Ətraf valyutaların kursu
Novator.az Mərkəzi Bankın saytında yaxın ölkələrin milli valyutalarının rəsmi məzənnələrinə diqqət yetirib. Estoniya, Latviya və Litvada işlədilən avro iyulun 13-də 1,8940 manata satılır. Belarus rublu 0,6735, Moldova leyi 0,0935, Ukrayna qrivnası 0,0460 manata dəyişdirilir. Gürcüstan larisi 0,6587,...
Koronavirus statistikası
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Rəsmi hesabata görə, ölkədə 831970 nəfər koronavirusa yoluxub, onların 10287-si vəfat edib, 15-i aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il ...
Söyüdlü mədənində istismar dayanır
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyulun 12-də keçirdiyi brifinqdə Gədəbəyin Söyüdlü kəndində aparılmış monitorinqlərdən danışıb. Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib. Onlar kənddəki qızıl mədəninə bağlı ikinci süni gölün yaradılmasına etiraz edib. Sakinlər bildirib k...
Yeni müavinətlərin məbləğləri
Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanuna əlavələri imzalayaraq onların tətbiqinə fərman verib, bununla da himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinət təsis olunub. Himayədar ailəyə verilmiş uşaqla...
Azərbaycanlı müxaliflər Londonda fond yaradıb
İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Qurumu tarixçi alim, müxalif Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, diplomat Arif Şahmarlı (Məmmədov), iqtisadçı alim, müxalif Azə...
Maaş və qiymət artımı açıqlanıb
2023-cü il iyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin sayı 1 milyon 726,3 min nəfər olub. Hesabatı yayan Dövlət Statistika Komitəsi yanvar-may aylarında işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki ilin eyni dövrünə nisbətən 11,1 faiz artaraq 916,8 manata çatdığını bəyan edib. Nov...
Söyüdlü xronikası
Rəsmi dairələr Gədəbəyin Söyüdlü kəndində aksiyadan sonra tutulmuş şəxslərin sayını, onlara hansı ittihamların irəli sürüldüyünü açıqlamır, başqa mənbələrin, o cümlədən hüquq müdafiəçilərinin bu barədə bilgiləri isə məhduddur. Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib. Onlar kənddəki qızıl...
Lirə nə qədər ucuzlaşıb?
Azərbaycan Mərkəzi Bankı iyulun 12-də 100 Türkiyə lirəsini 6 manat 51 qəpiyə təklif edir. Bu, siftə məzənnəyə nəzərən 2 manat 56 qəpik aşağı göstəricidir. 2023-cü il 9 manat 7 qəpiklə start götürüb. Hazırda 1 ABŞ dolları 26 lirədən bahadır. Novator.az bildirir ki, lirə 2021-ci ildən dəyər itirir. Hə...
Harada neçə xəstə var?
İyulun 12-nə olan beynəlxalq statistikaya görə, 190 ölkə və ərazidə 20,6 milyondan çox aktiv koronavirus xəstəsi var. Novator.az bildirir ki, ilk onluqda qərar tutan Rusiyada xəstə sayı 153018 nəfər göstərilir. Moldovada 104470, İranda 96094, Estoniyada 91306 şəxs müalicə altındadır. Gürcüstanda 518...
Prezidentdən Söyüdlü şərhi, tapşırıqlar
İyulun 11-i sosial-iqtisadi müşavirədə çıxış edən prezident İlham Əliyev Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisəyə də toxunub. Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsirinin aradan qaldırılması tələbi qoyub. Polis aksiy...
“Öz ləyaqətimizi qoruya bilmişik”
AZƏRTAC prezident İlham Əliyevin 2023-cü ilin ilk yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş 11 iyul müşavirəsindəki çıxışının mətnini yayıb. Dövlət başçısı deyib ki, altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib: “Mütləq rəqəmlər o qədər də böyük deyil, ancaq qeyri-neft sektorumuz və qeyr...
İran prezidenti niyə səfərə çıxmayıb? – “Associated Press”
İranın prezidenti İbrahim Rəisi iyulun 11-i Afrikaya səfərə çıxmalı idi, lakin bu baş verməyib. ABŞ-ın “Associated Press” agentliyi belə yazır. Novator.az-ın məlumatına görə, agentlik xatırladır ki, İbrahim Rəisinin iyulun 11-i Keniya, Uqanda və Zimbabveyə səfərə çıxacağını son günlər İranın rəsmi m...
İqtisadi böyümənin gerçək mənzərəsi
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehtiyev Azərbaycan iqtisadiyyatının 2006-2022-ci illərdə necə böyüməsinə nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert Bakuresearchinstitute.org saytında dərc olunan məqaləsində yazır ki, 2022-ci ild...
Şakir Yaqubovun yeni kitabı
Mərhum jurnalist Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabı çapdan çıxıb. RAF poliqrafiya müəssisəsində jurnalistlər Elşən Əliyev, Süleyman Qaradağlı, Hikmət Sabiroğlu, Azər Qaraçənlinin redaktorluğu ilə buraxılan kitabda Şakir Yaqubovun 2017-2020-ci illərdə Novator.az saytında dərc edilmiş publis...
Mənzil bazarı qadınları necə sıxır? – “Bloomberg”
“Böyük Britaniyanın paytaxtı Londonda mənzillərin kirayə haqqı durmadan artır və bu bahalaşmadan ən çox qadınlar əziyyət çəkir”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Bloomberg” agentliyi belə yazır. Bildirilir ki, hazırda Londonda mənzil kirayələyəndən sonra normal yaşaya bilməkdən ötrü orta maaşl...
Türkiyə parlamentində yeni mandat bölgüsü
Türkiyə Böyük Millət Məclisi partiyaların mandat bölgüsünü yeniləyib. Novator.az bildirir ki, 600 nəfərlik parlamentdə Ədalət və İnkişaf Partiyası 263 mandatla göstərilir. Cümhuriyyət Xalq Partiyasının 130, Yaşıllar və Sol Gələcək Partiyasının 55, Milliyyətçi Hərəkat Partiyasının 50, Yaxşı Partiyanı...
Türkiyə İsveçə yol açır
İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) yolu açılır. Novator.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberq iyulun 10-u Litvanın paytaxtı Vilnüsdə bu barədə müzakirə aparıblar. Görüşdə terrorla...
Laçın yolu bağlandı
İyulun 11-də Dövlət Sərhəd Xidmətinin məlumatı yayılıb. Qeyd olunur ki, Ermənistanla dövlət sərhədində, Laçından Qarabağa gedən yolun başlanğıcında buraxılış məntəqəsi qurulandan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaradılıb: “Lakin Dövlət...
Nazim Bəydəmirli həbsdə saxlandı
İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı, iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin həbsindən verilmiş şikayətə baxıb. “Turan”ın məlumatına görə, şikayət təmin olunmayıb, həbs qətimkan tədbiri qüvvədə saxlanıb. 1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli Voronej D...
Azad Demokratlar Partiyası tarixə qovuşur?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər iyulun 10-da Qaynarinfo.az-a danışıb. O deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanun dövlət qeydiyyatı üçün azı 5000 üzv tələbi qoyur: “Partiyamızın 1500 üzvü var. Qısa zamanda və mövcud şəraitdə 5 min həddinə çatmaq çətindir. Ona görə də Ədli...