Prezident postunu itirə bilər
Salome Zurabişvili Gürcüstan prezidenti postunu itirə bilər. Ölkənin Konstitusiya Məhkəməsi impiçment barədə müraciətə baxaraq dövlət başçısının 2023-cü ildə hökumətin razılığı olmadan Avropaya səfərə getməsini ana qanunun pozuntusu sayıb. Rəy oktyabrın 16-da açıqlanıb. İmpiçment təşəbbüsünü hakim G...
2024-cü ilin dövlət büdcəsi layihəsi
2024-cü ilin dövlət büdcəsi layihəsi parlament müzakirəsinə göndərilib. Layihədə gəlirlər 34 milyard 173 milyon manat, xərclər 36 milyard 763 milyon manat göstərilir. Xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 7 milyard 787,9 milyon manat; müdafiə və milli təhlükəsizlik – 6 ...
Qarabağ reydi
Prezident İlham Əliyevin Qarabağa 15 oktyabr səfərindən geniş materiallar yayılıb. AZƏRTAC bildirir ki, ziyarətə keçmiş Ağdərə rayonundan başlayan dövlət başçısı Suqovuşan qəsəbəsində istirahət parkının açılışına, Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasiminə qatılıb, S...
Neft Fondunun gəlir-çıxarı
Rəsmi açıqlamaya görə, 2023-cü il oktyabrın 1-nə Dövlət Neft Fondunun (DNF) aktivləri 55 milyard 524 milyon ABŞ dollarına bərabər olub. Doqquz aylıq gəlirlər 14 milyard 878,3 milyon manat, xərclər 3 milyard 587 milyon manat göstərilir. Fondun 2023-cü il büdcəsində gəlirlər 16,3 milyard manat, xərclə...
İnflyasiya göstəriciləri (1992-2023)
Novator.az Dövlət Statistika Komitəsinin saytında inflyasiya göstəricilərinə nəzər salıb. 1992-ci ildə Azərbaycanda qiymətlər 10,1 dəfə, 1993-cü ildə 12,3 dəfə, 1994-cü ildə 17,6 dəfə, 1995-ci ildə 5,1 dəfə yüksəlib. 1996-cı ildə 19,9 faiz, 1997-ci ildə 3,7 faiz inflyasiya gedib. 1998-ci ildə 0,8 fa...
12 oktyabr qiyməti
Energetika Nazirliyinin 12 oktyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 91,11 dollara satılır. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05, iyula 78,85,...
Sahələr üzrə orta maaş
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2023-cü il oktyabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin 4 milyon 957,1 min nəfəri məşğul şəxs kimi rəsmiləşib. Muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı sentyabrın 1-nə 923 manat (neft-qaz sektorunda 3526,1 manat, qeyri-neft/qaz sektorunda 8...
Büdcənin icra statistikası
2023-cü ilin dövlət büdcəsində 33,8 milyard manat gəlir, 36,6 milyard manat xərc nəzərdə tutulur. Rəsmi hesabata görə, yanvar-sentyabr aylarında dövlət büdcəsinə 22 milyard 77 milyon manat daxil olub, büdcədən 23 milyard 214,5 milyon manat xərclənib. Novator.az Dövlət Statistika Komitəsinin saytında...
Makroiqtisadi hesabat
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 90,8 milyard manatlıq (ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox) ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi neft-qaz sektorunda 1,5 faiz azalmanın, qeyri neft-qaz sekt...
Boşanma 46,7 faiz artıb
2023-cü il sentyabrın 1-nə Azərbaycan əhalisinin (Yuxarı Qarabağın bir hissəsindəki əhali çıxılmaqla) sayı 10 milyon 163 min 176 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-avqust aylarında ölkədə 75623 doğulan körpə qeydə alınıb, 40472 ...
Qiymət və maaş artımı
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-sentyabr aylarında istehlak qiymətləri 2022-ci ilin eyni dövrünə nisbətən 10,9 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 12,4 faiz, qeyri-ərzaq məhsulları 10,1 faiz, ödənişli xidmətlər 9,6 faiz bahalaşıb. Novator.az bildirir ki, ...
