Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir
Ermənistan hökumətinin 7 iyul iclasında “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər layihəsi təsdiqlənib. Novator.az-ın məlumatına görə, parlamentin müzakirəsinə göndəriləcək layihədə bəzi ali təhsil müəssisələrində oxuyan şəxslərə həqiqi hərbi xidmətdən möhlət hüququnu...
Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət
İyulun 13-ü gündüz saat 12-də Nazirlər Kabinetinin binası qarşısında quru sərhədlərin açılması tələbli piket keçirilə bilər. Siyasətçi Tofiq Yaqublu yazır ki, aksiya təşəbbüsünü o irəli sürüb və Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu təqdim edib: “Quru sərhədlərin çox absurd olaraq bağlı ...
Avropa Məhkəməsindən Rafiq Tağı qərarı
Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 7-də mərhum yazıçı-publisist Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyevanın şikayəti üzrə qərarını elan edib. Hüquqşünas Xalid Ağalıyevin yaydığı məlumata görə, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan yaşamaq hüququnun pozulduğu qənaətinə gəlib,...
Boris Conson istefaya razılaşdı
Boris Conson Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verməyə razılaşıb. Xəbəri iyulun 7-də “The Guardian” qəzeti yayıb. Boris Consonun istefa vermək qərarına gəldiyi, amma oktyabr ayında hakim Mühafizəkarlar Partiyasına yeni lider seçilənə qədər səlahiyyətlərinin icrasını davam etdirəcəyi ...
Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir
2021-ci ildə ərzaq çatışmazlığından əziyyət çəkənlərin sayı 828 milyon nəfərə çatıb. Novator.az-ın məlumatına görə, BMT-nin yaydığı məruzədə qeyd olunur ki, aclıqla üzləşən şəxslərin sayı 2020-ci illə müqayisədə 46 milyon nəfər artıb. Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı, Kənd Təsərrüfatının İnkişafı...
Bahalığın çarəsi
İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli yeni şərh yayıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, çox adam meyvənin bahalığından şikayətlənir: “Anlamaq olur, amma obyektiv baxış deyil. Meyvə istehsalçısı ilboyu gözünü iki-üç aylıq mövsümdə qazanacağı pula dikib. Hər şeyin baha o...
Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb
AZƏRTAC-ın 7 iyul məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 114,61 dollara satılır. Bu, ayın əvvəli ilə müqayisədə 8,79 dollar aşağı qiymətdir. İyulun 1-dən dövlət büdcəsində bir barrel neftin qiyməti 85 dollardır. Novator.az bildirir ki, “AzəriLayt” yanvara 82,49, fevrala 94,...
Mühakimə təxirə düşüb
Yasamal Rayon Məhkəməsi KİM TV internet kanalının (Kaspian İnformasiya Mərkəzi) qurucusu Abid Qafarovun mühakiməsini təxirə salıb. “Turan”ın məlumatına görə, 6 iyul iclasında iş üzrə linqvistik ekspertizanın təyin edilməsi qərarı çıxarılıb. Proses ekspertizanın nəticələri bəlli olandan sonra davam e...
Sükutun 4 il 4 ayı
Mərkəzi Bank iyulun 7-də ABŞ dollarının məzənnəsini 1,7 manat nöqtəsində saxlayıb, bununla qiymət sabitliyinin 4 il 4 ayı tamamlanıb. Novator.az bildirir ki, 2015-2017-ci illərdə rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif edilir. Dövl...
Baş nazirin başı gedir?
İyulun 5-dən başlayaraq Böyük Britaniya hökumətinin 30-a yaxın üzvü, o cümlədən bir neçə nazir istefa verib. Onlar addımlarını baş nazirə etimadsızlıqla əsaslandırır, Boris Consonu postunu tərk etməyə çağırır. Baş nazir əvvəllər adı müxtəlif qalmaqallarda hallanmış Kris Pinçerə hakim partiyada yüksə...
Ermənistan bazarı bir ildə nə qədər bahalaşıb?
