Bolqarıstanda hökumət böhranı
İyunun 22-də Bolqarıstan parlamenti hökumətə etimadsızlıq göstərərək onu istefaya göndərib. Qərar 123 səslə qəbul edilib. Təşəbbüsü hökumətin iqtisadi kursundan və xarici siyasətinin bəzi məqamlarından narazı qalan GERB Partiyası ilə başqa müxalif qurumlar irəli sürüb. Novator.az bildirir ki, propor...
Aytən Məmmədova: “Araşdırma davam edir”
Jurnalist Aytən Məmmədova iyunun 22-də Novator.az saytına danışıb. O deyib ki, hücuma məruz qalması ilə bağlı istintaq davam edir: “Ötən həftə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini məni qəbul edib bəzi bilgiləri bölüşdü, qeyd etdi ki, ərazidəki müşahidə kameralarına düşən kadrlara baxılır, hü...
Rəsmilərin maaşında yenilik təklifləri
Parlamentin gündəliyində rəsmilərin maaşında yenilik layihələri var. Novator.az bildirir ki, təklifə görə, Milli Məclisin sədri 3550 manat maaş alacaq, parlamentin bütün üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə veriləcək. Parlament sədrinin birinci müavini sədrin m...
Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”
ABŞ-ın “Politico” qəzeti Avropanı Çində uyğurların hüquqlarının pozulmasında iştirak etməməyə, əksinə – uyğurlara qarşı törədilən vəhşiliklərə sərt müqavimət göstərməyə çağırır. Novator.az-ın məlumatına görə, qəzetin “Uyğurlar: Avropanın iştirakı və Çinlə münasibətlərdə mürəkkəb vəziyyət” başl...
Bankların beş ayı
Mərkəzi Bankın yeni hesabatına görə, 2022-ci il iyunun 1-nə Azərbaycanda 18 milyard 98,3 milyon manat kredit, 10 milyard 593,2 milyon manat əmanət rəsmiləşib. Novator.az bildirir ki, il 16 milyard 659,1 milyon manat kredit, 9 milyard 241,5 milyon manat əmanətlə başlamışdı. Statistikaya əsasən, iyunu...
Büdcədə yeniliklər ilk oxunuşdan keçdi
Milli Məclisin 22 iyun iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər ilk oxunuşda qəbul edilib. Yenilənən büdcədə 29 milyard 197,8 milyon manat gəlir, 32 milyard 303,8 milyon manat xərc rəsmiləşir. Novator.az bildirir ki, iqtisadi fəaliyyətə 7 milyard 67,9 milyon manat; müdafiə və milli təhl...
Ali Məhkəmə Əli Əliyevi həbsdə saxladı
İyunun 22-də Ali Məhkəmə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə bu il çıxarılmış ilk hökmdən şikayət üzrə qərar verib. Vəkil Cavad Cavadovun yaydığı məlumata görə, hökm qüvvədə saxlanıb. Novator.az bildirir ki, 2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertol...
Tərs artımlar
İqtisadçı Rövşən Ağayev Azərbaycanda qiymətlərin artım tempinin yaşayış minimumu dəyərinin artım tempini üstələdiyini yazır: “Hətta rəsmi statistikanın elan elədiyi rəqəmlərə görə, koronavirus pandemiyasının başladığı 2020-ci ilin mart ayı ilə müqayisədə ən zəruri 60 ərzaq, qeyri-ərzaq və xidmət səb...
Erməni professorun Mustafa Hacıbəyliyə məktubu
“Ermənistan əhalisinin bir qismi öz xoşbəxtliyini Azərbaycanın tərkibində yaşamaqda görür”. İqtisad elmləri doktoru, professor Qaqik Vardanyan jurnalist, siyasətçi Mustafa Hacıbəyliyə məktubunda belə yazır. Novator.az-a danışan Mustafa Hacıbəyli deyib ki, iyunun 21-də Ermənistanın “Qraparak” qəzetin...
Yaxın ölkələrin itkiləri
İyunun 22-nə olan beynəlxalq statistikaya görə, yeni koronavirus infeksiyası 221 ölkə, ərazi və məkanda 6 milyon 343,6 min adamın ölümünə gətirib. Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 380577 nəfər. İranda infeksiya 141370, Ukraynada 108622, Türkiyədə 98996 nəfərin...
