BÜTÜN MATERİALLAR
Əziz Orucova yeni ittiham
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucova əlavə ittiham irəli sürülüb: qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi. Xəbəri dekabrın 19-da “Turan” yayıb. Noyabrın 27-də tutulan Əziz Orucova ilk ittiham mülkiyyət, istifadə və ya icarə hüququ ...
- 19 Dekabr 2023
Arif Hacılının oğlu həbsdən çıxdı
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı ev dustaqlığına buraxılıb. Qərarı dekabrın 19-da Yasamal Rayon Məhkəməsi çıxarıb. Şərtə əsasən, Orxan Hacılı yaşayış yerini gün ərzində yalnız 3 saat tərk edə bilər. Yasamal Rayon Polis İdarəsi Orxan Hacılını Cina...
- 19 Dekabr 2023
Yaxın ölkələrlə alış-veriş
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 5,1 milyard dollarlıq məhsul göndərilib. Novator.az bildirir ki, Rusiyaya ixrac 1 milyard 83,6 milyon, Gürcüstana 696,1 milyon, Ukraynaya 109,8 milyon, Qazaxıstana 93 mily...
- 19 Dekabr 2023
11 aylıq xarici ticarət
Azərbaycanın 11 aylıq xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında 200 ölkə ilə ticarət aparılıb, 31,5 milyard dollarlıq ixrac, 15,8 milyard dollarlıq idxal rəsmiləşib, büdcəyə ...
- 19 Dekabr 2023
Azərbaycandan neft alan ölkələr
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 15 milyard 99,9 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, İsrail, Hindistan, Almaniya, İspaniy...
- 19 Dekabr 2023
“Qarabağ” yolunda
UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” 1/16 finalda (15-22 fevral 2024-cü il) Portuqaliyanın “Braqa” komandası ilə üz-üzə gələcək. Novator.az bildirir ki, 1925-ci ildə yaradılan “Braqa” 3 dəfə Portuqaliya kubokunu, 2 dəfə ölkənin liqa kubokunu qazanıb, 25 mö...
- 19 Dekabr 2023
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Arsenal” 39 xalla öndədir. “Liverpul” və “Aston Villa” 38, “Mançester Siti” 34, “Tottenhem” 33 xal toplayıb. İspaniya çempionatına 42 xalla “...
- 18 Dekabr 2023
2024-cü ilin iş və istirahət təqvimi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2024-cü ilin iş vaxtı normasını və istehsalat təqvimini təsdiqləyib. Təqvimə görə, 1, 2 yanvar Yeni il bayramı; 20 yanvar Ümumxalq Hüzn Günü; 8 mart Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart Novruz bayramı; 10, 11 aprel Ramazan bayram...
- 15 Dekabr 2023
Orta maaş hədləri
Dövlət Statistika Komitəsi 2023-cü il noyabrın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 921,1 manat (neft-qaz sektorunda 3491,7 manat, başqa sektorlarda 872,1 manat, dövlət müəssisələrində 886,8 manat, özəl müəssisələrdə 958,5 manat) göstərib. İqti...
- 15 Dekabr 2023
Büdcənin icra statistikası
2023-cü ilin dövlət büdcəsində 33 milyard 890,5 milyon manat gəlir, 36 milyard 624,8 milyon manat xərc nəzərdə tutulur. İlkin hesabata görə, yanvar-noyabr aylarında büdcəyə 29 milyard 642 milyon manat daxil olub, büdcədən 29 milyard 155,2 milyon manat xərclənib. Novator.az D...
- 15 Dekabr 2023
Demoqrafik hesabat
2023-cü il noyabrın 1-nə Azərbaycan əhalisinin rəsmi sayı 10 milyon 172 min 823 nəfərə çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-oktyabr aylarında 94671 doğulan, 50040 ölən, 44643 nikah, 17988 boşanma qeydə alınıb. 2022-ci ilin yanvar-oktyabr aylar...
- 15 Dekabr 2023
Makroiqtisadi göstəricilər
Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Hesabata görə, yanvar-noyabr aylarında kənd təsərrüfatının ümumi məhsulu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 3,3 faiz, bitkiçilik məhsulları istehsalı 2,8 f...
- 15 Dekabr 2023
Dalanda həzm çətinləşsə də…
İmran Bədirxanlı Dünyanın tanıdığı detektiv deyirdi ki, ən çətin vəziyyətdən ən azı bir çıxış yolu var Artur Konan Doylun məşhur qəhrəmanı – xəfiyyə Şerlok Holms özünün deduksiya qabiliyyəti və intuisiyası sayəsində ən ağır cinayətlərin izinə düşməyi, ən müəmmalı qətll...
- 15 Dekabr 2023
Hakim partiya İlham Əliyevi seçir
Hakim Yeni Azərbaycan Partiyası dövlət başçısı İlham Əliyevi prezidentliyə namizəd göstərib. Qərar İdarə Heyətinin 15 dekabr iclasında qəbul olunub. Prezident seçkisi 2024-cü il fevralın 7-də keçiriləcək. Novator.az bildirir ki, 1961-ci il dekabrın 24-də doğulan İlham Əliyev...
- 15 Dekabr 2023
Tofiq Yaqublu: ittihamlar üzə çıxır
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dekabrın 14-ü axşam siyasətçi Tofiq Yaqublunu tutub. “Turan”ın məlumatına görə, siyasətçi külli miqdarda ziyan vurmaqla dələduzluqda, rəsmi sənədləri saxtalaşdırmada və bilə-bilə saxta sənədlərdən istifadə etmədə şübhəli bilinir. ...
- 15 Dekabr 2023
24 ölkə, 64 komanda
UEFA Avropa Liqasının H qrupunda Azərbaycanı təmsil edən “Qarabağ” son oyununu keçirib. Dekabrın 14-ü Bakıda “Haken”lə (İsveç) görüşən komanda rəqibini üstələyib – 2:1. “Bayer” (Almaniya) – “Molde” (Norveç) matçında 5:1 hesabı qeydə alınıb. Novator.az bildirir ki, “Bayer” qr...
- 15 Dekabr 2023
Avropa yolunda
Gürcüstan dekabrın 14-də Avropa İttifaqı üzvlüyünə namizəd statusu alıb. Ölkə ittifaqa qoşulmaq üçün 2022-ci il martın 3-də rəsmi ərizə verib. Novator.az bildirir ki, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Moldova, Ukrayna, Bosniya və Herseqovina da namiz...
- 15 Dekabr 2023
Akif Muradverdiyevə təzminat ödənəcək
Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 14-də sabiq məmur Akif Muradverdiyevin Azərbaycan dövlətindən şikayəti üzrə qərar elan edib. Qərara görə, sabiq məmurun Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ədalətli məhkəmə araşdırması hüququna müdaxilə baş verib və ona 4...
- 14 Dekabr 2023
Həbs dalğası
Dekabrın 13-də tutulan “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalıya qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı irəli sürülüb. Hafiz Babalı “Abzas Media” internet nəşrinin əməkdaşı kimi də tanınır. Bu nəşrin dire...
- 14 Dekabr 2023
Miqrasiya pozuntuları, qərarlar
Dövlət Miqrasiya Xidməti 2023-cü ilin noyabr ayının statistikasını açıqlayıb. Qanunvericiliyin pozulması hesabatına görə, 465 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 504 qərar ölkədə yaşamağı qanuniləşdirib. 207 qərar ölkədən inzibati qaydada çıxarılmaqla ...
- 14 Dekabr 2023