“İslahatlar bizim şüurlu seçimimizdir”
Prezident İlham Əliyev noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinə qatılıb. Paytaxtdakı Konqres Mərkəzində keçirilən mərasimdə çıxış edən İlham Əliyev deyib ki, Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilib: “Bu qərar bir daha onu göstərir ki, A...
Sabitlik və yenilənmələr
Noyabrın 26-da ABŞ dolları (1,7 manat) və Rusiya rublunun (0,0266 manat) rəsmi məzənnələri sabit qalıb. Mərkəzi Bank ucuzlaşan avronu 1,8723, Gürcüstan larisini 0,5709, Türkiyə lirəsini 0,2960 manata təklif edir. BƏƏ dirhəminin kursu 0,4629, Çin yuanı 0,2418, İngiltərə funt sterlinqi 2,1921 manata y...
Aparata kim rəhbər gəldi?
Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin olunub. Novator.az bildirir ki, 1981-ci il təvəllüdlü Rüfət Məmmədov Bakı Dövlət Universitetini beynəlxalq hüquq ixtisası ilə, Almaniyanın Drezden Texniki Universitetini Avropa inteqrasiya hüququ üzrə bitirib. Əmək fəaliyyətinə 200...
100 ilin sərəncamları
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə təltif sərəncamları imzalayıb. Novator.az-ın məlumatına görə, Əliyev Fikrət Əhmədəli oğlu, Əzizov Abdulsəyid Əbdülhəmid oğlu, Qurbanov Elşad Məcnun oğlu, Səlimov Arif Ağacan oğlu, Şəmsizadə Nizaməddin Şəmsəddin oğlu, Yaqubov ...
Prezident kürsüsünü qorudu
Rumıniyada prezident seçkisinin ikinci turunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, noyabrın 24-də keçirilmiş səsvermədə indiki dövlət başçısı Klaus Yohannisin qalib gəldiyi bəyan olunub. Milli Liberal Partiyanın təmsilçisi olan Klaus Yohannisin 65 faiz səs topladığı bildirilir. Onun...
Haqq-Ədalət Partiyası yaradılır
Sabiq səhiyyə naziri Əli İnsanov qurmaq istədiyi partiyanın adını elan edib: Haqq-Ədalət Partiyası. Noyabrın 24-də partiyanın təşkilat komitəsi yaradılıb. Əli İnsanovun sədrlik etdiyi təşkilat komitəsinə İsfəndiyar Vahabzadə (diplomat, alim), Qalibə Budaqova (Azərbaycan Milli Qəhrəman Ailələrinin So...
AXCP üzvü 5 illik həbsi başa vurdu
AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusifli noyabrın 25-də azadlığa buraxılıb. Xəbəri Report.az yayıb. Asif Yusifli 2014-cü il noyabrın 25-dən həbsdə idi. Bakı Ağır Cinayətlər Məhkəməsi onu dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirli bilərək 7 il 6 ay ...
Rusiya səfərindən
Moskvaya səfər edən birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 24-də Dövlət Tretyakov Qalereyasına baş çəkib, 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olub. AZƏRTAC-ın məlumatına görə, həmin gün Mehriban Əliyeva Rusiyanın TASS agentliyinə, “Rossiya 24” telekanalına və “Ros...
4 vəsiqə, 16 namizəd
2020-ci ilin Avropa futbol çempionatına son vəsiqələr uğrunda mübarizə aparan dördlüklər bəlli olub. Seçim UEFA Millətlər Liqasının 2018-ci ildə keçirilmiş qrup turnirinin yekunları əsasında aparılıb. Bu mərhələnin oyunları 2020-ci il martın 26-sı (yarımfinallar) və 31-nə (finallar) təyin olunub. Hə...
