Avropa Şurası İlqar Məmmədovla bağlı yeni qətnamə qəbul edib
Avropa Şurasının Nazirlər Komitəsi REAL Hərəkatının məhbus rəhbəri İlqar Məmmədovla bağlı yeni qətnamə qəbul edib. Qurumun 20-21 sentyabr toplantısında qəbul edilən qətnamədə siyasətçinin azad olunması istənir. Azadliq.org-un məlumatına görə, qətnamə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar ...
Dövlət Dumasına yeni sədr gətirilir
Rusiya prezidenti Vladimir Putin Vyaçeslav Volodinin Dövlət Dumasının sədri postuna seçilməsini təklif edib. Prezident Administrasiyası rəhbərinin birinci müavini postunu tutan Vyaçeslav Volodin sentyabrın 18-də hakim Vahid Rusiya Partiyasının proporsional siyahısından Dövlət Dumasının deputatı seçi...
Bank Qənimət Zahidin verdiyi etibarnamənin təsdiqini istəyir
“Azadlıq” qəzeti hələ də nəşrini bərpa edə bilmir. Avqustun 20-də qəzetin maliyyə direktoru Faiq Əmirli həbs ediləndən redaksiyanın bank əməliyyatı aparması mümkün olmayıb. Maliyyə direktorunun səlahiyyətlərinin icrası üçün başqa şəxsin imza nümunəsinin notarial qaydada təsdiqlənməsi lazım gəlib. Bu...
Fransada radikal islam ideyalı yeniyetmələrin sayı artır
Fransada 2000 nəfərə yaxın yeniyetmə radikal islam ideyalarının təsiri altındadır. Novator.az-ın məlumatına görə, bunu Fransanın “Fiqaro” jurnalı yazıb. Jurnal bu nəticəyə öz araşdırması nəticəsində gəlib. “Fiqaro”nun yazdığına görə, Fransada 2016-cı ilin yanvarından radikal islam ideyalı yeniyetməl...
Klinton və Tramp: kim harada önə çıxıb?
ABŞ-da prezidentliyə namizədlərin hansı ştatlarda üstün olduğu bilinib. Prezident seçkisi noyabrın 8-də keçiriləcək. Dövlət başçısını ştatların seçki günü müəyyənləşən nümayəndələri – 538 nəfərlik Seçicilər Kollegiyası seçir. Ştatların neçə nümayəndə seçməsi əhalinin sayından asılıdır. Prezident seç...
Sağlamlıq reytinqi: Azərbaycan 188 ölkə arasında 75-cidir
“The Lancet” jurnalı dünya üzrə sağlamlıq reytinqini açıqlayıb. 33 tibbi göstərici əsasında tərtib olunan reytinqdə Azərbaycan 188 ölkə arasında 75-ci yeri tutur. Novator.az-ın məlumatına görə, qonşulardan Ermənistan 86-cı, Gürcüstan 106-cı, Rusiya 119-cü sırada qərarlaşır. Reytinq cədvəlinə İslandi...
Gələn ilin büdcəsi Nazirlər Kabinetindən keçdi
Nazirlər Kabineti sentyabrın 22-də baş nazir Artur Rasizadənin sədrliyi ilə 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və p...
Pambıq istehsalçılarına subsidiya sərəncamı imzalanıb
Azərbaycan prezidenti pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 10 qəpik subsidiya nəzərdə tutulur. Subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış x...
Rusiyada parlament seçkisinin nəticələri təsdiqlənib
Sentyabrın 23-də Rusiyanın Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına seçkinin nəticələrini təsdiqləyib. Ötən bazar günü keçirilmiş seçkidə parlamentin aşağı palatasına 225 nəfər proporsional sistemlə, 225 nəfər majoritar sistemlə seçilib. Novator.az bildirir ki, qəti nəticələrə görə, hakim Vahid Rus...
Xarici valyutalar aşağı üz tutub
Sentyabrın 23-də Mərkəzi Bank ABŞ dolları başda olmaqla əksər xarici valyutanın kursunu aşağı salıb. Ötən gün 1,6331 manata təklif olunan 1 dollar 1,6292 manata satılır. Novator.az-ın məlumatına görə, digər valyutaların rəsmi məzənnəsi (Siyahı) belə müəyyən olunub: 1 avro – 1,8241 manat 1 gürcü lari...
“Reallığı əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir”
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun Azərbaycanla bağlı hesabatını ( “Azərbaycanda QHT-lər təqib olunur”) pisləyib. Yerli KİV-ə müsahibəsində Əli Həsənov qeyd edib ki, xüsusi məruzəçi h...
BMT məruzəçisi: “Azərbaycanda QHT-lər təqib olunur”
İnsan hüquqlarının vəziyyətini araşdırmaq üçün sentyabrın 14-dən Azərbaycanda səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst sentyabrın 22-si Bakıda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, o, insan hüquqları üzrə araşdırmalarının ilkin nəticələrini və tövsiyələrini açıqlayıb. Forst d...
Məscidin qabağında klip qalmaqal doğurub
Tatar müğənni Rəzidə Qaniullinanın “Canım” adlı mahnısına çəkdirdiyi klip qalmaqal doğurub. Novator.az xəbər verir ki, klip Rusiyanın Tatarıstan Respublikasının Bolqar şəhərində Ağ məscidin qabağında çəkilib. Klipdə müğənni açıq-saçıq geyimdə göbək rəqsi edir. Bu, Tatarıstanda bir sıra insanların, x...
Cəbhəçi gənc cəzadan azad olunmadı
Sentyabrın 22-də AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Elvin Abdullayevin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi üçün verilmiş iddiaya baxılıb. Elvin Abdullayev 2015-ci ilin əvvəlindən həbsdədir. Həmin ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddə...
Forumda həm hesabat verilib, həm kredit
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sentyabrın 22-də Ağstafa rayonunun Göycəli kəndində işgüzar forum keçirib. Rəsmi məlumata görə, 90-a yaxın sahibkarın iştirak etdiyi forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki...
Ermənistanda nazirliklər yenidən qurulur
Ermənistan hökumətində struktur dəyişiklikləri aparılacaq. Novator.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 22 sentyabr iclasında çıxış edən aparat rəhbəri – nazir David Arutyunyan belə deyib. Arutyunyan qeyd edib ki, İqtisadiyyat Nazirliyi İnvestisiya və Sahibkarlığa Dəstək Nazirliyinə çevriləcə...
Azərbaycanda hər 100 nəfərdən 77-si internet istifadəçisidir
Beynəlxalq Telekommunikasiya İttifaqının “The State of Broadband” adlı yeni hesabatı yayılıb (Hesabat). Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-Economics-ə bildiriblər ki, Azərbaycan reytinq cədvəlində hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə dünyada 36-cı yeri tutur. He...
19 banka 61,4 milyon dollar satıldı
Sentyabrın 22-də Dövlət Neft Fondu Mərkəzi Bankın keçirdiyi valyuta hərracında 19 banka 61,4 milyon dollar məbləğində vəsait satıb. Mərkəzi Bank valyuta hərracına 50 milyon, Dövlət Neft Fondu 100 milyon dollar çıxarıb. Novator.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərracl...
Astarada əmək yarmarkası
Astara Rayon Mərkəzi Kitabxanasında ənənəvi əmək yarmarkası keçirilib. AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkaya rayonun 21 idarə, müəssisə və təşkilatından 18...
Dövlət Əmək Müfəttişliyi Xidməti 20 nəfəri işinə bərpa etdirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-avqust aylarında 783 530 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Həmin məbləğin 95 faizi (742 788 manat) gecikdirilmiş əmək haqlarından, qalan hi...