Gürcüstanın turizm gəlirləri 57,9 faiz artıb
2023-cü ilin ilk yarısında Gürcüstanın xarici ziyarətçilərdən əldə etdiyi gəlir 1,8 milyard dolları ötüb. Novator.az-ın məlumatına görə, hesabatı ölkənin Milli Bankı yayıb. Statistikaya əsasən, yarım ildə turizm gəlirləri 2022-ci ilin yanvar-iyun ayları üzrə analoji göstəricini 57,9 faiz üstələyib. ...
Rusiya oyun içində savaş aparır – “Nyu-York Tayms”
Rusiya məşhur video oyun platformalarında da informasiya müharibəsi aparır. Novator.az-ın məlumatına görə, “Nyu-York Tayms” belə yazır. Bir qrup mütəxəssisin araşdırmasına əsaslanan qəzet vurğulayır ki, “Minecraft”, “Roblox”, “World of Tanks”, “World of Warships”, “Fly Corp”, “Armored Warfare” və “W...
Valyuta ehtiyatı: il, illər
Mərkəzi Bank avqustun 1-nə valyuta ehtiyatını 9 milyard 244 milyon dollar göstərib. Novator.az bildirir ki, 2023-cü il 8 milyard 995,7 milyon dollarla başlayıb, yeddi ayda 248,3 milyon dollar artım qeydə alınıb. 2015-ci ilin əvvəlinə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı olub, ilin sonuna ...
32 ilin rəhbərləri
Dövlət müstəqilliyinin bərpasından bəri Azərbaycanda ali vəzifə tutmuş şəxslərin 7-si dünyasını dəyişib. Novator.az bildirir ki, 1991-ci il avqustun 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı ...
Yarım ildə Azərbaycana nə qədər cərimə kəsilib?
Hüquqşünas Xalid Ağalıyev Avropa İnsan Hüquqları Məhkəməsinin 2023-cü il qərarlarına nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, yanvar-iyun aylarında Azərbaycanla bağlı 25 qərarın 24-də iddia olunan pozuntuların azı biri tanınıb. Statistikaya əsasən, yarım ildə dövlətlə anlaşmaya və döv...
Sənəd mübadiləsində yeni qayda
Avqustun 1-də prezident İlham Əliyev dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılmasına fərman verib. Fərman Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi yaradılmasını nəzərdə tutur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirli...
Ev dustaqlığına yox deyildi
Avqustun 1-də Nərimanov Rayon Məhkəməsi iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun həbsinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatətə baxıb. Novator.az-ın məlumatına görə, vəsatət təmin olunmayıb. Vəkilləri vəsatəti Qubad İbadoğlunun şəkərdən və hipertoniyadan əziyyət çəkməsi, qapalı şəraitdə ...
Ukraynalılar rus dili ilə üzülüşür – “Vaşinqton Post”
“Vaşinqton Post” qəzetində “Ukraynalılar rus dili ilə üzülüşür” başlıqlı məqalə dərc olunub. Məqaləni qəzetin Rusiya üzrə müxbiri Françeska Ebel və “Vaşinqton Post”la əməkdaşlıq edən ukraynalı jurnalist Konstantin Xudov qələmə alıblar. Novator.az-ın məlumatına görə, yazıda Ukraynanın şərqində, Rusiy...
17 aktiv xəstə var
Ümumi hesabata görə, Azərbaycanda 832021 nəfər koronavirusa yoluxub, onların 10290-ı vəfat edib, 17-si aktiv xəstədir, qalanları sağalıb. Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk öl...
Konstitusiya Məhkəməsi parlamentə etibarnamə tövsiyəsi verdi
Gəncə Şəhər Məhkəməsinin müraciətini əsas götürən Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsini “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edib. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə görə, nəqliyya...
Şəhər günləri təsis olundu
İyulun 31-də sərəncam imzalayan prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edib. 26 avqust Laçın şəhəri günü, 4 oktyabr Cəbrayıl şəhəri günü, 17 oktyabr Füzuli şəhəri günü, 20 oktyabr Zəngilan şəhəri günü, 25 oktyabr Qubadlı şəhəri günü, 8 noyabr Şuşa şəhəri günü,...
