2 may məzənnələri
Mərkəzi Bank mayın 2-də də ABŞ dollarının qiymətini dəyişməyib. Dollar banklara yenə aprelin 26-da müəyyən olunmuş 1,7025 manat məzənnə ilə satılır. Rusiya rublunun rəsmi kursu da yenilənməyərək 0,0299 manat səviyyəsində qalıb. Avro isə bahalaşıb. Novator.az-ın məlumatına görə, rəsmi kurs 1,8542 man...
Neft Fondu nədən qazanıb, nəyə xərcləyib?
Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası haqqında prezident sərəncamı imzalanıb. Novator.az-ın məlumatına görə, 2016-cı ilin gəlirləri 9 milyard 410 milyon 180 min manat, xərcləri 9 milyard 22 milyon 59 min manat təsdiq edilib. Gəlirlər proqnozuna 205,5%, xərclər proqnozuna 84,6% əməl olunu...
Veteranlar sərəncamı 13 min 312 nəfərə şamil olunub
Prezident İlham Əliyevin 1941-1945-ci illər müharibəsinin iştirakçıları ilə bağlı 24 aprel sərəncamı icra olunub. Sərəncama əsasən, 2017-ci ilin dövlət büdcəsindən müharibə veteranları üçün 7,2 milyon manat ayrılmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, sərəncamda göstərilən qr...
Mehman Qələndərovun ölümü ilə bağlı rəsmi məlumat
Mayın 1-də Ədliyyə Nazirliyi və Baş Prokurorluq bloqçu Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında intiharı ilə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir ki, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Mehman Qələndərov 2017-ci il fevralın 7-də Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərə...
Bloqçunun ölümü: yeni versiya və təkliflər var
Mayın 1-də Siyasi Məhbusların Müdafiə Mərkəzi bloqçu Mehman Qələndərovun faciəli ölümü ilə bağlı toplantı keçirib. Mehman Qələndərov 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetini sosial psixologiya ixtisası üzrə bitirib. 10 ildən artıq orta ixtisas təhsili sistemində (kollec) psixologiya, fəl...
Mehman Hüseynovla bağlı nazirə müraciət göndərilib
Ombudsman Elmira Süleymanova daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətində o, bloqçu Mehman Hüseynovun şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün zəruri addımların atılmasını istəyib. Vəkil Elçin Sadıqovun “Azadlıq” radiosuna dediyinə görə, ombudsmanın məktubunda qeyd olunur ki, Mehm...
Naxçıvanda orta aylıq əməkhaqqı 413 manatdır
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi makroiqtisadi göstəricilərə dair yeni məlumat yayıb. AZƏRTAC-da yayılan xəbərə görə, 1996-cı ildən 1 yanvar 2017-ci ilədək muxtar respublikada 88 min 871 yeni iş yeri açılıb, bunun da 70 faizi daimi iş yerləri olub. Hesabata əsasən, məşğul ə...
Ukraynada 18 mindən çox adam vətəndaşlıqdan çıxarılıb
Ukraynada 2014-cü ildən bəri 18 min 676 nəfər ölkə vətəndaşlığından çıxarılıb. Novator.az xəbər verir ki, vətəndaşlıqdan çıxarılma qərarları prezident Pyotr Poroşenkonun imzası ilə rəsmiləşib. 2014-cü ildə 4 min 640 nəfərin, 2015-ci ildə 5 min 818 nəfərin, 2016-ci ildə 7 min 347 nəfərin vətəndaşlığı...
Makron 61%-lə öndədir
“OpinionWay” şirkəti Fransada prezident seçkisinin ikinci turu ilə bağlı yeni sorğunun nəticələrini açıqlayıb. Mayın 7-də keçiriləcək ikinci turda “İrəli” hərəkatının lideri, sabiq iqtisadiyyat naziri Emmanuel Makron və Milli Cəbhənin lideri Marin Le Pen mübarizə aparır. Novator.az-ın məlumatına gör...
