Xətalı işdə söz sahibləri
İnzibati xəta işlərinə hansı qurumların vəzifəli şəxsləri baxır? Novator.az qüvvədə olan rəsmi siyahıya nəzər salıb. İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan ...
523 yoluxma, 9 ölüm
Nazirlər Kabineti yanında operativ qərargahın 5 iyul məlumatına görə, Azərbaycanda daha 523 nəfər koronavirus infeksiyasına yoluxub, 451 sağalaraq xəstəxanadan buraxılıb, 9 xəstə vəfat edib. Rəsmi hesabatda yoluxanların ümumi sayı 20324 nəfər göstərilir: 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəf...
Müsavatda koronavirus müzakirəsi, istəklər
İyulun 3-də Müsavat Divanının video rejimli iclası keçirilib. Partiyanın Mətbuat və İnformasiya Departamentindən Novator.az-a verilən məlumata görə, iclasda koronavirus pandemiyası ilə bağlı vəziyyət müzakirə olunub: “Qeyd edilib ki, pandemiya Azərbaycanda geniş yayılmadan hakimiyyətin 5 aya yaxın v...
Operativ qərargahdan
Azərbaycanda daha 583 nəfər koronavirus infeksiyasına yoluxub, 395 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 7 xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargah iyulun 3-də belə məlumat yayıb. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi...
3 iyul qiymətləri
İyulun 3-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 44 dollara yüksəlib. Xəbəri yayan Energetika Nazirliyi London birjasında brent markalı neftin barrelinin 42,72 dollara, Nyu-York birjasında layt markalı neftin barrelinin 40,25 dollara satıldığını bildirir. Azərbaycanın 2020-ci il büdcəsind...
Yaxın ölkələrin itkiləri
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 525 minə yaxın adamın həyatına son qoyub. Azərbaycanda 228 ölüm qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 15 nəfər vəfat edib. Novator.az bildirir ki, İranda 11260, Rusiyada 9859,...
Fransada yeni baş nazir
İyulun 3-də Fransanın baş naziri Eduar Filipp və bütövlükdə hökumət istefaya gedib. 1970-ci il təvəllüdlü Eduar Filipp 2017-ci il mayın 15-dən baş nazir idi. Həmin təyinata qədər Eduar Filipp parlamentin aşağı palatasının deputatı, Havr şəhərinin meri olub. İyulun 4-də onun yenidən Havr meri vəzifəs...
Nəticələr təsdiqləndi
Rusiyanın Mərkəzi Seçki Komissiyası iyunun 25-dən iyulun 1-dək keçirilmiş konstitusiya referendumunun nəticələrini təsdiqləyib. Novator.az bildirir ki, iyulun 3-də rəsmiləşən nəticələrə görə, referenduma 74 milyon 215 min 555 seçici qatılıb. Bu, səsvermə hüququ olan şəxslərin 67,9%-i deməkdir. Ümumx...
Xarici İşlər Nazirliyində əməliyyat
İyulun 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi məlumat yayıb. Qeyd olunur ki, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsa...
Tibbi sığorta statistikası
2020-ci il yanvarın 1-dən Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda icbari tibbi sığorta tətbiq edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabat...
Sahibkarlara dəstək hesabatı
Koronavirus pandemiyasından zərər çəkən sahibkarlara maliyyə dəstəyi üzrə yeni hesabat yayılıb. İqtisadiyyat Nazirliyinin məlumatına görə, iyulun 1-nə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi üçün 28 min 851 vergiödəyicisi, maliyyə dəstəyi almaq üçün 117 min 529 fərdi (mikro) sahibk...
İstintaq bitdi
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun cinayət işinin istintaqı tamamlanıb. İyulun 2-də “Azadlıq” radiosuna danışan vəkil Nemət Kərimli Bakının Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyevin istintaq təcridxanasında qərarı Tofiq Yaqubluya elan et...
Məsafəli görüş
İyulun 2-də prezident İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfransda bir araya gəlib. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən İlham Əliyev deyib ki, Azərbaycanı Əfqanıstan və Türkmənistanla sıx əlaqələr birləşdirir: “...
Karantin sərtləşir və genişlənir
Nazirlər Kabineti koronavirus infeksiyasını cilovlamaq üçün yeni qərar verib. Rəsmi məlumata görə, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq olunan xüsusi karantin rejimi 5 iyuldan 20 iyuladək uzadılır, eyni zamanda Goranboy, Göygöl və Mingə...
Cərimə artımları qüvvəyə mindi
İyulun 2-də prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri imzalayıb. Yeniliklər epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, eləcə də bu rejimlər dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına görə tətbiq olu...
44 dollara doğru
Energetika Nazirliyinin 2 iyul məlumatına görə, London birjasında brent markalı neftin barreli 42,21 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 39,97 dollara satılır. “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 43,75 dollar qiymət qoyulduğu bildirilir. Azərbaycanın 2020-ci il büd...
Putin 2036-ya 77,9%-lə gedir
Rusiyanın Mərkəzi Seçki Komissiyası konstitusiya dəyişikliyi referendumunda istifadə olunmuş bülletenlərin sayılmasını bitirib. Novator.az-ın məlumatına görə, iyulun 2-si səhər bəyan olunub ki, ümumxalq səsverməsinə qatılanların 77,9%-i ana qanunda yeniliklər layihəsini dəstəkləyib. Referendum iyulu...
Ehtiyatın həcmi açıqlanıb
Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayıb. Rəsmi hesabata görə, iyulun 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 436,3 milyon dollar olub. Novator.az bildirir ki, 2020-ci il 6 milyard 258 milyon dollarla başlayıb, fevralın 1-nə ehtiyatın həcmi 6 milyard 340,8 milyon dollar, martın 1-nə 6 mil...
Manat nə qədər valyuta yeyib?
Dövlət Neft Fondunun yeni hesabatına görə, Mərkəzi Bankın 2020-ci ilin iyun ayında keçirdiyi valyuta hərraclarında 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Novator.az bildirir ki, yarım ilin ümumi xərci 4 milyard 10,2 milyon dollardır. Yanvarın hərraclarında fond 300,2 milyon dollar, fevr...
Operativ qərargahın 1 iyul məlumatı
Nazirlər Kabineti yanında operativ qərargahın 1 iyul məlumatına görə, Azərbaycanda daha 588 nəfər koronavirus infeksiyasına yoluxub, 346 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 7 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 18 min 112 nəfər göstərilir: 10 min 61 nəfər müalicə olunaraq sağalıb, 220 nəfə...