Mərkəzi Bank qanunu yeniləndi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, əsas yeniliyə görə, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin sayı 7-dən 9-a yüksəlir: bankın sədri, bankda daimi əsaslarla işləyən 6 üzv və 2 kənar üzv. Yenilənmiş qanund...
Nazim Bəydəmirliyə danışıq qadağası
Vəkil Aqil Layicin yaydığı məlumata görə, iqtisadçı, iş adamı Nazim Bəydəmirli həbs ediləndən bəri ailə üzvləri ilə telefon əlaqəsi saxlaya bilmir: “Həbs edilmiş və saxlanmış şəxslərin ən vacib hüquqlarından biri ailə üzvləri ilə əlaqə saxlamaq hüququdur. Nazim Bəydəmirlinin həftədə iki dəfə ailə üz...
Azərbaycanda cins nisbəti
Rəsmi statistikaya görə, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə Azərbaycanda hər 1000 kişiyə 1048 qadın düşüb. Novator.az bildirir ki, 1992-ci ildə hər 1000 kişiyə 1046 qadın, 1993-cü ildə 1043 qadın, 1994-cü ildə 1039 qadın, 1995-ci ildə 1036 qadın, 1996-cı ildə 1032 qadın, 1997 və 1998...
Valyutaların yeddi ayı
Novator.az Mərkəzi Bankın 2023-cü ilin yeddi ayında məzənnələri necə dəyişdirməsinə nəzər salıb. 1,8029 manatla start götürən avronun yuxarı kursu yanvarda 1,8553, fevralda 1,8735, martda 1,8534, apreldə 1,8818, mayda 1,8837, iyunda 1,8680, iyulda 1,9128 manat olub. Yola 0,6296 manatla çıxan Gürcüst...
Qum dəryasında əsirlik
Kobo Abenin “Qumlaq qızı” romanı haqqında Fəxri Uğurlu Kant da belə demişdi – nizam yaranmamışdan kainatda mütləq xaos, kosmik tozanaq, hüdudsuz qum fırtınası hökm sürüb. Abenin qumlağı da kainatın körpəlik çağını xatırladır, ancaq bu xaosu nizama salmaq mümkün deyil, bu nizamsızlığın özü elə bir n...
Qubad İbadoğlu həbsdə qaldı
İyulun 28-də Bakı Apellyasiya Məhkəməsi iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun həbsindən şikayətə baxıb. Şikayət təmin olunmayıb, Qubad İbadoğlu həbsdə saxlanıb. Qubad İbadoğlu prosesdəki çıxışında vətənə və dövlətə bağlı olduğunu vurğulayıb, ittihamları rədd edərək bəraətlə azadlığa buraxılmas...
İsveç Rusiya burulğanında – “Reuters”
“İsveç Rusiyanın dezinformasiya təbliğatının hədəfinə çevrilib. Məqsəd İsveç dövlətinin “Quran”ın yandırılmasına dəstək verdiyi təəssüratı yaratmaq, NATO üzvlüyünə namizəd olan bu ölkənin imicini korlamaqdır”. ABŞ-ın “Reuters” agentliyinin məlumatına görə, İsveçin mülki müdafiə naziri Karl-Oskar Bol...
İşğalçı rejimdə istefa
Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin “parlament sədri” Artur Tovmasyan iyulun 28-də istefa bəyanatı verib. Novator.az-ın məlumatına görə, o, rəsmi ərizəsini iyulun 29-da təqdim edəcəyini bildirib. 1962-ci ildə Stepanakert (Xankəndi) şəhərində doğulan Artur Tovmasyan ali pedaqoji təhsil ...
Bircə(lər)in cəhənnəmdən keçməsi
Şeyda Nəsibli Ədəbiyyat elmi deyir ki, bir əsərin kimə aid olduğunu bilmirsinizsə, öncə onu diqqətlə oxuyun. Əsərin hansı dildə yazıldığına fikir verin. Əsər tərcümə edilibsə, ikinci ipucuna əl atın. Əsərdə keçən yer adlarına (toponimika ədəbiyyatda vacib məsələlərdən biridir), insan adlarına diqqət...