BÜTÜN MATERİALLAR
Naxçıvan ziyarəti
Türkiyənin baş naziri Binəli Yıldırım dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər mərhum prezident Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarətlə başlayıb. AZƏRTAC xəbər verir ki, sonra Binəli Yıldırım Naxçıvan Muxtar Respubli...
- 21 Dekabr 2017
Əvəz Zeynallı cərimələndi
Jurnalist, Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Əvəz Zeynallı 200 manat cərimə edilib. Novator.az-ın məlumatına görə, qərar dekabrın 20-də Binəqədi Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsinə əsasən çıxarılıb...
- 20 Dekabr 2017
Hökumətin 7 üzvü istefaya göndərildi
Dekabrın 20-də Moldovada Nazirlər Kabinetinin 7 üzvü istefaya göndərilib. Novator.az-ın məlumatına görə, xarici işlər və Avrointeqrasiya naziri; ədliyyə naziri; iqtisadiyyat və infrastruktur naziri; kənd təsərrüfatı, regional inkişaf və ətraf mühit naziri; səhiyyə naziri; əm...
- 20 Dekabr 2017
Jirinovski SSRİ-dən qopanlara muxtariyyət vəd edir
Dövlət Dumasının sədr müavini, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski keçmiş SSRİ məkanındakı müstəqil ölkələrin könüllü şəkildə Rusiyanın tərkibinə qatılmasına çağırış edib. 1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil ol...
- 20 Dekabr 2017
Əli Əliyevin ölüm işi: prokuror cəza istəyib
Qarabağ müharibəsi veteranı, yazıçı-publisist Əli Əliyevin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkəmə araşdırması başa çatır. Hadisə 2016-cı ilin fevral ayının 14-də paytaxtda baş verib. AZAL-ın işçisi Seymur Qarayev idarə ...
- 20 Dekabr 2017
Bakı bəyannaməsindən
Azərbaycan, İran, Türkiyə xarici işlər nazirlərinin dekabrın 20-si Bakıda keçirilmiş beşinci üçtərəfli görüşündə qəbul olunan bəyannamə yayılıb. Mfa.gov.az-ın məlumatına görə, sənəddə deyilir: “Nazirlər bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş bəyannamələrdəki öhdəl...
- 20 Dekabr 2017
Ədliyyə Nazirliyindəki yeni xidmətə rəis təyin olunub
Ədliyyə Nazirliyində yeni yaradılmış quruma – Probasiya Xidmətinə rəis təyin olunub. Məlumatı Oxu.az yayıb. Məlumata görə, Probasiya Xidmətinin rəisi postunu Aqşin Ziyadov tutub. Aqşin Ziyadov buna qədər Nizami rayon prokuroru vəzifəsində çalışıb. Novator.az xatırladır...
- 20 Dekabr 2017
Amerika-İsveç modeli davam edəcək
Dekabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Rəsmi məlumata görə, konfransda çıxış edən ə...
- 20 Dekabr 2017
Payızlıq bitkilərin səpini: hesabat
Dövlət Statistika Komitəsi payızlıq bitkilərin səpini barədə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, dekabrın 1-nə 2018-ci ilin məhsulu üçün 879040,1 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpilmiş sahənin 98,4 faizini ...
- 20 Dekabr 2017
Üçtərəfli görüşdə nədən söhbət gedib?
Dekabrın 20-si Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. Nazirlər Elmar Məmmədyarov, Məhəmmədcavad Zərif və Mövlud Çavuşoğlu görüşdən sonra birgə mətbuat konfransında açıqlamalar veriblər. Elmar Məmmədyarov qeyd edib ki,...
- 20 Dekabr 2017
Ekoloji pozuntular, cəzalar
1-15 dekabr arası ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını araşdıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti hesabat yayıb. Bildirilir ki, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın ...
- 20 Dekabr 2017
20-ci orden verildi
Dekabrın 20-də prezident İlham Əliyev xalq rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordeni təqdim edib. Ömər Eldarovun dekabrın 21-də 90 yaşı tamam olur. O, “Heydər Əliyev” ordeni alan 20-ci şəxsdir. Novator.az bildirir ki, 2005-ci ildə təsis olunmuş “Heydər Əliyev...
- 20 Dekabr 2017
Namiq Sadıqlının şikayəti təmin olunmayıb
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində AXCP fəalı, bloqçu Namiq Sadıqlının həbsindən verilmiş şikayətə baxılıb. Azadliq.info xəbər verir ki, şikayət təmin olunmayıb, inzibati həbs qərarı qüvvədə saxlanıb. Namiq Sadıqlını (Namiq Sadiqov) noyabrın 30-da polis saxlayıb. D...
- 20 Dekabr 2017
Ermənistan və daha 25 ölkə Ukraynaya qarşı çıxdı
BMT Baş Məclisi Ukraynanın Krım bölgəsi ilə bağlı qətnamə qəbul edib. 2014-cü ilin fevralından Ukrayna torpaqlarının bir hissəsi Rusiyanın işğalı altındadır. Krım Muxtar Respublikası və Sevastopol şəhəri Rusiyaya birləşdirilib, Donbas bölgəsində isə Moskvadan dəstək alan iki...
- 20 Dekabr 2017
“Azadlıq”lar blokda qaldı
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” radiosunun Azadliq.org saytına və “Azadlıq” qəzetinin Azadliq.info saytına girişin məhdudlaşdırılması barədə qərardan verilmiş şikayətə baxılıb. Sözügedən qərar bu il mayın 12-də Səbail Rayon Məhkəməsində çıxarılıb. Qəra...
- 20 Dekabr 2017
Azərbaycan nefti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AZƏRTAC-ın 20 dekabr məlumatına görə, London birjasında “Brent” markalı neftin bir barreli 63,90 dollara, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 57,75 dollara qalxıb. “AzəriLayt” markalı neftin...
- 20 Dekabr 2017
Məzənnələr
Mərkəzi Bank dekabrın 20-də avronu yenidən bahalaşdırıb. Rəsmi kurs 2,0048 manatdan 2,0132 manata yüksəlib. Gürcü larisinin də məzənnəsində artım var. Ötən gün banklara 0,67 manata təklif olunmuş lari indi 0,674 manata satılır. ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manatdır....
- 20 Dekabr 2017
AZƏRTAC-ın nizamnaməsi
Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) nizamnaməsini təsdiqləyib. Novator.az-ın məlumatına görə, dekabrın 19-da imzalanmış fərmanla AZƏRTAC-ın icra orqanının yaradılması, qurumun yenidən təşkili və ləğvi dövlət başçısının səlahiyyətinə...
- 20 Dekabr 2017
Yola cavabdeh olan agentlik rəsmiləşdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nizamnaməsi prezident fərmanı ilə rəsmiləşib, həmçinin qurumun strukturu təsdiq edilib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin dekabrın 19-da verdiyi fərmanla Nazirlər Kabinetinə “Azəravtoyol” Açıq Səhmdar Cəm...
- 20 Dekabr 2017
Açıq məkanda reklam qaydası təsdiqlənib
Dövlət başçısı İlham Əliyevin 19 dekabr fərmanı ilə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası; reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği və reklam yayımına görə ödənilən haqqın məbləği...
- 20 Dekabr 2017