“Oqtay Gülalıyevin səhhəti ağır olaraq qalır. İstənilən halda beyin zədəsi ağır sayılır”. Bunu noyabrın 5-də “Azadlıq” radiosuna tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Adil Qeybulla bildirib ki, xəstənin səhhətində geriləmə yoxdur: “Müəyyən reflekslər var. Dörd...
Müsavat başqanı Arif Hacılı partiyanın noyabrın 10-na təyin etdiyi mitinqdən yazıb. Partiya 10 noyabr mitinqini Bakıda keçirmək niyyətindədir. Aksiyanın əsas tələblərinin siyasi məhbusların azadlığa buraxılması, repressiyalara son qoyulması, seçki qanunvericiliyində islahatl...
Yerli özünüidarəetmə məsələləri üzrə ekspert Samir Əliyev bəzi müxalif partiyaların dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakdan imtina qərarını pisləyib. O, partiyaların özlərində güc tapıb seçkilərdə iştirak etməli olduğunu vurğulayıb. 118 seçki dairəsini ə...
“Qanun” Nəşrlər Evində “Fəlsəfənin təsəllisi” və “Haradasan?” kitabları çap olunub. “Haradasan?” təkrar nəşr edilib. Alen de Botton “Fəlsəfənin təsəllisi” 1969-cu ildə doğulmuş isveçrəli yazıçı və filosof Alen de Botton çağdaş dünyamızda əsərləri ən çox oxunan müəlliflə...
Gəncə şəhərində “Milli azlıqların bədii yaradıcılıq antologiyası” kitabının təqdimatı keçirilib. Oktyabrın 28-də Mərkəzləşdirilmiş Kitabxanada keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun təşkilat şöbəsinin rəhbəri Fuad Cəfərov açıb. O, antologiya haqqınd...
AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli ictimaiyyətə müraciət edib. Novator.az-ın məlumatına görə, Əli Kərimli müxalifətin 2005-ci ildən sonra heç vaxt 2019-cu ildəki qədər güclü olmadığını vurğulayır: “Bu ilin 19 yanvarında...
Nazirlər Kabineti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının tərkibini təsdiqləyib. Novator.az bildirir ki, qərara əsasən, 13 nəfərdən ibarət, komitə sədrinin rəhbərlik edəcəyi kollegiyada bu vəzifələri tutan şəxslər təmsil olunacaq: Komitə sədrinin birinci müa...
Noyabrın 5-də avronun rəsmi kursu 1,8911 manata düşüb. Novator.az-ın məlumatına görə, Gürcüstan larisi (0,5737 manat) və Türkiyə lirəsi də (0,2965 manat) ucuzlaşıb. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7, Rusiya rublunu 0,0268 manat səviyyəsində saxlayıb (Valyutalar). D...
“Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır”. Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla noyabrın 4-də keçirdiyi görüşdə belə deyib. AZƏRTAC-ın məlumatına görə, paytaxt rəhbəri dövlət başçısına nü...
Novator.az Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) nizamnaməsinə hansı dəyişikliklərin təklif olunmasına nəzər yetirib. Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılan partiyanın dövlət qeydiyyatı yoxdur. Hökumət qurumları yer ayırmadığı üçün partiyanın t...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində struktur dəyişiklikləri aparılıb. Rəsmi məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail və Yasamal rayon şöbələrinin bazasında 1 saylı Bakı Ərazi Şöbəsi; Dövlət Məşğulluq Xidmətinin (DMX) Səbail və Yasamal mə...
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərindən yazıb. O qeyd edib ki, partiya bələdiyyə seçkilərinə ciddi hazırlaşıb, namizədlərini müəyyənləşdirib: “Haz...
İngiltərə milli futbol çempionatında 11-ci tur yekunlaşıb. Novator.az-ın məlumatına görə, turnir cədvəlinə 31 xalla “Liverpul” başçılıq edir. “Mançester Siti” 25, “Lester” və “Çelsi” 23 xal götürüb. İspaniya çempionatında “Barselona” və “Real” 11 oyuna, “Real Sosyedad” 12 oy...
Mərkəzi Bankın yeni hesabatına görə, noyabrın 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 144,7 milyon dollara çatıb. Novator.az bildirir ki, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 519 milyon dollar çoxdur. Yanvarın 1-nə 5 milyard 625,7 milyon dollarlıq valyuta ehtiyatı vardı. ...
Novator.az bölgələr üzrə kredit və əmanət göstəricilərinə nəzər salıb. Mərkəzi Bankın hesabatına əsasən, paytaxt Bakıda 11 milyard 121,5 milyon manatlıq kredit rəsmiləşib. İqtisadi rayonlar üzrə statistika belədir: Aran – 725,1 milyon manat Gəncə-Qazax – 575,9 milyon manat A...
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyaya görə tutulan 5 nəfər azadlığa buraxılıb. Novator.az bildirir ki, Baha Mikayılov (Müsavat), Orxan Səlimzadə, Rəşad Qədirov, Bəxtiyar Yusubov, Rəşad Həsənov (hamısı AXCP) 15 sutkalıq inz...
Mərkəzi Bank noyabrın 4-də bir çox valyutanı bahalaşdırıb. Novator.az-ın məlumatına görə, avro 1,8986, Çin yuanı 0,2419, Rusiya rublu 0,0268, Türkiyə lirəsi 0,2981 manata yüksəlib. Məzənnəsi sabit qalan ABŞ dolları banklara 1,7 manata təklif olunur. Dəyər itirən Gürcüstan la...
Respublikaçı Alternativ Partiyası (REAL Partiya) növbədənkənar qurultaya gedir. Qərar partiya Məclisinin 3 noyabr iclasında çıxarılıb, İdarə Heyətinin 5 üzvündən ibarət təşkilat komitəsi yaradılıb. Növbədənkənar qurultay sədr İlqar Məmmədovun təklifidir, o, partiyanın strukt...
Müsavat Məclisinin 3 noyabr sessiyasında partiya rəhbərliyi formalaşıb. “Basta”nın məlumatına görə, gizli səsvermədə Nüşabə Sadıxlı yenidən Məclisin sədri seçilib. Məclisin katibi postunu Fəridə Ələsgərli, Mərkəzi Nəzarət-Təftiş Komissiyasında boş yerləri Tamilla Axundova və...
Hüquq müdafiəçisi, keçmiş vəkil Əliabbas Rüstəmov oktyabrın 31-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Onun cəzasının qalan hissəsi şərti həbslə əvəz olunub. Əliabbas Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunaraq rüşvət vermə və vəzifə saxtakarlığı it...