb
Mərkəzi Bank valyuta ehtiyatı və pul bazasının hesabatını verib. Novator.az bildirir ki, rəsmi statistikaya görə, oktyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 534,5 milyon dollar, pul bazasının həcmi 8 milyard 871,5 milyon manat olub. Bir ayda hər iki istiqamət üzrə artım qeydə alınıb. Sentyab...
Ermənistan hökumətindən kimlər getdi?
Novator.az oktyabrın 2-də Ermənistan hökumətindən gedən şəxslərin siyahısına nəzər salıb. Ötən gün axşam Ermənistan parlamenti öz reqlamentinə dəyişiklik layihəsi qəbul edib. Yeniliyə görə, yetərsayın olmadığı və ya deputatların iclaslarda iştirakına maneə törədildiyi hallarda qanunverici orqan icla...
Qızılağac Milli Parkında insident: əməkdaşlara atəş açılıb
Oktyabrın 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti Qızılağac Milli Parkında brakonyerin park əməkdaşlarına atəş açdığı barədə məlumat yayıb. Məlumatda deyilir: “Qızılağac Milli Parkının ərazisinə icazəsiz daxil olan və ova cəhd edən şəxs xidməti vəzifələrini yerinə yetirən par...
Paşinyan daha bir inqilaba gedir
Ermənistanda siyasi böhran yaranıb. Buna oktyabrın 2-də parlamentin öz reqlamentinə dəyişiklik etməsi yol açıb. Novator.az bildirir ki, reqlamentdəki yeniliyə görə, kvorum alınmadığı və ya deputatların iclaslarda iştirakına maneə törədildiyi hallarda qanunverici orqan iclasını başqa vaxta keçirə bil...
Tüstülü qanun
Azər Qaraçənli İctimai yerlərdə, qapalı yerlərdə tütün çəkməyi buxovlayan, buna görə babat cərimələr qoyan qanun çıxdığı günün səhərisi əvvəllər parovoz kimi tüstülənən çayxanaya girəndə bir adamı da siqaret çəkən görmədim. İçəridəki tənbəki qoxusu dünəndən qalmışdı. Dünəndən yox, keçmişdən qalmışdı...
Manat 9 ayda nə qədər valyuta aparıb?
Dövlət Neft Fondu Mərkəzi Bankın sentyabr ayında keçirdiyi valyuta hərraclarında 394,8 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, rəsmi hesabatlara görə, yanvarın hərraclarında fonddan 299,1 milyon dollar, fevralın hərraclarında 364,1 milyon dollar, martın hərraclarında 647 ...
4 ildə ilk dəfə: Azərbaycan neftinin qiyməti 85 dolları ötdü
Azərbaycan neftinin qiyməti son 4 ilin maksimumuna yüksəlib. AZƏRTAC-ın 2 oktyabr məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 85,94 dollara satılır. 85 dollar həddi sonuncu dəfə 2014-cü ilin noyabrında keçilmişdi. London birjasında brent markalı neftin bir barreli 85,07 dollara, Nyu-York...
Hökumət başçısı 12 naziri dəyişdi
Yaponiyanın baş naziri Sindzo Abe oktyabrın 2-də hökuməti yenidən formalaşdırıb. Novator.az-ın məlumatına görə, kabinetdə dəyişikliklər Sindzo Abenin sentyabrın 20-də yenidən hakim Liberal Demokrat Partiyasının sədri seçilməsi ilə bağlıdır. 1954-cü ildə anadan olan Sindzo Abe 2012-ci il dekabrın 26-...
Siqaret yasağında yeniliklər
Azərbaycanda siqaret yasağı sərtləşir. Parlamentin 1 oktyabr iclasında İnzibati Xətalar Məcəlləsinə bu yöndə dəyişikliklər edilib. Novator.az bildirir ki, məcəlləyə əlavə olunan yeni maddəyə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və...
Bakıda ağır qəza: avtobus qatarla toqquşub
Oktyabrın 1-i Bakıda sərnişin avtobusu qatarla toqquşub. Hadisə paytaxtın Binə qəsəbəsində, dəmiryolu keçidində baş verib. Məlumata görə, 160 saylı marşrut avtobusunun yük qatarı ilə toqquşması nəticəsində 30-dan çox adam xəsarət alıb, bir nəfər həlak olub. Həlak olan orta məktəb şagirdidir. Daxili ...
Ermənistan hərbi xərclərini artırır
Ermənistan 2019-cu ildə hərbi xərclərini artırmaq istəyir. Novator.az-ın məlumatına görə, hökumətin gələn il üçün hazırladığı dövlət büdcəsi layihəsində müdafiə sektoruna 307 milyard dram (626,3 milyon dollar) ayrılır. 2018-ci ilin büdcəsində hərbi xərclər 246,8 milyard dram həcmindədir. Ermənistan ...