Yalnız Yerdə rast gəlinən dalğa Günəşdə də müşahidə olunub
Amerikalı alimlər Günəşdə Rossbi dalğaları qeydə alıblar. Belə dalğalar indiyədək yalnız Yer planetində müşahidə edildiyindən fakt alimləri təəccübləndirib. Novator.az-ın məlumatına görə, bununla bağlı “Nature Astronomy” jurnalında dərc edilmiş yazıda deyilir ki, dalğanı Günəş sistemini öyrənən alim...
“Biz qara qızıl kapitalını insan kapitalına qoyuruq”
“Azərbaycanın uğurlu neft siyasəti bütün sahələrə öz müsbət təsirini göstərib”. Prezident İlham Əliyev mayın 1-də SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında belə deyib. AZƏRTAC-ın məlumatına görə, Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş şəhərcikdə dövlət başçısı m...
Əmək müqaviləsi bildirişləri üzrə yeni hesabat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi ilə bağlı hesabat yayıb. Rəsmi məlumata görə, istifadəyə verildiyi 2014-cü ilin iyulundan bu il mayın 1-dək əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 7 milyon 606 min 800...
Kür çayında suyun səviyyəsi azalıb, Qanıx çayında artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir. Mayın ...
Milli çempionatlarda vəziyyət nə yerdədir?
Münhenin “Bavariya” komandası Almaniya futbol birinciliyində sona 3 tur qalmış çempionluğu təmin edib. 31 turda 73 xal toplayan “Bavariya” ən yaxın izləyicisi “Leypsiq”i 10 xal qabaqlayaraq əlçatmaz olub. UEFA-nın bir neçə aparıcı üzvünün də çempionları bəllidir. Novator.az-ın məlumatına görə, İsveç...
İmam Əli məscidində yanğın
Mayın 1-nə keçən gecə İsveçin paytaxtı Stokholm yaxınlığında İmam Əli məscidi yanıb. Novator.az-ın məlumatına görə, məscidin yandırıldığı ehtimal olunur. Məscid Stokholm ətrafındakı Yerfelle şəhərində yerləşir. Yanğın məscid binasının çölündən başlayıb. Xəsarət alan olmayıb. İmam Əli məscidində 3 mi...
Dörd ayın ən populyar adları
Novator.az Azərbaycanda bu il doğulmuş uşaqlara verilən populyar adların siyahısını təqdim edir. Yanvar-aprel aylarının ən populyar qız adı Zəhra olub. 617 uşağa Zəhra adı qoyulub. 540 uşaq Nuray, 385 uşaq Zeynəb və Fatimə, 379 uşaq Məryəm adı alıb. İlk onluğa Aylin (363), Dəniz (350), Mələk (339), ...
Bayram Məmmədov vəziyyətinin ağır olduğunu söyləyib
Həbsdə olan gənc fəal Bayram Məmmədov ombudsman Elmira Süleymanovanın və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndələrinin ona baş çəkməsini istəyir. Bu haqda ictimaiyyəti onun vəkili Elçin Sadıqov məlumatlandırıb. Vəkil sosial şəbəkədə yazıb ki, aprelin 29-da 13 saylı Cəzaçəkmə Müəssisəs...
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri başlayıb
Mayın 1-də Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb. Xəbəri Mod.gov.az yayıb. Rəsmi açıqlamaya görə, təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahları...
Dörd ayda dollar neçə qəpik ucuzlaşıb?
2017-ci ilin əvvəlindən bəri ABŞ dolları 6 qəpikdən çox ucuzlaşıb. Novator.az bildirir ki, dolların rəsmi kursu yanvara 1,7707 manatla başlayıb, aprel ayı 1,7025 manatla başa çatıb, may ayı da estafeti həmin qiymətlə alıb. Bu, dörd ayda 0,0682 manat eniş deməkdir. ABŞ dollarının Azərbaycan manatına ...
Hərraclarda 1 milyard 14,2 milyon dollar satılıb
Dövlət Neft Fondu aprel ayında keçirilən valyuta hərraclarında 220,8 milyon ABŞ dolları satıb. Novator.az bildirir ki, Mərkəzi Bankın ötən dörd ayda keçirdiyi hərraclarda satışın ümumi həcmi 1 milyard 14,2 milyon ABŞ dolları olub. Yanvar hərraclarında Dövlət Neft Fondundan 285 milyon dollar, fevral ...