Ermənistanın Statistika Komitəsi inflyasiya açıqlaması yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, iyunda istehlak qiymətləri 2021-ci ilin eyni ayına nəzərən 10,3 faiz yüksəlib. Ərzaq məhsulları üzrə illik qiymət artımı 17,1 faiz göstərilir. Hesabata əsasən, tərəvəz 45,8 faiz, çörək və taxıl...
Rusiyanın saxta xəbərlərinə görə yeni qanun təklif olunur
Böyük Britaniya hökuməti Rusiyanın və digər xarici dövlətlərin sosial media vasitəsilə yaydığı saxta xəbərlərlə mübarizəni gücləndirmək üçün yeni qanunun qəbul olunmasını təklif edir. Novator.az saytı “Euronews” kanalına istinadla bildirir ki, hökumət yeni qanunun əsasən xarici dövlətlərin “Facebook...
Uyğur qətliamının ildönümü qeyd olunub
Dünyanın müxtəlif ölkələrində yaşayan uyğur mühacirlər Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunda hökumət qüvvələrinin törətdiyi qətliamın 13-cü ildönümünü qeyd ediblər. 2009-cu ilin iyul ayında Sincan Uyğur Muxtar Rayonunda kütləvi etiraz aksiyaları keçirilib. Aksiyada kommunist rejimin...
Arif Hacılıdan çağırış
Ermənistan mediasının yaydığı məlumata görə, Berd rayonunda – Azərbaycan sərhədi yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının yeni dislokasiya məntəqəsi qurulur. Novator.az bildirir ki, 102-ci hərbi baza Gümrü şəhərində qərar tutur. Əsası 1992-ci ildə qoyulan hərbi bazanın h...
ABŞ səfiri Çini Rusiyanın yalanlarını təkrarlamaqda ittiham edib
ABŞ-ın Çindəki səfiri Nikolas Berns rəsmi Pekini Rusiyanın yalanlarına şərik çıxmaqda ittiham edib və buna son qoymağa çağırıb. Novator.az saytı “Bloomberg” agentliyinə istinadla bildirir ki, iyulun 4-də Çinin Sinxua Universitetinin təşkilatçılığı ilə forum keçirilib. Universitet forumu BMT Təhlükəs...
Hərbi toplanış bilgisi
Müdafiə Nazirliyinin 6 iyul məlumatına görə, N hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir: “Ehtiyatda olan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır. Hərbi vəzifəlilər döyüş vərdişlərini, t...
Yoluxma dalğası, aktiv xəstələr
Koronavirus infeksiyasının yeni dalğası baş qaldırır. Novator.az saytı Worldometers.info-ya istinadla bildirir ki, iyulun 5-i dünya üzrə 912,3 min yoluxma qeydə alınıb. Ən çox yoluxma Fransa (206,5 min), İtaliya (132,2 min) və Almaniyanın (130,7 min) payına düşüb. İyulun 6-na olan beynəlxalq statist...
Yarım illik icra, yenilənən plan
Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsinin yarım illik icrasına dair bilgi yayıb. Məlumata görə, yanvar-iyun aylarında 14 milyard 205,5 milyon manat büdcə gəliri, 12 milyard 936,6 milyon manat xərc rəsmiləşib. Dövlət Vergi Xidmətindən büdcəyə 6 milyard 482,1 milyon manat, Dövlət Gömrük Komitəs...
Sıfırlı siftə
UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə birinci mərhələ start götürüb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” iyulun 5-i Polşada “Lex” komandasına məğlub olub – 0:1. Cavab oyunu iyulun 12-si Bakıda keçiriləcək. Birinci mərhələdə ələnəcəyi halda “Qarabağ” Konfrans Liqas...
Ukraynanın bərpasını indidən planlaşdırın – “Bloomberg”
ABŞ-ın “Bloomberg” agentliyi redaksiya heyəti adından “Ukraynanın bərpasını indidən planlaşdırın” adlı məqalə yayıb. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxucuların diqqətinə çatdırır. Ukraynada dörd aydan artıqdır davam edən müharibə ölkədə körpülərdən tutmuş evlərə, xəstəxanalara və tica...