• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ankarada türk sammiti

  • 16 Mart 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Martın 16-sı Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının fövqəladə zirvə görüşü keçirilir.

Sammitə Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Qırğızıstan prezidenti Sadır Japarov, Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar, Macarıstanın baş naziri Viktor Orban, Türkmənistanın sabiq prezidenti, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev qatılıblar.

AZƏRTAC bildirir ki, sammitə Azərbaycanın Şuşa şəhərinin ev sahibliyi etməsi nəzərdə tutulub, ancaq Türkiyədə baş vermiş zəlzələni nəzərə alan İlham Əliyev zirvə görüşünün Ankarada keçirilməsini təklif edib. Zirvə görüşünün mövzusu “Fəlakət – fövqəladə halların idarə edilməsi və humanitar yardım”dır.

İlham Əliyev çıxışında deyib ki, 30 illik işğal dövründə Azərbaycanın yüzlərlə şəhər və kəndi, tarixi və dini abidələr, qəbiristanlıqlar məqsədli şəkildə dağıdılıb: “Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Xirosiması” adlandırır. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib.

Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub.

Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb. Onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır.

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya ağır yaralanıb.

Ermənistan 2022-ci ildə Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən tam çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.

Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.

Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır”.

Türk Dövlətləri Təşkilatının əsasını 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qoyub. 2019-cu il sentyabrın 14-dən Özbəkistan da qurumun üzvüdür.

Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatında müşahidəçidir.

Fevralın 6-sı Türkiyənin Qəhrəmanmaraş vilayətində baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa vilayətlərini də əhatə edib, böyük dağıntılar yaranıb, sonrakı günlərdə minlərlə yeni silkələnmə qeydə alınıb, 48448 nəfər həlak olub.

Rüfət Səfərov hücum edən şəxsi bağışlayıb

  • 16 Mart 2023
  • comments

Dövlət komissiyasının iki aylıq hesabatı

  • 16 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
comments
ManşetXəbər

“Ermənistanın rahat yaşaması üçün bir şərt var”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda