Ən yaxşı ali məktəblər
Böyük Britaniyanın “Quacquarelli Symonds” məsləhət şirkəti ali məktəblərin reytinqini açıqlayıb. Meyarlar ali məktəbin akademik nüfuzu, işəgötürənlər arasında nüfuzu, ali məktəbə istinad səviyyəsi, onun tələbələrinin və müəllimlərinin nisbəti, beynəlxalq əməkdaşlarının və xarici tələbələrinin sayıdı...
Məhbus media: yeni hesabat yayılıb
Mərkəzi qərargahı Londonda yerləşən “Justice for Journalists Foundation” təşkilatının yeni hesabatına görə, Azərbaycanda 6 media təmsilçisi həbsdədir. Novator.az bildirir ki, siyahıda jurnalistlər Əfqan Sadıqov və Polad Aslanovun, jurnalist, hüquq müdafiəçisi Elçin Məmmədlinin, bloqçular Aslan Qurba...
Neft bazarı bağlanır?
Beynəlxalq Enerji Agentliyi enerji transformasiyası ilə bağlı yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabata nəzər salan iqtisadçı Rövşən Ağayev yazır ki, agentlik 2030-cu ilədək dünya iqtisadiyyatının 40% böyüyəcəyini, enerji istehlakının 7% azalacağını proqnozlaşdırır: “Bu, enerjiyə q...
Bankı seçmək imkanı
İqtisadçı Rövşən Ağayev camaata əməkhaqqı, pensiya, sosial müavinət ödənişi üzrə xidmət göstərən bankları sərbəst seçmək imkanı verməyə çağırır. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Gürcüstan hökumətinin “Liberty bank”la müqaviləsinə əsasən, son 5 ildə pensiyalar bu bank vasitəsilə ödəni...
Baş katib qalır
Antonio Quterreş BMT-nin baş katibi postunda qalır. Novator.az-ın məlumatına görə, qurumun Təhlükəsizlik Şurası iyunun 8-də Baş Məclisə Antonio Quterreşin səlahiyyət müddətini 2026-cı il dekabrın 31-dək uzatmaq tövsiyəsi verib. Baş Məclisin məsələyə iyunun 18-də baxacağı bildirilir. Antonio Quterreş...
Yaxın ölkələrin itkiləri
İyunun 9-na olan beynəlxalq statistikaya görə, yeni növ koronavirus infeksiyası 208 ölkə, ərazi və məkanda 3 milyon 762,8 mindən çox adamın ölümünə gətirib. Novator.az bildirir ki, yaxın ölkələrdən ən çox Rusiya itki verib: 124496 nəfər. İranda 81362, Ukraynada 51333, Türkiyədə 48341 nəfər infeksiya...
Artur Kartanyan azıbmış
Müdafiə Nazirliyi iyunun 8-də erməni kəşfiyyat-diversiya qrupunun dövlət sərhədinin Laçın rayonu sahəsində Azərbaycana daxil olduğunu yaymış, hərbi qulluqçu Artur Kartanyanın tutulduğunu bəyan etmişdi. İyunun 9-da yeni məlumat yayan nazirlik əlavə araşdırmalara əsaslanaraq bildirir ki, Artur Kartany...
ABŞ rəsmisinin Bakı görüşləri
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker iyunun 8-i Bakıda prezident İlham Əliyevlə görüşüb. “Turan”ın məlumatına görə, Filip Riker paytaxtda keçirdiyi mətbuat konfransında deyib ki, prezidentlə energetika və iqtisadi əlaqələr, insan hüquqlar...
2021-2022 mövsümünün təqvimi
Novator.az UEFA-nın klub turnirlərinin 2021-2022 mövsümünün təqvimini diqqətə çatdırır: Çempionlar Liqası İlkin mərhələ – 22-25 iyun 2021 Birinci mərhələ – 6-14 iyul 2021 İkinci mərhələ – 20-28 iyul 2021 Üçüncü mərhələ – 3-10 avqust 2021 Dördüncü mərhələ – 17-25 avqust ...
