Bəxtiyar Hacıyev çağırışı
AXCP sədri Əli Kərimli məhbus fəal Bəxtiyar Hacıyevin elliklə müdafiəsinə çağırıb: “Müstəqil siyasətçi Bəxtiyar Hacıyevi xilas etmək üçün hamımız səfərbər olmalıyıq. Qəddar rejimin yüksək təhsilli, bacarıqlı, gənc siyasətçini təkləyib əzməsinə imkan verməməliyik. Bəxtiyar Hacıyevi əzməklə xaricdə tə...
Türkiyə: seçkilərin tarixi dəyişir
Türkiyədə 2023-cü ilin parlament və prezident seçkiləri mayın 14-də keçirilə bilər. Novator.az-ın məlumatına görə, prezident Rəcəb Teyyub Ərdoğan yanvarın 22-si Bursada gənclərlə görüşündə buna işarə vurub. Dövlət başçısı dəqiq tarixin martın 10-da açıqlanacağını deyib. Marafonun ilkin tarixi iyunun...
Hasilat göstəriciləri
2022-ci ildə Azərbaycanda 32,6 milyon ton neft çıxarılıb. Novator.az bildirir ki, gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel, iyulda 549,9 min barrel, avqustda 554...
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatına 50 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 45, “Nyukasl” və “Mançester Yunayted” 39, “Tottenhem” 33 xal yığıb. İspaniya çempionatında lider “Barselona” 44, “Rea...
Koronavirus hesabatı
2023-cü ilin ilk 22 günü Azərbaycanda koronavirusa 1266 yoluxma, infeksiyadan 60 ölüm qeydə alınıb. Ümumi hesabat yoluxanları 827667, itki sayını 10068, aktiv xəstələri 285 nəfər göstərir. Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yo...
Tofiq Yaqublu azadlıqda
Novator.az bildirir ki, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu yanvarın 22-də inzibati həbs müddətini başa vuraraq Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından evə buraxılıb. Paytaxtda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 2...
Bəxtiyarın həbsi uzandı
Xətai Rayon Məhkəməsi yanvarın 21-də Bakı Şəhər Baş Polis İdarəsinin vəsatətini nəzərə alaraq ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətini fevralın 28-dək uzadıb. 2022-ci il dekabrın 9-da Xətai Rayon Məhkəməsi Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmişdi. Fəal Cinayət M...
Aclıq aksiyaları davam edir
Bakı Şəhər Baş Polis İdarəsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin fevralın 28-dək artırılmasına vəsatət verib. “Turan”ın məlumatına görə, Xətai Rayon Məhkəməsi vəsatətə yanvarın 21-də baxacaq. Yanvarın 20-si Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevə baş çəkən vəkil Cavad Cavadov “Tu...
Qazaxıstan prezidentindən seçki fərmanı
Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev yanvarın 19-da parlamentin aşağı palatasının – Məclisin və bütün yerli məclislərin buraxılması ilə bağlı fərmanlar imzalayıb. Məclisə növbədənkənar seçki martın 19-na təyin olunub. Novator.az bildirir ki, 2022-ci ildə yenilənən konstitusiyaya görə, 98 nəfər...
Tofiq Yaqublunun səhhəti pisləşir
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun səhhəti pisləşir. İnzibati həbs cəzası almış siyasətçinin qızı Nigar Həzi yanvarın 19-u Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında atasına baş çəkəndən sonra belə yazır. O qeyd edir ki, atası tutulandan bəri 14 ...
Azərbaycan iki jurnalistə görə 12 min avro cərimələndi
Yanvarın 19-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərarlar elan edib. “Xural” qəzeti (2011-ci ildə nəşrini dayandırıb) və qəzetin baş redaktoru Əvəz Zeynallı (2011-2014-cü illərdə həbsdə olub, 2022-ci ildə yenidən tutulub) 2010-cu ildə dərc edilmiş iki məqaləyə görə kəsil...
İnzibati ərazi bölgüsü
Novator.az Dövlət Statistika Komitəsinə istinadla Azərbaycanın inzibati ərazi bölgüsünü təqdim edir: 63 rayon 12 şəhər rayonu 79 şəhər (68 şəhər inzibati dairəsi) 262 qəsəbə (190 qəsəbə inzibati dairəsi) 4246 kənd (1724 kənd inzibati dairəsi) 40 sahə inzibati dairəsi. Ölkədə 1606 bələdiyyə yaradılıb...
19 yanvar görüşləri
AZƏRTAC prezident İlham Əliyevin Davos səfərindən yeni bilgilər yayıb. Yanvarın 19-da dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinklə görüşüb, Azərbaycanla bank arasında uğurlu əməkdaşlığın olduğunu, bankın Azərbaycanda mühüm layihələrdə iştirak etd...
Büdcənin ili, ayları
2022-ci ilin dövlət büdcəsində 29 milyard 197,8 milyon manat gəlir, 32 milyard 303,8 milyon manat xərc nəzərdə tutulmuşdu. İlkin rəsmi hesabata görə, dövlət büdcəsinə 30 milyard 660,6 milyon manat daxil olub, büdcədən 32 milyard 8,3 milyon manat vəsait xərclənib. Novator.az bildirir ki, Dövlət Stati...
İş və işsizlik
Dövlət Statistika Komitəsi 2023-cü il yanvarın 1-nə iqtisadi fəal əhalinin sayını 5 milyon 358,4 min nəfər, onların 5 milyon 56,2 min nəfərini məşğul şəxslər kimi göstərib. Bu, 302,2 min rəsmi işsiz deməkdir. Hesabata görə, 2022-ci il dekabrın 1-nə 1 milyon 732,5 min nəfər muzdlu işçi olub, onların ...
Mövsüm Səmədov azadlıqda
Dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sabiq sədri Mövsüm Səmədov həbsdən buraxılıb. Xəbər yanvarın 19-da yayılıb. 2011-ci ilin yanvarında tutulan Mövsüm Səmədov hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunm...
Ermənistanda faciə istefa dalğasına gətirdi
Ermənistanın Qeqarkunik vilayətinin Azat kəndində yerləşən hərbi hissədə yanvarın 19-na keçən gecə baş vermiş yanğının ilkin səbəbi açıqlanıb. Novator.az-ın məlumatına görə, müdafiə naziri Suren Papikyan bəyan edib ki, hərbi hissənin mühəndis-istehkam rotasındakı yanğın səhlənkarlığın nəticəsidir. Y...
İqtisadiyyatın pul kisəsi
İqtisadçı Rövşən Ağayev 2022-ci ilin iqtisadi yekunları üzrə rəsmi rəqəmlərə nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2022-ci ildə neft-qaz sektorunun Azərbaycanda iqtisadi artıma real töhfəsi olmayıb: “İqtisadiyyatın 4,6 faiz böyüdüyü şəraitdə neft-qaz sektoru real olaraq 3 fai...
“Bu ölkə yalnız müxalifət fəallarının vətəni deyil”
AXCP sədri Əli Kərimli yanvarın 19-da özünün “Facebook” səhifəsində ictimaiyyətə səslənib. O, inzibatı həbs cəzası almış siyasətçi Tofiq Yaqublunun aclıq aksiyası keçirdiyini xatırladaraq tutulduğu 23 dekabr 2022-ci ildən bəri 13 kiloqram çəki itirdiyini vurğulayır: “Çətinliklə hərəkət edir. Həyatın...
Pensiyaçıların sayı nə qədər azalıb?
Son bir ildə Azərbaycanda pensiyaçıların sayı 85 min nəfərdən çox azalıb. Novator.az bildirir ki, 2022-ci ilin əvvəlinə ölkədə 1 milyon 200,5 min pensiyaçı vardı. İlkin rəsmi statistikaya görə, 2023-cü ilin əvvəlinə 1 milyon 115 min nəfərə yaxın pensiyaçı qeydiyyata alınıb. 2023-cü ildə əmək pensiya...