Qara siyahıda 850-dən çox adam var
Polşa vətəndaşı, “Glob-Press” agentliyinin baş redaktoru Vlodimej Kjijanovski Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının qara siyahısından çıxarılıb. Xarici İşlər Nazirliyinin 10 oktyabr məlumatına görə, Vlodimej Kjijanovski bu quruma məktubla müraciət ed...
İki yazara Nobel mükafatı verildi
Oktyabrın 10-da İsveç Akademiyası 2018 və 2019-cu illərin ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, 2018-ci ilin Nobel mükafatına polşalı şairə Olqa Tokarçuk, 2019-cu ilin Nobel mükafatına isə avstriyalı yazıçı Peter Handke layiq görülüb. İsveç A...
Milli Şura mitinqi harada keçirmək istəyir?
Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-u paytaxtda mitinq keçirmək niyyətindədir. Novator.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətdə mitinqə üç yerdən birini ayırmaq təklif olunub: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşıs...
İdarəçi adaşlar
Oktyabrın 8-də baş nazir təyin olunan Əli Əsədov hazırda yüksək dövlət vəzifəsi tutan 6-cı Əlidir. Novator.az bildirir ki, Nazirlər Kabinetinin rəhbərliyində Əli Əsədovun iki adaşı var – baş nazirin müavinləri Əli Əhmədov və Əli Həsənov. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdir...
Bakıda velosiped yolları çəkilir
Bakı küçələrində velosiped sürənlər üçün ayrıca yolların çəkilməsinə başlanıb. “Report”un xəbərinə görə, velosiped yollarını paytaxtın bütün mərkəzi küçələrində çəkmək nəzərdə tutulur. Bu işə paytaxtın Puşkin bağının yanındakı küçədən start verilib. Burada velosiped yolu küçənin hər iki istiqamətind...
Məhbus jurnalistin aclıq etdiyi bildirilir
Həbsdə olan jurnalist Polad Aslanov oktyabrın 9-da ailəsinə zəng vurub. Həyat yoldaşı “Azadlıq” radiosuna deyib ki, Polad Aslanov ona oktyabrın 5-dən aclıq aksiyası keçirdiyini bildirib. Onun sözlərinə görə, Polad Aslanov qeyri-qanuni həbs olunduğunu, istintaqın obyektiv aparılmadığını deyib, həbs m...
Sabitlik və dəyişmələr
Oktyabrın 10-da ABŞ dollarının məzənnəsi 1,7 manat həddində qalıb. Gürcüstan larisinin rəsmi qiyməti də dəyişməyib: 0.5735 manat. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank avro (1,8677 manat), Çin yuanı (0,2389 manat), İngiltərə funt sterlinqi (2,0785 manat), İsveç kronu (0,1711 manat) və Rusiya r...
Siftə 7-cidə gəldi
Azərbaycanın milli futbol komandası oktyabrın 9-u səfərdə Bəhreyn yığması ilə yoldaşlıq oyununda 3:2 hesabı ilə qalib gəlib. Novator.az bildirir ki, bu, Azərbaycan və Bəhreyn millilərinin üçüncü yoldaşlıq görüşü olub. Azərbaycan milli komandası əvvəlki oyunlarda da rəqibini üstələyib (2008-ci il okt...
Qurultay: yer bilindi, gün dəyişdi
Müsavatın 9-cu qurultayı oktyabrın 13-ü Bakının 7-ci mikrorayonundakı “Büllur” sarayında keçiriləcək. Novator.az-ın məlumatına görə, müsavatçıların paytaxtın icra hakimiyyəti və “Büllur” sarayı nümayəndələri ilə danışıqlarında belə razılaşma əldə olunub. Partiya qurultayı oktyabrın 12-də keçirməyi n...
Orta maaş: ilin və 15 ilin rəqəmləri
Rəsmi hesabata görə, 2019-cu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 587,7 manat olub. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsi 2018-ci ilin yekununda orta maaşı 544,1 manat göstərmişdi. Əvvəlki illərdə orta maaş bu məbləğlərdə rəsmiləşib:...
Köçəryan əməliyyat olunub
Ermənistanın sabiq prezidenti Robert Köçəryan oktyabrın 9-u paytaxt Yerevandakı “İzmirlyan” Tibb Mərkəzində əməliyyat olunub. Tibb ocağının rəhbərliyi və sabiq prezidentin vəkilləri detalları açıqlamır. Novator.az bildirir ki, Robert Köçəryan sentyabrın 30-da və oktyabrın 4-də “İzmirlyan” Tibb Mərkə...
