Hökumət başçısı postuna xarici işlər nazirinin namizədliyi irəli sürülüb
Novator.az xəbər verir ki, Gürcüstan parlamentində çoxluğa sahib olan Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası dekabrın 25-də baş nazir postuna xarici işlər naziri səlahiyyətlərinin icraçısı Georgi Kvirikaşvilinin namizədliyini irəli sürüb. Namizədi əvvəl prezident, sonra parlament təsdiqləməli...
Ukrayna parlamenti 2016-cı ilin büdcəsini qəbul etdi
Ukrayna parlamenti (Rada) 2016-cı ilin dövlət büdcəsini qəbul edib. Novator.az xəbər verir ki, 263 deputatın dəstəklədiyi qanuna görə, gələn il Ukrayna büdcəsinin gəlirləri 595 milyard 100 milyon qrivna, xərcləri isə 684 milyard 500 milyon qrivna olacaq. 1 Ukrayna qrivnası 0,04516 Azərbaycan manatın...
Şadlıq sarayı və restoranlarda musiqi xidməti sərt vergi nəzarətinə götürülür
Vergilər Nazirliyində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib. Nazirliyin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov görüşdə Vergi Məcəlləsinə dəyişikliklər barədə məlumat verib. O deyib ki, 2016-cı ilin yanvarın 1-dən ...
Nazirlər Kabineti üç bayram haqqında qərar qəbul edib
Nazirlər Kabineti 2016-cı ilin üç bayramı haqqında qərar qəbul edib. Transparency.az bildirir ki, qərara əsasən, 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 6, 7 iyul Ramazan bayramı, 12, 13 sentyabr Qurban bayramıdır. Qanunvericiliyə görə, həmin günlər iş günü hesab edilmir.
Dollar üzüyuxarı gedir
Dekabrın 25-də Azərbaycan manatı yenə ucuzlaşıb. Transparency.az bildirir ki, Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5540 manatadır. Avronun rəsmi kursu isə dekabrın 25-də 1,7043 manat həcmində qərar tutub (Məzənnələr). Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçib. Həmin gün rəs...
Prezident: “Sosial sahədə bir dənə də olsun ixtisar olmayacaq”
“Gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq”. AZƏRTAC xəbər verir ki, dekabrın 24-ü Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binasının istifadəyə verilməsi mərasimində çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd...
Jurnalistlərin binasında dövlət reyestrindən çıxarışlar təqdim edilib
Bakıda jurnalistlər üçün inşa edilmiş və 2013-cü ildə istifadəyə verilmiş binada mənzil sahibi olan 100-dən çox jurnalistə Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində dekabrın 24-də binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim edilib. AZƏ...
Mərhum jurnalistin valideynləri ikinci dəfə prezidentə müraciət ediblər
Qətlə yetirilmiş jurnalist Rasim Əliyevin valideynləri ikinci dəfə prezident İlham Əliyevə müraciət ediblər. ANN.TV-nin reportyoru Rasim Əliyevi bu il avqustun 8-də bir qrup şəxs döyüb, jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu və kapitanı Cavid Hüsey...
Rusiyanın ehtiyatları bir həftədə 2 milyard 300 milyon dollar azalıb
Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə – dekabrın 11-dən 18-nə qədər 2 milyard 300 milyon dollar azalaraq 368 milyard 900 milyon dollara düşüb. Novator.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı dekabrın 24-də belə məlumat yayıb. Rusiyanın beynəlxalq ehtiyatları Mərkəzi Bank və hökumətin sə...
Hərbi itkilər haqqında monitorinqin nəticələri açıqlanıb
Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda itkilər haqqında monitorinqin nəticələrini açıqlayıb. “Azadlıq” radiosu xəbər verir ki, ölkə mediası və sosial şəbəkələrdə əksini tapan informasiyalar əsasında hazırlanan monitorinqin nəticələrinə görə, 2015-ci ildə (...
“Şəffaflıq Azərbaycan” yeni müzakirə keçirib tövsiyələr təqdim etdi
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi dekabrın 24-ü Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Qaz təchizatı prosesində istehlakçıların hüquqlarının, şəffaflığın qorunması və mövcud problemlərin həlli yolları” mövzusunda dəyirmi masa keçirib. Transparency.az bildirir ki, Az...
Hesablama Palatası “Azərsu”da nöqsanlar aşkarlayıb
Hesablama Palatasının iclasında “Azərsu” ASC-də “Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” və “Açıq kommunal infrastruktur proqramı-II” layihələrinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən və Almaniyanın “KfW” Bankından cəlb olunmuş kreditlər və dövlət əsaslı vəsait...
Rusiyanın ali müftisi dəyişdi
Rusiya müsəlmanlarının ali müftisi dəyişib. Tatarıstan müftisi Kamil Samiqullin Rusiyanın ali müftisi postuna gətirilib. O, bu vəzifədə Təlqət Tacuddini əvəzləyəcək. Novator.az xəbər verir ki, Kamil Samiqullinin ali müfti təyin olunması qərarını Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin plenumu ...
Başqırdıstanda 14 yaşda nikaha icazə verildi
Rusiyanın Başqırdıstan Respublikasının parlamenti erkən nikaha yol açan qanun qəbul edib. Novator.az bildirir ki, yeni qanun müəyyən hallarda 14 yaşda nikah bağlanmasına icazə verir. Başqırdıstanın Ailə Məcəlləsinə görə, nikah yaşı 18-dir. Parlamentdə qəbul olunan yeni qanunla bu məcəlləyə düzəliş e...
Qubad İbadoğlu sahibkarlara və ticarətçilərə müraciət edib
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu sahibkarlara və ticarətçilərə müraciət edib. Ekspert manatın 21 dekabr devalvasiyası fonunda süni qiymət artımı yaratmayıb səbirli davranmağı məsləhət görür. Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçi...
“Günəşli”də yanğın 20 gün sonra: axtarış davam edir
Fövqəladə Hallar Nazirliyi Xəzərdəki “Günəşli” neft-qaz yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması tədbirlərini davam etdirir. Dekabrın 24-də Fhn.gov.az-da yayılan rəsmi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsö...
İlham Əliyev sosial obyektlərin açılışlarında iştirak edib
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-ü Bakıda gözdən əlil şəxslər üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib. 12 mərtəbəli binada ...
“Dövrün çağırışları hakimiyyətin bölüşdürülməsini tələb edir”
Müxalif Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat” qəzetinə müsahibəsində manatın devalvasiyasının ölkə iqtisadiyyatına təsirindən və çıxış yollarından danışıb. O deyib ki, hakimiyyət özünün səbəb olduğu böhranın nəticələrini xalqın hesabına həll etmək istəyir: “Problemi belə şək...
Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni rektor
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına yeni rektor təyin edilib. Prezident İlham Əliyevin 23 dekabr sərəncamı ilə bu post Fuad Hacı oğlu Hacıyevə həvalə olunub. O, Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışırdı. Bədən Tərbiyəsi və İdman Akademiyasının əvvəlki r...
Diplomatik korpusda dəyişikliklərə sərəncam verildi
Prezident İlham Əliyev diplomatik korpusla bağlı sərəncamlar imzalayıb. Transparency.az xəbər verir ki, Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Küveytdə fövqəladə və səlahiyyətli səfiri, Daşqın Məzi oğlu Şikarov Pakistanda fövqəladə və səlahiyyətli səfiri, Emil Zülfüqar oğlu Kərimov Bolqar...