Əlillik meyarları ilk oxunuşdan keçdi
Milli Məclisin 8 iyun iclasında əlilliyin müəyyən olunması meyarları üzrə qanun layihələri ilk oxunuşdan keçib. Novator.az bildirir ki, 2022-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında və xəstə...
Sərhəddə diversiya cəhdi
Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 8-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu dövlət sərhədinin Laçın rayonu sahəsində Azərbaycan ərazisinə daxil olub: “Azərbaycan Ordusu bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanıb. Qrupun...
Yeni qayda, yeni cərimə
“Kredit ittifaqları haqqında” qanun yenilənir. Novator.az bildirir ki, parlamentin 8 iyun iclasında son oxunuşda qəbul olunan layihəyə görə, kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir....
2020 büdcəsinin icrası: qanun son oxunuşdan keçdi
İyunun 8-də Milli Məclis Azərbaycanın 2020-ci il büdcəsinin icrası haqqında qanun layihəsini üçüncü – son oxunuşda qəbul edib. Novator.az bildirir ki, qanun layihəsində gəlirlər 24 milyard 681,7 milyon manat, xərclər 26 milyard 416,2 milyon manat göstərilir. Layihəyə görə, 2020-ci ildə büdcə kəsiri ...
Ermənistanda seçki qartalsız qaldı
Erməni Qartalları – Vahid Ermənistan Partiyası növbədənkənar parlament seçkisindən çəkilib. Novator.az-ın məlumatına görə, partiya lideri Xaçik Asryan iyunun 7-də Ermənistanın İctimai Televiziyasına deyib ki, ölkənin bir hissəsi işğal altına düşdüyü üçün normal parlament seçkisi keçirmək mümkün deyi...
“Seçki saxtakarlığı təbii halımız deyil”
AXCP sədri Əli Kərimli mərhum prezident Əbülfəz Elçibəyin dövlət başçısı seçildiyi dövrü xatırlayıb. Novator.az-ın məlumatına görə, siyasətçi yazır: “29 il öncə – 1992-ci il iyunun 7-də Azərbaycanda ilk və hələ ki, son demokratik prezident seçkisi keçirilib, Əbülfəz Elçibəy səslərin 59,4 faizi...
“Formula”sız
İyunun 4-dən 6-dək Bakıda növbəti “Formula 1” yarışı keçirildi. Azadlıq meydanından başlayan 6 kilometrlik Bakı treki paytaxtın bir çox mərkəzi küçəsini əhatə edir. Əvvəlki yarışlar 2016, 2017, 2018 və 2019-cu illərə təsadüf edib. Novator.az-ın məlumatına görə, iqtisadçı, Azərbaycan Demokratiya və R...
Yoluxma və itki statistikası
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Son rəsmi hesabata görə, ölkədə 334747 nəfər koronavirusa yoluxub, onların 4945-i vəfat edib. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən yeni növ koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-d...
UEFA-nın klub turnirlərinə 237 komanda buraxılır
2021-2022-ci illər mövsümündə Avropanın klub turnirlərinə 55 UEFA üzvünün 237 komandası buraxılır. Novator.az bildirir ki, Çempionlar Liqasında 80, Avropa Liqasında 21, Konfrans Liqasında 136 komanda var. Çempionlar Liqasının ilkin və birinci mərhələlərində ələnən komandalar Konfrans Liqasına, ikinc...
Baş Prokurorluqdan mina açıqlaması
Baş Prokurorluq Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində baş vermiş mina partlayışı barədə yeni məlumat yayıb. İyunun 4-də media və dövlət qurumlarının əməkdaşlarını daşıyan sərnişin avtomobilinin minaya düşməsi nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, A...
Ermənistan kimi seçir?
İyunun 7-si Ermənistanda növbədənkənar parlament seçkisinin təşviqat mərhələsi start götürüb. Təşviqatın son günü iyunun 18-nə, səsvermə iyunun 20-nə təyin edilib. Novator.az bildirir ki, proporsional sistemlə keçiriləcək seçkidə parlamentə düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalı...