Yaxın ölkələrdə pensiya yaşı
Son rəsmi məlumata görə, Azərbaycanda 1 milyon 313 min nəfər əmək pensiyası alır. Pensiyaların orta aylıq məbləği 218 manatdır. 2017-ci il iyulun 1-dən ölkədə kişi və qadın üçün pensiya yaşı 65-ə qaldırılıb. Bu müddət mərhələli şəkildə tətbiq olunur. Kişi üçün nəzərdə tutulan 63 yaş həddi 2021-ci il...
Hüquqşünasın işi yeni mərhələdə
Vəkillik fəaliyyəti dayandırılmış hüquqşünas Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinin qərardadından Ali Məhkəməyə şikayət edib. Bu il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış o...
Azərbaycan əhalisi nəyə daha çox pul xərcləyir?
Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 10,9 milyard manata bərabər olub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, ticarət dövriyyəsinin 5...
Cəhənnəmdən keçmiş mələk (76)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Eminin ilinə az qalmış qaynanamla aramız yenə sərinləmişdi. Diləyə gələn qonum-qonşunun üstündə tez-tez üz-göz olurduq. Biri çörək üzlüyü üçün yumurta istəyirdi, biri ağartıya gəlirdi – Zöhrə xala hamını əliboş qaytarırdı. Özümlə bacarmırdım, oğurlayı...
Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Bakıda da işləyib
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra edən Cina Haspel Bakıda da işləyibmiş. “Turan” xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi ilk dəfə olaraq Cina Haspelin tərcümeyi-halından bəzi məqamları açıqlayıb. Məlum olub ki, 1985-ci ildən Mərkəzi Kəşfiyyat İdarəsində fəaliyyət göstər...
Arıqlamaq üçün nə yeməli?
Britaniyalı alimlər artıq çəkidən azad olmaq yönündə yeni tədqiqat aparıb. Novator.az-ın məlumatına görə, tədqiqat göstərib ki, çəki azaltmaq üçün enerji sıxlığı aşağı olan kartofdan, xəmir xörəklərindən və düyüdən istifadə etmək məsləhətdir. Bu ərzaqların doyumlu olduğu üçün zərərli qidaya və qeyri...
Çempionlar Liqasına düşən komandalar
2018-2019 mövsümündə 26 komanda UEFA Çempionlar Liqasının qrup raunduna birbaşa çıxır. Klub reytinqində 1-4-cü yerləri tutan UEFA üzvlərinin hər birindən 4 komanda, 5-6-cı yerləri tutanların hər birindən 2 komanda, 7-10-cu yerləri tutanların hər birindən 1 komanda, eləcə də Çempionlar Liqası və Avro...
Rusiyada dost-düşmən sorğusu
Rusiyanın İctimai Rəy Fondu əhalinin xarici dövlətlərlə münasibətlərə mövqeyini öyrənib. Novator.az-ın məlumatına görə, respondentlərin 59%-i Rusiyanın Belarusla, 58%-i Çinlə, 40%-i Qazaxıstanla ən yaxın dostluq münasibətində olduğunu düşünür. Dost ölkələr sırasında Türkiyə (26%), Hindistan (21%), K...
Həsrətindəyəm (28)
Firuzə DAVUDQIZI Bir müddət keçdi. Bir gün heç gözlənilmədən İlkin gəldi. Sən demə, bizə sürpriz etmək üçün bilərəkdən xəbər verməyibmiş. Elşadı bağrına basıb: – Təbrik edirəm, atacan! – deyə əlini şəstlə qardaşının kürəyinə vurdu. – Axır ki, biz də əmi olduq də. Elşad söz altda qa...
Rəsmi Bakının Paşinyana cavabı
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair açıqlamalarını şərh edib. O deyib ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər rayonlar...
Keçmiş SSRİ-də bir gün
1939-cu ildə başlanan İkinci Dünya müharibəsində Sovet İttifaqının və onun müttəfiqlərinin Almaniya üzərində qələbəsi 1945-ci il mayın 9-da rəsmiləşib. Azərbaycanda mayın 9-u Faşizm Üzərində Qələbə Günü kimi qeyd edilir. Həmin gün istirahət günü olan dövlət bayramları sırasındadır. Gürcüstanda da ma...
Sosial medianın qanuni yollarla inhisara alınması
Seymur Kazımov İnternet, sosial şəbəkələr indiki halda Azərbaycanda alternativ media platformasıdır. Klassik mediadan fərqli olaraq sosial mediada məlumatlar daha maraqlı, rəngarəng və düşündürücüdür. Amma zaman-zaman interneti də insanlara, əsasən bitərəf jurnalistlərə çox görürlər. Qanunlar sərtlə...
Qarabağlıların dövranı başa çatdı
İcevan şəhərindən olan Nikol Paşinyanın mayın 8-də baş nazir kürsüsünə oturması ilə qarabağlıların Ermənistanda 20 illik hökmranlığına son qoyuldu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulmuş şəxslər 1998-ci ildən Ermənistana rəhbərlik edirdilər. Novator.az bildirir ki, 1991-ci ildə müstəqillik ...
Kabinetin coğrafiyası
Novator.az bildirir ki, yeni Nazirlər Kabinetindəki 39 nəfərin 21-i paytaxt Bakının yetirməsidir. Baş nazir Novruz Məmmədov Naxçıvan Muxtar Respublikasında doğulub. Hökumətdə Naxçıvan bölgəsində anadan olmuş bu şəxslər də var: fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Statistika Komitəsini...
Həsrətindəyəm (27)
Firuzə DAVUDQIZI 9-cu bölüm Elşad xəstəxanada olduğu müddətdə mən də onun yanında qaldım. İlkinin xahiş və israrlarına rəğmən Elşad bir gecəliyə də olsa atası evinə getmək istəmədi. Ayağa qalxıb bir az özünə gələn kimi işlədiyi bölgəyə yola düşdü, baxmayaraq ki, yaraları hələ tamam sağalmamışdı. Ged...
Havanın başa nə təsiri var?
Aşağı hərarət və miqren (kəskin baş ağrısı) bir-biri ilə əlaqəlidir. Novator.az-ın məlumatına görə, mütəxəssislər bu qənaətə gəlib. Ekspertlər qeyd edir ki, digər avropalılarla müqayisədə soyuq Şimali Avropa ölkələrinin sakinləri miqrendən daha çox əziyyət çəkir və bu, soyuq reseptoru yaşadan xüsusi...
Bir ildə Ermənistan nə qədər əhali itirib?
2017-ci ildə Ermənistan əhalisi 13 min 400 nəfər azalıb. Novator.az bildirir ki, Milli Statistika Xidməti belə hesabat yayıb. Rəsmi açıqlamaya əsasən, ötən il paytaxt Yerevanda əhalinin sayı 1800 nəfər artıb, amma bölgələrdə azalma qeydə alınıb. Əhalisini ən çox itirən bölgələr Şirak və Lori vilayət...
Qarabağ siyasətində inqilab olsun
İlham İsmayıl İnqilab o ölkələrdə baş vermir ki, vətəndaşlar uzaq keçmişdə azad və ədalətli cəmiyyət mübarizəsi aparıb istəklərinə nail olublar və onilliklərdir uğrunda çalışdıqları dəyərin dadını çıxararlar. İnqilab bir də qorxu və xofun hakim kəsildiyi cəmiyyətlərdə, onları əzənlərə qul sevgisi bə...
Eşq və xəyanət (29)
Aynur MƏSİMOVA (TƏMKİN) Şahanə gözlərini bir nöqtəyə zilləyib qalmışdı. İki damla göz yaşı yanaqları boyu yuvarlanıb üzünə iz salmışdı. Keçirdiyi hissləri büruzə verməmək üçün için-için ağlayırdı. İçində kükrəyən fırtına qəlbini, hisslərini parça-parça edirdi. Kamilənin göstərdiyi masqara gənc qadın...
Devalvasiyadan sonra…
İki aydır Mərkəzi Bank ABŞ dollarının kursunu dəyişmir: rəsmi qiymət martın 7-dən 1,7 manatdır. Novator.az-ın məlumatına görə, bu, manatın devalvasiyaya uğradığı 21 fevral 2015-ci ildən bəri ən uzun sürən rəsmi məzənnədir. 2015-ci il fevralın 20-də dollar banklara 0,7862 manata satılıb. Bir gün sonr...