Azərbaycan nefti 68 dollardan bahadır
London birjasında brent markalı neftin bir barreli 63,52 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 58,14 dollara düşüb. Bahalaşan Azərbaycan nefti “AzəriLayt”ın bir barreli isə 68,14 dollara satılır. Xəbəri AZƏRTAC noyabrın 22-də yayıb. Novator.az bildirir ki, Azərbaycanın 2019-cu...
Nazirlik yeni evlər təqdim edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi noyabrın 21-də Ağcabədi, Bərdə, Ağdam, Sabirabad və başqa rayonlarda yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib. Noyabrın 22-də yayılan məlumatda isə Abşeron rayonunun Qobu qəsəbəsində 10 fərdi ...
Rəsmi məzənnələr
Noyabrın 22-də bir çox xarici valyutanın rəsmi kursu yüksəlib. Novator.az-ın məlumatına görə, bahalaşan BƏƏ dirhəmi banklara 0,4629, Çin yuanı 0,2418, Gürcüstan larisi 0,5712, Rusiya rublu 0,0267, Türkiyə lirəsi 0,2983 manata təklif olunur. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7 manat həddində ...
Moskva danışıqları
Rusiyaya rəsmi səfər edən birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 21-də baş nazir Dmitri Medvedyevlə görüşüb. Dmitri Medvedyev Mehriban Əliyevanın səfərinin çox yaxşı proqramının olduğunu vurğulayıb: “Buraya bizim danışıqlarımız, Rusiya prezidenti ilə keçirəcəyiniz görüş, Rusiya regionları...
Hesabat və vədlər
“Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”. Prezident İlham Əliyev noyabrın 21-i Sumqayıtda, şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə belə deyib. Sumqayıta şəhər statusunun 1949-cu il noyabrın 22-də verildiyini vurğulayan dövlət başçısı qeyd edib ki, o, sənaye şəhəri kimi formalaşıb...
Prezident Sumqayıta baş çəkib
Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirə qatılıb. AZƏRTAC xəbər verir ki, dövlət başçısı tədbirdə nitq söyləyib. Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, əməkdar müəllim Ofeliya Babayeva, “Sumqayıt Kimya Səna...
İsraildə hökumət qurmaq mümkün olmur
İsraildə yeni hökumətin qurulması düyünə düşüb, daha bir növbədənkənar parlament seçkisi ehtimalı var. Novator.az bildirir ki, bu il aprelin 9-da keçirilmiş parlament seçkisində indiki baş nazir Benyamin Netanyahunun Likud Partiyası üstün gəlsə də, hökumət qurmaq mümkün olmayıb və parlament özünü bu...
10 aylıq turizm statistikası
Dövlət Turizm Agentliyi yeni statistika yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin on ayı ilə müqayisədə 10,9% artaraq 2,7 milyon nəfərə çatıb. On ayda Azərbaycana gələn turistlərin 797,6 nəfəri Rusiyanı, 593...
“O qüvvənin ətrafında təmərküzləşməyə məcburuq”
AXCP sədrinin müavini Seymur Həzi “Amerikanın Səsi”nə müsahibə verib. 1982-ci il təvəllüdlü Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini (bakalavr və magistr dərəcələri ilə) bitirib. 2014-cü il avqustun 29-da tutularaq bir nəfərə xəsarət yetirmək ittihamı ilə 5 il həbsdə yatıb. Demokratik Qüvvələrin...
Naxçıvanda orta maaş nə qədərdir?
Naxçıvan Muxtar Respublikasının rəsmi statistika qurumu 2019-cu ilin sosial-iqtisadi göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, yanvar-oktyabr aylarında ümumi daxili məhsul istehsalı bir il öncəki göstəricini 1,4 faiz ötərək 2,2 milyard manata çatıb. Hər nəfərə düşən ümumi dax...
İş yeri hesabatı
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 164,4 min yeni iş yeri açılıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, bunun 24,1 faizi qeyri-dövlət sektorunun payına düşür. Yeni iş yerlərinin 55 faizi Bakı şəhərində, 1,8 faizi Naxçıvan Muxtar Respublikasında, 43,2...