“Qarabağ”: 50-yə nə qaldı?
Azərbaycanın “Qarabağ” komandası UEFA-nın tərtib etdiyi klublar reytinqində 60-cı pilləni bölüşür. Ağdam təmsilçisi Türkiyənin “Fənərbaxça” və Yunanıstanın PAOK komandaları ilə eyni əmsala sahibdir: 26,000. Futbol icmalçısı Rasim Mövsümzadə Novator.az-a deyib ki, reytinq Çempionlar Liqası, Avropa Li...
Lirənin qiyməti
Oktyabrın 10-u Türkiyədə ABŞ dollarının rəsmi satış qiyməti 27,7 lirəni ötüb. Novator.az bildirir ki, Azərbaycan Mərkəzi Bankı 100 Türkiyə lirəsini 6 manat 13 qəpiyə təklif edir. Bu, ayın siftəsindən 7 qəpik aşağı məzənnədir. 2021-2022-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 9 manat ...
Xarici İşlər Nazirliyinin strukturu
Novator.az Xarici İşlər Nazirliyinin strukturuna nəzər salıb. Xüsusi tapşırıqlar üzrə səfirlər; nazirin katibliyi; Kadrlar; Hüquqi Təminat; Maliyyə; Mətbuat Xidməti; Təşkilat-Nəzarət idarələri, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi birbaşa nazir Ceyhun Bayramova tabedir...
Paşinyanın adamı Yerevan meri seçildi
Oktyabrın 10-da Yerevan Şəhər Şurasının yeni tərkibdə ilk iclası keçirilib, hakim Vətəndaş Sazişi Partiyasının təmsilçisi Tiqran Avinyan paytaxt meri seçilib. 1989-cu il təvəllüdlü Tiqran Avinyan Yerevanda tətbiqi riyaziyyat, Londonda iqtisadiyyatın riyazi modelləşdirilməsi üzrə ali təhsil alıb. Vət...
Koronavirus hesabatı
Rəsmi statistikaya görə, Azərbaycanda 833550 nəfər koronavirusa yoluxub, onların 10337-si vəfat edib, 370-i aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən il...
Nobel statistikası
Novator.az Nobel mükafatı üzrə rəsmi statistikaya nəzər salıb. 1901-2023-cü illərdə 965 şəxs və 27 təşkilata mükafat verilib. 358 Nobel bir laureata qismət olub, 147 mükafat iki, 116 mükafat üç laureat arasında bölünüb. 5 nəfər iki dəfə, 1 təşkilat üç dəfə, 1 təşkilat iki dəfə Nobel alıb. Ölkələrə g...
9 aylıq ixrac
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ilkin hesabatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 26,5 milyard ABŞ dolları dəyərində məhsul ixrac olunub, bunun 2,4 milyard dolları qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft ixracının 2022-ci ilin doqquz ayı ilə...
İlk dövrənin iki lideri
Azərbaycanın milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2023-2024 mövsümünün ilk dövrəsi bitib. 9 turdan sonra “Zirə” və “Qarabağ” 19, “Səbail” 17, “Araz-Naxçıvan” 14, “Neftçi” 12, “Turan Tovuz” və “Sumqayıt” 11, “Sabah” və “Qəbələ” 7, “Kəpəz” 5 xal yığıb. Dörd dövrəlik yarış 2024-c...
AZƏRTAC-dan ərazi arayışı
AZƏRTAC Azərbaycanın və Ermənistanın ərazi sahələri ilə bağlı arayış yayıb. Xüsusi müxbir Vüqar Seyidovun imzası ilə yayılan arayışda qeyd olunur ki, çox vaxt ərazilərin sahəsi qeyri-dəqiqliklə təqdim edilir: “Ermənistan ərazisinin sahəsi olduğu kimi – 29743 kvadrat kilometr deyil, 29800 kvadr...