Zamin Salayevin yeni məhkəməsi başladı
İyulun 6-sı Bakı Apellyasiya Məhkəməsində məhbus cəbhəçi Zamin Salayevin şikayəti üzrə hazırlıq iclası keçirilib. Novator.az-a danışan vəkil Nemət Kərimli deyib ki, Zamin Salayevin səhhəti yenə ağırdır, o, prosesə əsa ilə gəlib: “Hazırlıq iclası çoxlu pozuntu ilə müşayiət olundu, media nümayəndələri...
Mərkəzi Bankın statusu yenilənir
Milli Məclisin 6 iyul iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklər və onu müşayiət edən başqa layihələr son oxunuşdan keçib. Novator.az bildirir ki, əsas yeniliyə görə, Mərkəzi Bankın İdarə Heyəti bankın sədri, bankda daimi əsaslarla işləyən 6 üzv və 2 kənar üzv...
Həbsə etirazlar
Novator.az “Facebook” şəbəkəsində iqtisadçı alim, iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin həbsinə etirazlara nəzər salıb. AXCP sədri Əli Kərimli: “Nazim Bəydəmirli sifarişlə, saxta ittihamla həbs olunub, siyasi məhbusdur. Onun saxta, absurd ittihamla həbsi hüququn, ədalətin tapdalanması, xalqı h...
Söyüdlü məhbusları Bakıya gətirilib?
Gədəbəyin Söyüdlü kəndində aksiyadan sonra 11 nəfərin tutulduğu bildirilir. İyulun 5-də “Turan”a danışan vəkil Səməd Rəhimli deyib ki, onların 8-nə toplantıların təşkili və keçirilməsi qaydasının pozulması ittihamı ilə inzibati həbs cəzaları verilib, 3-nə narkotiklərin qanunsuz dövriyyəsi üzrə cinay...
Yoluxma, itki, peyvənd
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Son rəsmi hesabata görə, ölkədə 831954 nəfər koronavirusa yoluxub, onların 10284-ü vəfat edib, 9-u aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında üzə çıxan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəst...
Nazim Bəydəmirli dörd aylıq həbsə getdi
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iyulun 4-də tutduğu Nazim Bəydəmirli hədə-qorxu ilə ...
“BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır”
AZƏRTAC-ın məlumatına görə, iyulun 5-i Bakı Konqres Mərkəzində, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxış edən prezident İlham Əliyev beynəlxalq təşkilatların, xüsusilə BMT-nin bəşəriyyətin gözləntilərinə cavab vermədiyini vurğulayıb: “BMT-də ciddi islahatların aparılmas...
Türkiyədə bahalaşma statistikası
Türkiyənin Statistika Qurumu inflyasiya açıqlaması yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2023-cü ilin iyun ayında istehlak qiymətləri maya nəzərən 3,92 faiz, ötən ilin eyni ayına baxanda 38,21 faiz yüksəlib. Yanvar-iyun ayları üzrə bahalaşma 19,77 faiz göstərilir. Qeyd olunur ki, iyund...
Zəlzələ hikməti
Pəncərədən açılan mənzərəyə baxa-baxa qəlbimdən keçənlər Fəxri Uğurlu Zəng vurub yuxudan oyatdılar: yer qımıldanıb, zəlzələ olub! Yerimdən qalxıb pəncərəyə yanaşdım, həyət-baca adamla doluydu. Bir-birinə həsrət qonşular isti yay gecəsində dərdləşmək üçün yaxşı fürsət tapmışdılar. Kişilər halay quru...
Uyğur soyqırımını unutmaq olmaz – “Vaşinqton Post”
Çin hakimiyyəti uyğur soyqırımını unutdurmağa çalışır. “Vaşinqton Post” qəzetində dərc olunmuş “Çinin uyğur soyqırımını unutdurmaq cəhdi ilə necə mübarizə aparmalı?” başlıqlı məqalədə belə deyilir. Yazının müəllifi qəzetin şərhçisi, həmçinin radio aparıcısı, hüquq professoru Hyu Hyuittdir. Novator.a...