AXCP üzvlərinə həbs cəzası verilib
AXCP üzvləri Elxan Əliyev və Əlizamin Salayev həbs olunublar. “Turan”ın məlumatına görə, oktyabrın 9-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onların hər birinə 15 sutka inzibati həbs cəzası verilib. Məhkəmə AXCP fəallarını İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə qəsdən tab...
Litium-ion batareyalarını yaradanlara Nobel mükafatı verildi
Oktyabrın 9-da 2019-ci ilin kimya üzrə Nobel mükafatı laureatları açıqlanıb. Novator.az-ın məlumatına görə, İsveç Elmlər Akademiyasının Nobel komitəsi mükafatın litium-ion batareyalarını yaradan alimlər Con Qudenaf (ABŞ), Stenli Uittinqhem (Böyük Britaniya) və Akira Yoşinoya (Yaponiya) verildiyini b...
Yeni kitablar: “Startap sənəti 2.0” və “Kiçik ölkə”
“Qanun” Nəşrlər Evi Qay Kavasakinin “Startap sənəti 2.0” və Laşa Buğadzenin “Kiçik ölkə” kitablarını çap edib. Qay Kavasaki“Startap sənəti 2.0” Bu kitab startap yaratmaq üçün məşhur müəllifin təlimatıdır. Kitabda Qay Kavasaki bir ideyanı effektiv şirkətə çevirməyin sirlərini bölüşür. Onun məqsədi nə...
Yadigar Sadıqov İsa Qəmbərin açıqlamasına münasibət bildirdi
Müsavat Divanının üzvü, başqanlığa namizəd Yadigar Sadıqov partiyanın sabiq başqanı, hazırda Məclis üzvü olan İsa Qəmbərin açıqlamasına münasibət bildirib. Oktyabrın 12-si Müsavatın 9-cu qurultayı keçirilməli, partiya başqanı seçilməlidir. Bu posta Yadigar Sadıqovla yanaşı indiki başqan Arif Hacılı ...
Azərbaycan rəqabət reytinqində
Dünya İqtisadi Forumu 2019-cu il üzrə qlobal rəqabətlilik indeksini açıqlayıb. İndeks institusional və makroiqtisadi göstəricilərə əsaslanır. Novator.az-ın məlumatına görə, Azərbaycan 141 ölkə arasında 58-ci yerdə göstərilir. 2018-ci ilin reytinqdə Azərbaycan 140 ölkə arasında 69-cu yerdə idi. Yeni ...
Reportyorlar (43)
Firuzə Davudqızı *** …3 gün keçdi. Hələ də bir xəbər yox idi. Səhərə az qalırdı, evdə yenə də kimsənin gözünə yuxu getməmişdi. Pəncərədən görürdüm onu. Azər həyətdə var-gəl edir, bir yerdə qərar tuta bilmirdi. Çox pərişan halda idi. Dinclik tapmırdı. Keçirdiyi hisslər simasında öz əksini tapm...
İsa Qəmbər Arifə işarə verdi
Müsavat Partiyası 9-cu qurultayını keçirməyə hazırlaşır. Qurultayda partiya başqanı da seçiləcək. Bu posta indiki başqan Arif Hacılı və Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqov namizəddir. 1911-ci ildə yaradılan Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Ba...
Neft büdcə qiymətinə enir
Dünya birjalarında neftin qiyməti düşüb. AZƏRTAC-ın 9 oktyabr məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 58,01 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 52,41 dollara satılır. Azərbaycan nefti “AzəriLayt”ın bir barrelinə 60,64 dollar qiymət qoyulduğu bildi...
Dollarsız yenilənmələr
Mərkəzi Bank oktyabrın 9-da avronun kursunu 1,8636, Rusiya rublunu 0,0261 manata endirib. Bahalaşan Gürcüstan larisi banklara 0,5735, Türkiyə lirəsi 0,2912 manata təklif olunur. ABŞ dollarının rəsmi məzənnəsi isə 1,7 manat həddində qalıb (Valyutalar). Bu qiymət 2018-ci il martın 7-dən qüvvədədir. Av...