Müsavat başqanının Brüssel çıxışı
Müsavat Partiyasının başqanı Arif Hacılı iyunun 21-i Brüsseldə, Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentində keçirilən Şərq tərəfdaşlığı mövzulu dəyirmi masada danışıb. Əsası 1957-ci ildə qoyulan, hazırda 27 ölkəni birləşdirən Avropa İttifaqı Şərq tərəfdaşlığı proqramını 2009-cu i...
Baydenin yeni səfər planı. Ukraynaya da gedəcəkmi?
ABŞ prezidenti Cozef Bayden xarici ölkələrə növbəti səfərə çıxmağı planlaşdırır. Novator.az saytı “Vaşinqton Post” qəzetinə istinadla bildirir ki, jurnalistlərlə söhbətində Bayden bu barədə deyib: “Mən Almaniyaya, İspaniyaya, İsrailə və Səudiyyə Ərəbistanına gedəcəm. Geniş spektrdə görüşlərim olacaq...
Navalnını “həbsxana içində həbsxanaya” salıblar – CNN
Rusiyada həbsdə olan müxalif lider Aleksey Navalnının qızı Darya Navalnaya ABŞ-ın CNN kanalına müsahibəsində bugünlərdə 2 saylı ümumi rejimli koloniyadan 6 saylı ciddi rejimli koloniyaya köçürülən atasının saxlanma şəraitindən danışıb. 1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siya...
Almaniya kansleri: “Putin demokratiya qığılcımından ehtiyatlanır”
Rusiya prezidenti Vladimir Putin demokratiya qığılcımının onun ölkəsinə sıçraya biləcəyindən ehtiyatlanır. Almaniya kansleri Olaf Şolts bu fikirdədir. Novator.az saytı “Reuters” agentliyinə istinadla bildirir ki, Olaf Şolts iyunun 20-si alman mətbuatına müsahibəsində deyib: “Rusiya prezidenti onun q...
ABŞ-da uyğurları müdafiə qanunu qüvvəyə mindi
ABŞ prezidenti Cozef Baydenin imzaladığı, Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun iyunun 21-dən qüvvəyə minib. Novator.az xəbər verir ki, qanunu ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) 2021-ci ilin dekabr ayının 14-də, yuxarı palatası (Senat) is...
Müharibə Rusiyanı Çinə ən çox neft satan ölkəyə çevirib
Ukrayna müharibəsi Rusiyanı Çinə ən çox neft satan ölkəyə çevirib. Çinin neft aldığı ölkələr sırasında Rusiya hətta Səudiyyə Ərəbistanından da önə keçib. Novator.az saytı Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadla xəbər verir ki, may ayında Çinin Rusiyadan xam neft idxalının həcmi ötən ill...
Ehtiyat bankın yaraşığıdır?
İqtisadçı Samir Əliyev Mərkəzi Bankın 6 iyun 2022-ci il qərarından yazıb. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, həmin qərarla “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması qaydası” yenilənib: “Dəyişiklik nəticəsində məcburi ehtiyatların normaları (MEN) dəfələrdə artırılıb....
Talan dəyişikliyi
İqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsini şərh edib. Novator.az-ın məlumatına görə, o yazır ki, büdcənin yenilənmiş proqnozları ilə gəlirlər 29 milyard 197,8 milyon manat, xərclər 32 milyard 303,8 milyon manat olur: “Gəlirlər 8,9 faiz, xə...
“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”
Onun “Neftçi”dən “Ararat”a keçidi gözlənilməz olmuşdu. Sonrakı olaylar – Yohan Kroyffun “Ayaks”dan “Feyenoord”a, Dieqo Maradonanın “Barselona”dan “Napoli”yə, Luiş Fiqunun “Barselona”dan “Real”a transferi kimi. 1970-ci ilin dekabrında 29 yaşın içində olan Eduard Markarovun Bakıdan gedişi qalmaq...
Yoluxma, itki, peyvənd
Son rəsmi açıqlamaya görə, Azərbaycanda yeni koronavirus infeksiyasına yoluxmuş 793015 nəfərin 9716-sı vəfat edib. Aktiv xəstə sayı 134 nəfər göstərilir. Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qey...