Sabiq deputat tutulub
Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli iyulun 4-də tutulub. “Turan”ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi onu bir vətəndaşın şikayəti əsasında saxlayaraq araşdırmaya cəlb edib. Nazim Bəydəmirlinin həmin şəxsdən hədə-qorxu ilə 50 min mana...
Jurnalistin işdən çıxarılma əmri dəyişdirilib
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) keçmiş müxbiri Aygün Əliyevanın işdən çıxarılması ilə bağlı əmrə dəyişiklik edilib, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi üzrə əsaslandırma (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması) aradan qaldırılıb. Xəbə...
Qonşuluqda inflyasiya
2023-cü ilin iyununda Gürcüstanda istehlak qiymətləri ötən ilin eyni ayına nəzərən 0,6 faiz artıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Milli Statistika Xidməti bildirir ki, istirahət, əyləncə, mədəniyyət sektorunda qiymətlər 0,1 faiz, rabitə sektorunda 3,1 faiz, tibbi xidmətlərdə 6,9 faiz,...
Gürcüstanın nə qədər xarici borcu var?
Gürcüstanın Milli Bankı xarici borc hesabatı yayıb. Novator.az bildirir ki, 2023-cü il martın 31-nə ölkənin ümumi xarici borcu 23,9 milyard dollar (ümumi daxili məhsulun 90,2 faizinə bərabər) göstərilir. Bu məbləğə dövlətin (hökumətin, Milli Bankın, dövlət müəssisələrinin), bank sektorunun, özəl müə...
Manatın valyuta xərci
Rəsmi hesabata görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2023-cü ilin ilk yarısında keçirdiyi valyuta hərraclarında 1 milyard 571,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, yanvarda fonddan 188,5 milyon, fevralda 356,6 milyon, martda 383,9 milyon, apreldə 286 milyon, mayda 27...
ADR-in qeydiyyat işi daha bir prosesdən keçdi
Bakı Apellyasiya Məhkəməsi iyulun 3-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Ədliyyə Nazirliyindən yeni şikayətinə baxıb. Novator.az-a danışan partiya sədrinin müavini Ədalət Yusub deyib ki, yenə məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənm...
Putin və dəstəsi necə mühakimə olunsun? – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Rusiya hərbi cinayətlərinə görə məsuliyyətə cəlb edilməlidir” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az yazını ingiliscədən çevirib təqdim edir. Rusiyanın Ukraynadakı vəhşilikləri barədə minlərlə məlumat yayılıb. Həmin məlumatların ən etibarlıları beynəlx...
Valyuta ehtiyatı və pul bazası artıb
Mərkəzi Bank iyulun 1-nə valyuta ehtiyatını 9 milyard 195,9 milyon dollar göstərib. Novator.az bildirir ki, 2023-cü il 8 milyard 995,7 milyon dollarla başlayıb, altı ayda 200,2 milyon dollar artım qeydə alınıb. Başqa bir hesabata görə, pul bazası (dövriyyədəki pul vəsaitləri və kommersiya banklarını...
6 bala yaxın silkələnmə
İyulun 4-nə keçən gecə Xəzər dənizində 5,7 ballıq zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, saat 00:01-də qeydə alınan silkələnmə Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında 6 bala yaxın, Sumqayıt şəhəri, Abşeron yarımadası və onlara yaxın ərazilərdə 5-4 bala qədər h...
İsa Qəmbər Ali Məhkəməyə şikayət edib
Dövlət Sosial Müdafiə Fondu ilə pensiya çəkişməsi aparan siyasətçi İsa Qəmbər Ali Məhkəməyə şikayət edib. İyulun 3-də Novator.az-a danışan vəkil Nemət Kərimli deyib ki, şikayətdə Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qərarlarının ləğvi, iddianın tam təmin olunması istən...